3.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin aparıl-ması Qaydası"nın "Qeyd" hissəsi ləğv edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Gəmi agenti haqqında Əsasnamə"nin "Qeyd" hissəsi ləğv edilsin;
3.3. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - "Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın forması, qüvvədə olma müddəti, verilmə və ləğv edilmə Qaydası"nın "Qeyd" hissəsi ləğv edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 sentyabr tarixli 296 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1211 (Cild I); 2024, № 1, maddə 74) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"nın "Qeyd" hissəsi ləğv edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 oktyabr tarixli 313 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1227 (Cild I) ilə təsdiq edilmiş "Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydası"nın 5-ci hissəsi ləğv edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 avqust tarixli 306 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1443 (Cild I) ilə təsdiq edilmiş "Dənizçilik şirkətinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında Şəhadət-namənin və gəminin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası"nın "Qeyd" hissəsi ləğv edilsin.
7. "Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 aprel tarixli 145 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 742 (Cild I) 5-ci hissəsi ləğv edilsin.
8. "Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 yanvar tarixli 18 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 137 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
9. "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 213 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 873 (Cild I) 3-cü hissəsi ləğv edilsin.