Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Bəhmənov Habil Xanoğlan oğlu, Hacıyev Pərviz Vaqif oğlu, Həşimov Yaşar Xanoğlan oğlu, Hüseynov Fikrət Cilingir oğlu.
2. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsindən azad edilsinlər:
Abdullayev İlkin Qismət oğlu, Allahyarov Zaur Mirzağa oğlu, Bağırov Məhəmməd Ənvər oğlu.
3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Bakı şəhəri, 5 aprel 2024-cü il