1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 8 aprel tarixli 25/14 nömrəli qərarı ilə təsdiq edilmiş "Energetika haqqında" 1-energetika №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş"in "2. Hesabat formasında istifadə edilən əsas anlayışlar" bölməsinin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: "2.1. Elektrik stansiyası — bütün növ enerji resurslarından, o cümlədən bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı üçün lazım olan qarşılıqlı əlaqəli avadanlıq və onlara aid tikililərin kompleksi.".
2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2021-ci il 27 oktyabr tarixli 24/12 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması haqqında" 2-energetika №-li yarımillik, illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş"in "2. Hesabat formasında istifadə edilən əsas anlayışlar" bölməsi aşağıdakı redaksiyada verilsin: "2. Hesabat formasında istifadə edilən əsas anlayışlar
2.1. Elektrik stansiyası — bütün növ enerji resurslarından, o cümlədən bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı üçün lazım olan qarşılıqlı əlaqəli avadanlıq və onlara aid tikililərin kompleksi.
2.2. İstilik nasosu - isitmə məqsədləri üçün istiliyi aşağı səviyyəli temperaturdan (havadan, qruntdan, sudan) daha yüksək temperatur səviyyəsinə daşımasını yerinə yetirən qurğu.
2.3. Elektrik şəbəkəsi — elektrik enerjisinin ötürülməsi və paylanması üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusu.
2.4. Ötürücü şəbəkə — elektrik enerjisinin ötürülməsi üçün nəzərdə tutulmuş elektrik qurğularının, o cümlədən 110 kV və ondan yuxarı gərginlikli transformator yarımstansiyalarının və elektrik verilişi xətlərinin məcmusu.
2.5. Paylayıcı şəbəkə — elektrik enerjisinin paylanması üçün nəzərdə tutulmuş elektrik qurğularının, o cümlədən 110 kV və aşağı gərginlikli transformator yarımstansiyalarının və elektrik verilişi xətlərinin məcmusu.".
3. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
4. Aparatın Energetika və ətraf mühit statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
5. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə edilsin. Sədrin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini Vahab Məmmədov