1.1. 1.1.1-ci (hər iki halda) və 1.1.2-ci (hər iki halda) yarımbəndlərdə, 1.9-cu bənddə, 2-ci hissənin adında (hər iki halda), 2.1-ci (hər iki halda) və 2.21-ci bəndlərdə (hər iki halda), 3-cü hissənin adında (hər iki halda), 3.1-ci bənddə (hər iki halda) "150" rəqəmləri "200" rəqəmləri ilə əvəz edilsin;
1.2. 1.3-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəllə-sinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır.";
1.3. həmin Qaydaya 1 nömrəli əlavə - "Məişət abonentlərinin və tələb olunan gücü 150 k Vt-a qədər (150 k Vt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulma müqaviləsi"nin adında (hər iki halda) və həmin 1 nömrəli əlavənin əlavəsində (hər iki halda) "150" rəqəmləri "200" rəqəmləri ilə əvəz edilsin;
1.4. həmin Qaydaya 2 nömrəli əlavə - "Məişət abonentlərinin və tələb olunan gücü 150 k Vt-a qədər (150 k Vt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulma aktı"nın adında (hər iki halda) "150" rəqəmləri "200" rəqəmləri ilə əvəz edilsin;
1.5. həmin Qaydaya 3 nömrəli əlavə - "Tələb olunan gücü 150 k Vt-a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 150 k Vt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin, elektrik enerjisi paylayıcılarının tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması müqaviləsi"nin adında (hər iki halda) və həmin 3 nömrəli əlavənin əlavəsində (hər iki halda) "150" rəqəmləri "200" rəqəmləri ilə əvəz edilsin;
1.6. həmin Qaydaya 4 nömrəli əlavə - "Tələb olunan gücü 150 k Vt-a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 150 k Vt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin, elektrik enerjisi paylayıcılarının tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma aktı"nın adında (hər iki halda) "150" rəqəmləri "200" rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 400 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1563 (Cild I) ilə təsdiq edilmiş "Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası"nın 1.3.2-ci (hər iki halda), 1.5.1-ci (hər iki halda) və 1.5.2-ci (hər iki halda) yarımbəndlərində, 4-cü hissəsinin adında (hər iki halda), 4.1-ci (hər iki halda), 4.2-ci (hər iki halda), 4.3-cü (hər iki halda), 4.4-cü (hər iki halda), 4.5-ci (hər iki halda) və 4.6-cı (hər iki halda) bəndlərində "150" rəqəmləri "200" rəqəmləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 noyabr tarixli 422 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1585 (Cild I) ilə təsdiq edilmiş "Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiya"nın 2-ci hissəsinin adında (hər iki halda), 2.1-ci bəndində (hər iki halda) və 3-cü hissəsinin adında (hər iki halda), 3.1-ci bəndində (hər iki halda) "150" rəqəmləri "200" rəqəmləri ilə əvəz edilsin.