Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə" təsdiq edilsin ( əlavə olunur ).
2. "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin təsviri" təsdiq edilsin ( əlavə olunur ).
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 7 mart 2024-cü il