Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizə müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə daha çox tərəqqi və inkişaf diləyirəm.
Zati-alinizə hörmət və ehtiramla, Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir