AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASI QƏRAR № 3-13/Q2/2024 Bakı şəhəri 20 fevral 2024-cü il "Tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin forması"nın təsdiq edilməsi barədə "Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1010-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 dekabr tarixli 2375 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2001- ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə"nin 5.6-cı bəndini rəhbər tutaraq, Kollegiya QƏRARA ALIR:
1. "Tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin forması" təsdiq edilsin (əlavə olunur).
2. Qərarın daxili işlər orqanlarının kadr aparatlarının əməkdaşları tərəfindən öyrənilməsi və xidməti fəaliyyətdə rəhbər tutulması təmin olunsun.
3. Qərarın icrasına nəzarət müvafiq sahəyə kuratorluğu həyata keçirən nazir müavininə həvalə edilsin.
4. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.
5. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
6. Qərar respublika daxili işlər orqanlarında elan olunsun.
Kollegiyanın sədri general-polkovnik Vilayət Eyvazov
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2024-cü il 20 fevral tarixli 3-13/Q2/2024 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında MÜQAVİLƏ Bakı şəhəri "_____" _____________ 20___ il
1. Bu müqavilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra — Daxili İşlər Nazirliyi) adından çıxış edən ____________________________________________ ____________________________________________________________________________ (vəzifəli şəxsin soyadı, adı, atasının adı, vəzifəsi, xüsusi rütbəsi) və tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının (bundan sonra — Akademiya) ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək Azərbaycan Respublikasının vətəndaşı ____________________________________________________________________________ (soyadı, adı, atasının adı, doğum tarixi) ____________________________________________________________________________ arasında Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə (bundan sonra — Əsasnamə) uyğun olaraq bağlanılmışdır.
2. Akademiyanın Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən Akademiyada ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş və Akademiyada əyani formada təhsil alan şəxslər kursantlar hesab edilirlər.
3. Əsasnamənin 4-cü maddəsinə uyğun olaraq Akademiyanın kursantları daxili işlər orqanlarının əməkdaşları hesab olunurlar.
4. Vətəndaş ___________________ tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Akademiyanın ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul edilərkən könüllü olaraq daxili işlər orqanlarına xidmətə daxil olur.
5. Kursantlar (18 yaşına çatmayan kursantlar istisna olmaqla) müvafiq təhsil proqramlarının tərkib hissəsi olaraq, ixtisas üzrə təcrübənin keçirilməsi məqsədilə daxili işlər orqanlarının üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsinə cəlb edilirlər.
6. Akademiyada təhsil müddətində kursantların hüquq və vəzifələri Əsasnamə, "Polis haqqında" və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunları, Akademiyanın Nizamnaməsi, Daxili İşlər Nazirliyinin normativ hüquqi aktları və digər aidiyyəti qanunvericilik aktları ilə müəyyən olunur.
7. Vətəndaş _______________________ Akademiyada təhsili başa vurduqdan sonra 7
(yeddi) il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi daşıyır.
8. Daxili İşlər Nazirliyi təhsilini başa vurduqdan sonra vətəndaş _______________ Əsasnaməyə və "Polis haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daxili işlər orqanlarında təyinat yolu ilə işlə təmin etmək vəzifəsi daşıyır.
9. Vətəndaş _________________ Akademiyada təhsilini başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəmədikdə, yaxud Akademiyada təhsilini başa vurduqdan sonra 7 (yeddi) il müddətində öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxdıqda Akademiyada onun hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi daşıyır.
10. Akademiyada bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydası Əsasnamənin 10-7-ci maddəsinə uyğun olaraq müəyyən edilir.
11. Vətəndaş _________________ Akademiyaya qəbulu müqavilə bağlanıldıqdan sonra Akademiya rəisinin əmri ilə rəsmiləşdirilir.
12. Vətəndaş 18 yaşına çatmayan şəxs olduqda bu müqavilə onun qanuni nümayəndələrinin — valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı (Əlavə 1) ilə bağlanılır.
13. Bu müqavilə 2 nüsxədə tərtib edilir, tərəflər imzaladığı gündən qüvvəyə minir və vətəndaş _____________________ Əsasnaməyə uyğun olaraq bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini tam şəkildə icra etdikdən sonra öz hüquqi qüvvəsini itirir.
14. Müqavilənin bir nüsxəsi vətəndaşda (qanuni nümayəndəsində), digər nüsxəsi isə vətəndaşın tədris işində (şəxsi işində) saxlanılır.
15. Bu müqaviləyə əlavə və dəyişikliklər Azərbaycan Respublikasının qanunlarında tərəflərin bu müqavilə üzrə öhdəliklərinə təsir edən dəyişikliklər edildikdə müqavilənin ayrılmaz hissəsi sayılan protokol ilə edilə bilər.
1. Vətəndaş Soyadı: Adı: Atasının adı: Ş/V seriyası və nömrəsi: FİN kodu: Tel: _____________________ imza "____" _________20__ il.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından çıxış edən vəzifəli şəxs Soyadı: Adı: Atasının adı: Vəzifəsi: Xüsusi rütbəsi: _____________________ imza M. Y. "____" _________20__ il.
"Tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək yetkinlik yaşına çatmayan şəxslə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin forması"na Əlavə 1 Tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək 18 yaşına çatmayan şəxsin daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlamasına RAZILIQ Mən_____________________________________________________________________________ (razılıq verən şəxsin soyadı, adı və atasının adı) _________________________________________________________________________________ (ş/v seriyası və nömrəsi, FİN kodu, telefon nömrəsi) vətəndaş_________________________________________________________________________ (18 yaşına çatmayan şəxsin soyadı, adı və atasının adı) doğum tarixi_____________________________________________________________________ (18 yaşına çatmayan şəxsin doğulduğu gün, ay, il) qanuni nümayəndəsi (valideyni, övladlığa götürəni və ya himayəçisi)__________________ (qanuni nümayəndə statusu) olaraq, onun Azərbaycan Respublikasının 2001-ci il tarixli 29 iyun 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə (bundan sonra — Əsasnamə) uyğun olaraq daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlamasına razıyam. Mənə izah edilmişdir ki, Əsasnamənin tələblərinə görə _____________________________ ________________________________________________________________________________ (18 yaşına çatmayan şəxsin soyadı, adı və atasının adı) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsili başa vurduqdan sonra 7 (yeddi) il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi daşıyır. Mənə həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsili başa vurduqdan sonra _________________________________ ________________________________________________________________________________ (18 yaşına çatmayan şəxsin soyadı, adı və atasının adı) daxili işlər orqanlarında xidmət keçmək istəmədikdə, yaxud Akademiyada təhsili başa vurduqdan sonra 7 (yeddi) il müddətində öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxdıqda Akademiyada onun hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi daşıyır. __________________________________________________ (razılıq verən şəxsin soyadı, adı və atasının adı) ________________________________ (razılıq verən şəxsin imzası) Tarix: "____" _____________20__ il QEYD: Bu razılığa onu imzalayan şəxsin şəxsiyyət vəsiqəsinin və qanuni nümayəndə statusunu təsdiq edən sənədin surətləri əlavə olunur.