2.1. 2-ci hissədən "Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə," sözləri çıxarılsın;
2.2. həmin Qərarla təsdiq edilmiş "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası"nın 1-ci hissəsindən "Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin," sözləri çıxarılsın.
3. "Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 658 (Cild I) 2-ci hissə-sindən "Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə," sözləri çıxarılsın.