1. 6.1-ci bənddə "aşağıdakı sənədlər" sözləri "Təhsil Mərkəz-ləşdirilmiş İnformasiya Sistemi"ndə "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan aşağıdakı sənədlər (bundan sonra – sənəd)" sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 6.1-1–6.1-6-cı bəndlər əlavə edilsin:
"6.1-1. "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" vasitəsilə əldə edilmiş sənədin kağız daşıyıcıda olan surətinin təsdiqi "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.
6.1-2. Sənədin həqiqiliyi "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.
6.1-3. Sənəd Agentliyin İdarə Heyəti sədrinin (və ya sədr müvəqqəti olmadıqda, onun səlahiyyətlərini icra edən şəxsin) elektron imzası ilə təsdiq edilir.
6.1-4. Sənəd ərizəçi üçün yaradılmış "Şəxsi kabinet"də yerləşdirilir.
6.1-5. Sənəddə aşağıdakı məlumatlar əks olunmalıdır:
6.1-5.1. sənədin nömrəsi və verildiyi tarix (altsistem tərəfindən verilir);
6.1-5.2. ərizəçinin identifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kodu;
6.1-5.3. ərizəçinin əldə etdiyi peşə ixtisası üzrə məlumatlar:
6.1-5.3.1. ixtisasın adı;
6.1-5.3.2. ixtisasın kodu;
6.1-5.3.3. modulun adı (sertifikat verildiyi halda);
6.1-5.4. sertifikatın müvafiq ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün əsas sayıldığına dair qeyd (sertifikat verildiyi halda);
6.1-5.5. diplomun ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulduğuna və peşə təhsili səviyyəsinin növbəti pilləsində təhsili davam etdirmək və müvafiq ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayıldığına dair qeyd (diplom verildiyi halda).
6.1-6. Sənəddə bütün məlumatlar Azərbaycan dilində yazılır.".
3. 6.2-ci bəndin birinci cümləsi ikinci cümlə hesab edilsin və aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:
"Ərizəçiyə verilən sertifikat ona ixtisası üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir.".