AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının .................................təsdiq edilməsi haqqında "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 927-VIQ nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 4 avqust tarixli 2291 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı" təsdiq edilsin (əlavə olunur).
3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 19 mart 2024-cü il № 173
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 19 mart tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların SİYAHISI Sıra №-si Fəaliyyət növünün adı
1. İP-telefoniya (internet telefoniya)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 19 mart tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin SİYAHISI Sıra №-si İcazənin adı 1. "İxrac nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən aşağıdakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə: 1.1. mülki məqsədlər üçün kosmik obyektlər: sistemlər və komponentlər, sınaq, nəzarət və istehsalat avadanlıqları, materiallar, proqram təminatı, texnologiyalar, işlər, xidmətlər 2. "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) aşağıdakı əşyaların dövriyyəsinə icazə:
2.1. kosmik-peyk rabitə vasitələri
2.2. "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş güc meyarı həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 19 aprel tarixli 54 nömrəli
Qərarı ilə müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər 2.3. telekommunikasiya, məsafədən müşahidə, naviqasiya, nəqliyyat, tədqiqat, sınaq, məskunlaşma təyinatlı kosmik obyektlərin yerüstü kosmik infrastrukturu üçün nəzərdə tutulan radioqəbuledici qurğular (o cümlədən antenalar) 3. "İstifadəsinə icazə vərəqəsi verilən radioelektron vasitələrin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 480 nömrəli Qərarı ilə müəyyən edilən radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi