Geoloji Kəşfiyyat Agentliyi və Geodeziya və Kartoqrafiya Agentliyinin Nizamnamələrinə dəyişiklik edilərək, bu agentliklərin sərəncamında qalan vəsaitdən Nazirliyin əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafat verilməsi imkanı əlavə olunmuşdur. Dəyişiklik 2024-cü il aprelin 6-da qəbul edilmişdir.
Agentliyin sərəncamında qalan vəsaitdən Nazirliyin əməkdaş-larının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur
Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.Agentliyin sərəncamında qalan vəsaitdən Nazirliyin əməkdaş-larının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.