Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və bu ali vəzifədə fəaliyyətə başlamağınız münasibətilə San-Marino Respublikasının dövlət qurumları və xalqı adından Sizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.
Zati-aliləri, Azərbaycan xalqına rifah və firavanlıq arzulayır, Sizə hörmət və ehtiramımızı bildiririk.
Dərin hörmətlə, Filippo Tamanyini və Qaetano Troina San-Marino Respublikasının Kapitan-Regentləri