2.1. 9.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"9.1. Müəssisə tərəfindən göstərilən istilik təchizatı xidmət-lərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflərlə, isti su təchizatı xidmətlərinə və qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar isə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçirilir.";
2.2. həmin qaydalara 2 nömrəli əlavə - "İstilik və isti su təchizatı xidmətlərinə dair Müqavilə"nin 3.1.1-ci yarımbəndində "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən" sözləri "bu Müqavilə ilə" sözləri ilə əvəz edilsin.
3. Bu Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.