1. "Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış və bağ evləri haqqında" 4-yaşayış evi №-li rüblük rəsmi statistika hesabatı forması təsdiq edilsin (əlavə 1).
2. "Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış və bağ evləri haqqında" 4-yaşayış evi №-li rüblük rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş" təsdiq edilsin (əlavə 2).
3. "Əhalinin vəsaiti hesabına tikilmiş yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin istismara verilməsi haqqında" 1-YET (əhali) №-li rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 28 yanvar tarixli 10/14 nömrəli qərarının 1-ci hissəsi ləğv edilsin.
4. Bu Qərar 2025-ci il fevralın 1-dən qüvvəyə minir.
5. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
6. Aparatın Sənaye və tikinti statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
7. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun. Sədrin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini Vahab Məmmədov Əlavə 1 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü il 28 mart tarixli 8/14 №-li qərarı ilə təsdiq edilmişdir. 4-yaşayış evi №-li forma Rüblük RƏSMİSTATİSTİKAHESABATI Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış və bağ evləri haqqında "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesabat forması üzrə məlumatların konfidensiallığına zəmanət verilir və onlardan yalnız ümumiləşdirilmiş şəkildə istifadə ediləcəkdir. Hesabat təqdim edən statistik vahidin: adı _______________________________ inzibati ərazi vahidinin və yaşayış məntəqəsinin adı göstərilməklə dəqiq ünvanı ______________ _____________________________________ Hesabat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin ərazi idarələri tərəfindən hesabat rübündən sonrakı ayın 4-cü iş günündən gec olmayaraq Dövlət Statistika Komitəsinin internet səhifəsində (www. stat. gov. az) real vaxt rejimində təqdim edilir. Hesabat formasının kodu Statistik vahidin identifikasiya (statistik) kodu VÖEN
Hesabat formasına və onun doldurulmasına dair rəy və təkliflərinizi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə göndərə bilərsiniz. Elektron poçt ünvanı: hesabat@stat. gov. az 20___ ilin ___ rübü I bölmə. Qeydiyyata alınmış fərdi yaşayış və bağ evlərinin sayı, hesabat rübündə Göstəricilərin adı Sətrin kodu Ölçü vahidi Cəmi ondan kənd yaşayış məntəqələrində ABC 1 2 Fərdi yaşayış və bağ evlərinin sayı 1 ədəd Fərdi yaşayış və bağ evlərinin ümumi sahəsi 2 kv. m ondan otaqların sahəsi 3 kv. m II bölmə. Qeydiyyata alınmış fərdi yaşayış və bağ evlərinin otaqların və mərtəbələrin sayına görə bölgüsü, hesabat rübündə Göstəricilərin adı Sətrin kodu Fərdi yaşayış və bağ evlərinin sayı, ədəd Fərdi yaşayış və bağ evlərinin ümumi sahəsi, kv. m ondan otaqların sahəsi, kv. m A B 1 2 3 Otaqların sayına görə: bir otaqlı 4 iki otaqlı 5 üç otaqlı 6 dörd otaqlı 7 beş və daha çox otaqlı 8 Mərtəbələrin sayına görə: bir mərtəbəli 9 iki mərtəbəli 10 üç mərtəbəli 11 dörd və daha çox mərtəbəli 12 Hesabat formasının tərtib olunmasına sərf edilən vaxt* _________ (adam-saat) *Rəsmi statistika hesabatlarının tərtib olunmasına sərf olunan vaxt adam-saatla ölçülür və hesabatın tərtib olunmasında iştirak edən işçilərin (işçinin) sayı onların (onun) həmin hesabatın tərtib olunmasına sərf etdikləri (etdiyi) vaxta vurulmaqla müəyyənləşdirilir. _____________________________________ _____________________ İcraçının vəzifəsi, soyadı, telefon nömrəsi Rəhbərin soyadı, imzası "_____" _________________ 20 ___ il Əlavə 2 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü il 28 mart tarixli 8/14 №-li qərarı ilə təsdiq edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış və bağ evləri haqqında" 4- yaşayış evi №-li rüblük rəsmi statistika hesabatı formasının doldurulmasına dair GÖSTƏRİŞ
1. Ümumi müddəalar "Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış və bağ evləri haqqında" 4-yaşayış evi №-li rüblük rəsmi statistika hesabatı forması (bundan sonra - hesabat forması) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin ərazi idarələri tərəfindən fərdi yaşayış və bağ evləri üzrə tərtib edilmiş texniki sənədlərin məlumatları əsasında Dövlət Statistika Komitəsinin internet səhifəsində (www. stat. gov. az) real vaxt rejimində təqdim edilir.
2. Hesabat formasında istifadə edilən əsas anlayışlar
2.1. Yaşayış evi - otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş evdir.
2.2. Yaşayış evinin ümumi sahəsi - otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların məcmu sahəsidir, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də yaşayış evinin ümumi sahəsinə aid edilmir.
3. Hesabat formasının doldurulmasına dair izahat
3.1. I bölmə. Qeydiyyata alınmış fərdi yaşayış və bağ evlərinin sayı 3.1.1. 1-ci sətrin 1-ci sütununda fərdi yaşayış və bağ evlərinin sayına, 2-ci sütununda isə 1-ci sütundan kənd yaşayış məntəqələrində yerləşən fərdi yaşayış və bağ evlərinin sayına dair məlumatlar göstərilir.
3.1.2. 2-ci sətrin 1-ci sütununda fərdi yaşayış və bağ evlərinin ümumi sahəsinə, 2-ci sütunda isə 1- ci sütundan kənd yaşayış məntəqələrində yerləşən fərdi yaşayış və bağ evlərinin ümumi sahəsinə dair məlumatlar göstərilir.
3.1.3. 3-cü sətrin 1-ci sütununda fərdi yaşayış və bağ evlərinin otaqlarının sahəsinə, 2-ci sütunda isə 1-ci sütundan kənd yaşayış məntəqələrində yerləşən fərdi yaşayış və bağ evlərinin otaqlarının sahəsinə dair məlumatlar göstərilir.
3.2. II bölmə. Qeydiyyata alınmış fərdi yaşayış və bağ evlərinin otaqların və mərtəbələrin sayına görə bölgüsü 3.2.1. 4-8-ci sətirlərdə otaqların sayına görə fərdi yaşayış və bağ evlərinin sayı, onların ümumi sahəsi, o cümlədən otaqların sahəsi haqqında məlumatlar qeyd olunur.
3.2.2. 9-12-ci sətirlərdə mərtəbələrin sayına görə fərdi yaşayış və bağ evlərinin sayı, onların ümumi sahəsi, o cümlədən otaqların sahəsi haqqında məlumatlar qeyd olunur.