Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları dəyişdirilmişdir. Bu dəyişikliklər 2024-cü il martında qüvvəyə minmişdir və telekommunikasiya sertifikatlaşdırılması prosesini tənzimləyən qaydaları yeniləyir.
4.15. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkəyə idxal edilən RV-lər barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin informasiya sistem-lərindən aşağıdakı məlumatları real vaxt rejimində əldə edir: 4.15.1. məhsulun bəyan edilmə tarixi; 4.15.2. məhsulun xarici iqtisadi fəaliyyətin mal nomenkla-turası üzrə kodu; 4.15.3. məhsul partiyasının qeydiyyat kodu; 4.15.4. məhsulun təsviri; 4.15.5. məhsulu idxal edən şəxs barədə məlumat (hüquqi şəxsin adı, fiziki şəxsin soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)