Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri, cənab Prezident.
Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizin liderliyiniz və Azərbaycanın inkişafına sadiqliyiniz həqiqətən də yüksək təqdirə layiqdir. Xalqınızın firavanlığı və dinc gələcəyi üçün göstərdiyiniz fədakarlığı yüksək qiymətləndiririk.
Azərbaycan xalqı demokratiya, institusional və iqtisadi inkişafa sadiqliyini bir daha nümayiş etdirərkən biz bu tərəqqi yolunda inamlı mübarizənin şahidi olmaqdan şərəf duyuruq.
Sizin Azərbaycanın gələcək inkişafı ilə bağlı planlarınız bizim hər birimizi ilhamlandırır. Sizin həmin planları həyata keçirməyə qadir olduğunuza əminik. Sizin prezidentliyiniz dövründə Azərbaycan uğurların və sabitliyin parlaq nümunəsinə çevrilmiş, regionda və onun hüdudlarından kənarda öz rolunu və əhəmiyyətini gücləndirmiş, ərazi bütövlüyünü bərpa etmişdir.
Müstəsna nailiyyətlərinizə, həm regional, həm də qlobal sülhə və sabitliyə olan sarsılmaz sədaqətinizə görə Sizi alqışlayırıq.
Biz daha sabit, dinc və qaydalara əsaslanan beynəlxalq nizamın təşviqinə birgə səylərimizlə töhfə verməkdən şərəf duyuruq.
Bu əlamətdar hadisə münasibətilə Sizi və Azərbaycan xalqını bir daha təbrik edirik. Biz inkişaf yolunda birlikdə davam etməyə ümidlə baxır və Qəyyumlar Şurasının üzvləri olaraq bu ilin mart ayında XI Qlobal Bakı Forumunda Sizinlə görüşməyi səbirsizliklə gözləyirik.
Hörmətlə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri:
Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti İsmail Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti Eka Tkeşelaşvili 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini Rosen Plevneliyev 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti İvo Yosipoviç 2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti Zlatko Laqumciya Bosniya və Herseqovinanın BMT-də daimi nümayəndəsi, 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri Kolinda Qrabar-Kitaroviç 2015-2020-ci illərdə Xorvatiya Respublikasının Prezidenti Tzipi Livni 2006-2009-cu illərdə İsrailin Baş nazirinin müavini, xarici işlər naziri Milisa Pjanoviç-Durisiç 2012-2016-cı illərdə Monteneqronun müdafiə naziri, 2006-2012-ci illərdə xarici işlər naziri Petar Stoyanov 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Mladen İvaniç 2014-2015, 2016-2017-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Boris Tadiç 2004-2012-ci illərdə Serbiyanın Prezidenti Ekmələddin İhsanoğlu 2004-2014-cü illərdə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Kirill Qaburiçi 2015-ci ildə Moldovanın Baş naziri Ana Birçal 2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini və ədliyyə naziri Valdis Zatlers 2007-2011-ci illərdə Latviyanın Prezidenti Peter Medeşi 2002-2004-cü illərdə Macarıstanın Baş naziri Petru Luçinski 1997-2001-ci illərdə Moldovanın Prezidenti Coys Banda 2012-2014-cü illərdə Malavinin Prezidenti Emil Konstantinesku 1996-2000-ci illərdə Rumıniyanın Prezidenti Volkan Bozkır BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Əmr Musa 2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi Şövkət Əziz 2004-2007-ci illərdə Pakistanın Baş naziri