1. 2-ci hissə ləğv edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"nın yuxarı sağ küncündən "Əlavə" sözü çıxarılsın və həmin Siyahıda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 8-ci hissənın adında "Akademiya" sözü "Akademiyalar" sözü ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
"8-2/ Milli Aviasiya Akademiyası";
2.2. 9-cu hissəyə aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
"9-9/ Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi".