Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ali dövləti fəaliyyətinizdə daha möhtəşəm uğurlar arzulayıram.
Bu fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına isə firavanlıq diləyirəm.
Hörmətlə, Mansur bin Zayed Al Nəhyan Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri