a alır:
1. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 452 (Cild I) 1-1-ci hissəsi ləğv edilsin.
2. "Sudan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 950 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli Qərarı) 2-ci hissəsi ləğv edilsin.
3. "Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 207 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 942 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
4. "Respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 208 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 943 (Cild I) 2-ci hissəsi ləğv edilsin.