AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Dəmiryol keçidlərinin istismarı Qaydaları"nın təsdiq edilməsi haqqında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 2.1-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Dəmiryol keçidlərinin istismarı Qaydaları" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 29 yanvar 2024-cü il № 53
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 yanvar tarixli 53 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Dəmiryol keçidlərinin istismarı QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar ümumi istifadəli dəmiryol nəqliyyatında və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatında (bundan sonra - dəmiryol nəqliyyatı) dəmiryol keçidlərinin təhlükəsiz istismarına dair tələbləri müəyyən edir.
1.2. Dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar yalnız qatara (hərəkət tərkibinə) yol verməklə dəmiryol keçidlərindən keçə bilərlər. Dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, işıqforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (hərəkət tərkibinin) olmadığını yəqin etməli, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə riayət etməlidirlər.
1.3. Dəmiryol keçidlərinin istismarının şərtləri aşağıdakıları ehtiva edir:
1.3.1. mənsubiyyətindən asılı olmayaraq dəmiryol keçidlərinə dair tələblərin, onların təsnifatının və kateqoriyalarının təyin olunmasını;
1.3.2. dəmiryol keçidlərinin qurğularına, avadanlıqlarına, saxlanmasına və təmirinə, dəmiryol keçidləri sərhədlərində və onlara yaxınlaşmalarda yerləşən avtomobil yolları sahələrinə, mənsubiyyətindən asılı olmayaraq dəmiryol keçidlərinin bir kateqoriyadan digərinə keçirilməsinə, həmçinin dəmiryol keçidlərinə xidmət edən işçilərin (bundan sonra - növbətçi işçilər) vəzifələrinə və işinin təşkilinə dair tələblərin müəyyən olunmasını.
1.4. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.4.1. dəmiryol keçidi - avtomobil yolunun dəmir yolu ilə eyni səviyyədə kəsişən, hərəkətin təhlükəsizliyini təmin edən, qatarların və nəqliyyat vasitələrinin, o cümlədən piyadaların buraxılma şəraitini yaxşılaşdıran, zəruri avadanlıqla təchiz edilmiş dəmiryol nəqliyyatının yüksək təhlükəli obyekti;
1.4.2. keçid siqnalizasiyası - qatarın dəmiryol keçidinə yaxınlaşması barədə nəqliyyat vasitələrinin sürücülərini xəbərdar edən qurğu;
1.4.3. keçid işıqforu - avtonəqliyyat vasitələrinin sürücüləri üçün dəmiryol keçidində siqnal göstəricilərini bildirən dəmiryol işıqforu;
1.4.4. səs siqnalizasiyası - təhlükənin olması barədə məlumat bildirən səs siqnallarının verilməsi üçün siqnalizasiya qurğusu;
1.4.5. ümumi istifadəli dəmiryol keçidi - ümumi istifadəli dəmir yollarının və (və ya) qeyri-ümumi istifadəli dəmir yollarının ümumi istifadəli avtomobil yolları ilə kəsişmələrində yerləşən keçid;
1.4.6. qeyri-ümumi istifadəli dəmiryol keçidi - ümumi istifadəli dəmir yollarının və (və ya) qeyri-ümumi istifadəli dəmir yollarının ümumi istifadədə olmayan avtomobil yolları ilə kəsişmələrində yerləşən keçid;
1.4.7. dəmiryol keçidinin hərəkət hissəsi - nəqliyyat vasitələrinin hərəkəti üçün avtomobil yolunun dəmiryol keçidində istifadə edilən hissəsi;
1.4.8. dəmiryol keçidinin çəpərləmə qurğusu - qatar (hərəkət tərkibi) keçidə yaxınlaşarkən nəqliyyat vasitələrinin bağlı dəmiryol keçidinə daxil olmasına mexaniki maneə yaradan qurğu olmaqla növbətçi ilə xidmət olunan dəmiryol keçidlərində avtomatik keçid siqnalizasiyasına əlavə;
1.4.9. yaxınlaşma sahəsi - dəmiryol keçidinə qatarın yaxınlaşmasını əvvəlcədən bildirmək və keçid siqnalizasiyasını, həmçinin şlaqbaumların (dəmiryol keçidində quraşdırıldıqda) avtomatik idarə edilməsi üçün uzunluğu qatarların hərəkət sürətindən və dəmiryol keçidinin hərəkət hissəsindən asılı olaraq müvafiq texniki normativ aktlara əsasən hesablama yolu ilə müəyyən edilən, dəmiryol keçidinin qabağında elektrik rels dövrəsi ilə təchiz edilmiş dəmir yolu sahəsi;
1.4.10. şlaqbaum - avtomobil yolunun hərəkət hissəsinin qarşısını kəsmək və nəqliyyat vasitələrinin (yol hərəkəti iştirakçılarının) dəmiryol keçidindən keçməsini dayandırmaq üçün nəzərdə tutulmuş qurğu olmaqla, çəpərləyici tirdən və ötürücüdən ibarətdir. Keçid işıqfor siqnalizasiyası ilə təchiz olunduğu hallarda şlaqbaum nəqliyyat vasitələrinin (yol hərəkəti iştirakçılarının) dəmiryol keçidindən icazəsiz keçməsini çəpərləyən təkrarlayıcı qurğu;
1.4.11. komisyon baxış - dəmiryol keçidinin texniki vəziyyətinə infrastrukturun, qeyri-ümumi istifadəli dəmir yolunun, avtomobil yolunun sahibinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti qurumunun nümayəndələrindən ibarət komissiya tərəfindən aparılan baxış.
1.5. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
1.6. Bu Qaydaların tələbləri istismarda olan bütün dəmiryol keçidlərinə şamil edilir.
1.7. Dəmiryol keçidinin sərhədləri avtomobil yolu tərəfdən şlaqbaumdan 5 metr məsafədə, şlaqbaum olmadıqda isə kənar relsdən 10 metr məsafədən, dəmir yolu tərəfdən (dəmir yolu xətti boyunca) isə dəmiryol keçidinin döşəməsinin sonunun hər iki tərəfindən 50 metr məsafədən başlayır.
1.8. Qonşu dəmiryol keçidlərinin bir-birindən, həmçinin yolötürücüləri olan sahələrdə yolötürücülərindən ara məsafəsi 5 kilometrdən çox olmalıdır. Onların 5 kilometr və daha az məsafədə fəaliyyət göstərməsinə infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin razılığı ilə yol verilir.
1.9. Yolötürücülərində təmir işlərinin aparılması dövründə reversiv hərəkətin təşkili mümkün olmadıqda, nəqliyyat vasitələrinin, piyadaların, tikinti texnikalarının fasiləsiz və təhlükəsiz buraxılması məqsədilə yolötürücüsündən 5 kilometrdən az olan məsafədə dəmiryol keçidinin quraşdırılmasına yol verilir.
1.10. Ümumi istifadəli dəmiryol nəqliyyatının infrastruktur sahibi (bundan sonra - infrastruktur sahibi) və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən hər il aprelin 1-dən iyunun 1-dək dəmiryol keçidlərinə komisyon baxışın keçirilməsi təmin olunur.
1.11. Dəmiryol keçidlərinin komisyon baxışının nəticələrinə əsasən keçidlərin qurğu və avadanlıqlarında, keçidə birləşən avtomobil yolunun yaxınlaşmalarında aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması "Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası qanunlarının, "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları"nın, bu Qaydaların, həmçinin yol hərəkətinin təşkili layihələrinin, dəmiryol keçidlərinin layihələndirilməsi tələblərinə uyğun olaraq təmin edilir.
1.12. İnfrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin təşəbbüsü ilə il ərzində keçidlərin və onlara yaxınlaşma yollarının vəziyyətinin təkrar yoxlamaları aparılır.
1.13. Dəmiryol keçidlərindən nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin dayandırılması və ya müvəqqəti məhdudlaşdırılması "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
1.14. Dəmiryol keçidlərində hərəkətin təhlükəsizliyini təmin etmək üçün aşağıdakı qurğular tətbiq edilir:
1.14.1. işə salınma üsullarından asılı olaraq aşağıdakı növlərə bölünən şlaqbaumlar:
1. avtomatik - qatar yaxınlaşma sahəsinə daxil olduqdan sonra şlaqbaumların çəpərləyici tirlərinin bağlı (üfüqi) vəziyyətə keçməsi və keçid işıqforlarının qırmızı siqnalının (işığının) avtomatik qoşulması hesablanmış vaxtla həyata keçirilir. Qatar dəmiryol keçidini boşaltdıqdan sonra çəpərləyici şlaqbaumlar eyni qayda üzrə avtomatik açıq (şaquli) vəziyyətə keçir. Bu halda keçid işıqforlarının qırmızı siqnalları (işıqları) sönür;
2. yarımavtomatik - qatar yaxınlaşma sahəsinə daxil olarkən, qatara icazəverici siqnal açıldıqda və ya marşrut qapandıqda və ya dəmiryol stansiya növbətçisi tərəfindən xüsusi düymə sıxıldıqda, şlaqbaumların çəpərləyici tirlərinin bağlı (üfüqi) vəziyyətə çevrilməsi avtomatik həyata keçirilir. Şlaqbaumların çəpərləyici tirlərinin açılması (onların şaquli vəziyyətə gətirilməsi) keçid növbətçisi (bundan sonranövbətçi işçi) tərəfindən xüsusi düyməni sıxmaqla yerinə yetirilir;
3. elektrikli (elektroşlaqbaumlar) - şlaqbaumların çəpərləyici tirlərinin bağlı (üfüqi) vəziyyətə gətirilməsi xəbərdarlıq siqnalı aldıqdan sonra, növbətçi işçi tərəfindən xüsusi düymə sıxılmaqla yerinə yetirilir. Qatar dəmiryol keçidini boşaltdıqdan sonra şlaqbaumların çəpərləyici tirlərinin açılması (şaquli vəziyyətə gətirilməsi) növbətçi işçinin həmin düyməni əvvəlki vəziyyətə qaytarması ilə yerinə yetirilir;
4. mexanikləşdirilmiş - şlaqbaumlar mexaniki ötürücülü olur və növbətçi işçi tərəfindən çəpərləyici tirlər açıq (şaquli) və ya bağlı (üfüqi) vəziyyətə əl ilə gətirilməklə çevrilir;
5. üfüqi-dönən (ehtiyat) - açıq vəziyyətdə çəpərləyici tirlər avtomobil yolunun hərəkət hissəsinə paralel qoyulur. Nəqliyyat vasitələrinin hərəkətini dayandırmaq üçün növbətçi işçi avtomobil yolunun hərəkət hissəsinin çəpərləyici tirin yerini əl ilə dəyişməklə yerinə yetirir;
1.14.2. qatarın dəmiryol keçidinə daxil olmasını qadağan edən və növbətçi işçi tərəfindən idarə olunan qurğu (bundan sonra - çəpərləyici siqnalizasiya);
1.14.3. təyinatına görə aşağıdakı növlərə bölünən keçid siqnalizasiyası:
1. avtomatik işıqfor siqnalizasiyası - keçid işıqforlarında yanıbsönən (qırpınan) qırmızı siqnalların (işıqların) qoşulması, qatarın müəyyən hesablama məsafəsinə yaxınlaşması zamanı, qatar dəmiryol keçidini keçdikdən sonra isə sönməsi avtomatik olaraq baş verən keçid siqnalizasiyası;
2. yanıb-sönən (qırpınan) dümağ işıqlı avtomatik işıqfor siqnalizasiyası - dəmiryol keçidində keçid işıqforlarının başlığına əlavə quraşdırılan yanıb-sönən (qırpınan) dümağ siqnal (işıq) yaxınlaşan qatarın olmadığını və siqnalizasiya qurğusunun saz olmasını bildirən keçid siqnalizasiyası (bu Qaydaların 2 nömrəli əlavəsindəki şəkil 6);
3. avtomatik şlaqbaumlu avtomatik işıqfor siqnalizasiyası - avtomatik enən və qalxan şlaqbaumlara çəpərləyici tirlər əlavə edilmiş keçid siqnalizasiyası;
4. yarımavtomatik şlaqbaumlu avtomatik işıqfor siqnalizasiyası - qatarın yaxınlaşması zamanı şlaqbaumların çəpərləyici tirlərini avtomatik enən, qatar dəmiryol keçidini keçdikdən sonra isə şlaqbaumların çəpərləyici tirlərinin qalxması və siqnalizasiyasının sönməsi növbətçi işçi tərəfindən düyməni sıxmaqla həyata keçirilən çəpərləyici tirlər əlavə edilmiş keçid siqnalizasiyası;
5. işıqfor siqnalizasiyası - çəpərləyici qismində tətbiq edilən keçid siqnalizasiyası ilə xüsusi işıqforlar arasında asılılıq qurğusu. Normal (hesablama uzunluğu) yaxınlaşma sahələrində təchiz edilməsi mümkün olmayan, şəhərlərin dalan dəmir yollarında tətbiq edilə bilər;
6. xəbərdarlıq siqnalizasiyası - qatarın dəmiryol keçidinə yaxınlaşması barədə növbətçi işçini optik və akustik siqnallar vasitəsilə xəbərdar edən, dəmiryol keçidinin çəpərləyici texniki vasitələrin sönməsi və qoşulması isə keçidə xidmət edən növbətçi işçi tərəfindən həyata keçirilən keçid siqnalizasiyasıdır;
1.14.4. qatarın dəmiryol keçidinə yaxınlaşması zamanı nəqliyyat vasitələrinin bağlı dəmiryol keçidinə icazəsiz daxilolma cəhdi zamanı onların hərəkətinə fiziki maneə yaratmaq (baryer) üçün nəzərdə tutulan, hərəkət hissəsini tam bağlayan qurğu (bundan sonra - taran əleyhinə qurğu);
1.14.5. avtomobil yolunda xüsusi plitələrin qalxması ilə dəmiryol keçidindən avtomobil nəqliyyatının hərəkətini bağlayan dəmiryol keçidinin çəpərləmə qurğusu.
1.15. Qatarların və nəqliyyat vasitələrinin hərəkət intensivliyinin, dəmiryol keçidlərində iş şəraitinin yoxlanılması və faktiki tələbata görə kateqoriyalarına yenidən baxılması infrastruktur sahibi tərəfindən ildə bir dəfədən az olmayaraq, qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən isə 5 ildə bir dəfədən az olmayaraq aparılır. Dəmiryol keçidlərinin kateqoriyasını müəyyən etmək üçün qatarların hərəkət intensivliyi qatarların hərəkət qrafikindən, nəqliyyat vasitələrinin hərəkət intensivliyi isə müayinəsi aparılan dəmiryol keçidi ilə kəsişən avtomobil yolu sahibinin verdiyi məlumatlara əsasən və ya infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən aparılan xronometraj müşahidələrə əsasən təyin edilir.
1.16. Dəmiryol keçidlərinin kateqoriyalarına yenidən baxılması, dəmiryol keçidlərinə komisyon baxışla bir yerdə aparılır. Bu halda keçidlərin növbətçi işçi tərəfindən xidmətin ləğvi və ya bərpası (yenidən təyini) nəzərdə tutulan dəmiryol keçidlərinin siyahısı tərtib olunur.
1.17. Keçidə növbətçi işçi tərəfindən xidmət edilməsinin ləğvi aşağıdakı hallarda həyata keçirilir:
1.17.1. bu Qaydaların 1.26-cı bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, dəmiryol keçidi aşağı kateqoriyaya keçirildikdə;
1.17.2. II, III və ya IV kateqoriyalı dəmiryol keçidləri avtomatik işıqfor siqnalizasiyası və dəmiryol stansiya növbətçisi (qatar dispetçeri) tərəfindən avtomatik keçid siqnalizasiya qurğusunun nasazlığına nəzarət qurğuları ilə təchiz olunduqda;
1.17.3. dəmiryol keçidlərinə növbətçi işçi tərəfindən xidmət üzrə məhdudiyyətləri aradan qaldırmaqla dəmiryol keçidi əsaslı təmir edildikdə və (və ya) yenidən qurulduqda.
1.18. Qəbul-göndərmə yollarında yerləşən dəmiryol keçidlərinə növbətçi işçi tərəfindən xidmətin ləğv edilməsinə yol verilmir.
1.19. Dəmiryol keçidinə növbətçi işçisi tərəfindən xidmət edilmənin dayandırılmasından (ləğv edilməsindən) əvvəl infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:
1.19.1. dəmiryol stansiya növbətçisi (qatar dispetçeri) tərəfindən avtomatik keçid siqnalizasiya qurğusunun nasazlığına nəzarət qurğularının təchizatı üzrə işləri yerinə yetirmək;
1.19.2. dəmiryol keçidinin vəziyyətinin və təchizatının bu Qaydaların tələblərinə uyğunluğunu yoxlamaq və nəticələrinə görə keçidin növbətçi işçisi olmadan istismara hazırlığı barədə rəy tərtib etmək;
1.19.3. avtomatik, yarımavtomatik və elektrikli şlaqbaumları, dəmiryol keçidinin çəpərləmə qurğusunu, taran əleyhinə qurğuları, digər çəpərləmə qurğularını, həmçinin dəmiryol keçidinə növbətçi işçi tərəfindən xidmətlə əlaqədar qurğuları sökmək;
1.19.4. yol hərəkətinin təşkili layihələrində dəyişiklik etmək (o cümlədən, yol nişanları, yol nişanlama xətləri, yol və piyada çəpərləmələri, istiqamətləndirici qurğular, yol işıqforları, işıqlandırma xətləri, dəmiryol keçidləri, avtomobil yollarının müvafiq sahəsindəki siqnal dirəkcikləri (dəmiryol keçidinin hüdudlarında olanlar) daxil olmaqla yol hərəkətinin təşkilinin texniki vasitələrinin yerləşdirilməsi sxemində), habelə yol hərəkətinin təşkilinin texniki vasitələrini əvəz etmək.
1.20. Növbətçi işçi tərəfindən xidmət edilən dəmiryol keçidinin növbətçisiz istismar edilən dəmiryol keçidinə, həmçinin növbətçisiz istismar edilən dəmiryol keçidinin növbətçi işçi ilə xidmət edilən dəmiryol keçidinə keçirilməsinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
1.21. Müəyyən yerlərdə dəmiryol keçidində növbətçiliyin ləğv edilməsinə ən azı 15 (on beş) gün qalmış, avtomobil yolunun sahibi ilə razılaşdırmaqla infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən yaxşı görünən yerdə 1 (bir) ay müddətinə üzərində "Keçid ______ tarixdən növbətçisizdir" sözlərinin yazıldığı lövhə quraşdırılır.
1.22. Bağlanan (daimi və müvəqqəti) dəmiryol keçidlərində döşəmə sökülür, avtomobil yolundan keçidə gələn yolun eni boyu, kənar relsdən 10 metrdən az olmayaraq məsafədə 0,5 metrdən az olmayan hündürlükdə maneələr qurulur və 2 metr məsafədə dərinliyi 0,6 metr və eni 0,4 metr xəndək qazılır. Dəmiryol keçidlərinə girişlərdə və yaxınlaşmalarda xəbərdarlıq nişanları çıxarılır. Əvəzində başqa yerdən ötüb keçmə istiqamətinin başlanğıcını göstərən məlumatgöstərici nişanları quraşdırılır.
1.23. Bağlanan dəmiryol keçidlərində bütün avadanlıqlar sökülür. Dəmiryol keçidlərinin istismarının qısamüddətli dayandırılması zamanı onların bağlanılma müddətində avtomatik keçid siqnalizasiya qurğusu açılır, əl ilə işləyən üfüqi-dönən ehtiyat şlaqbaumların (bundan sonra - ehtiyat şlaqbaumlar) tirləri avtomobil nəqliyyatının hərəkəti üçün bağlı vəziyyətə qoyulur və qıfılla bağlanılır. Dəmiryol keçidində avtomatika qurğularının açılmasına dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir. Bağlanan dəmiryol keçidinin girişində, həmin dəmiryol keçidi ilə kəsişən avtomobil yolu hissəsinin sahibi ilə razılaşdırmaqla infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən nəqliyyat vasitələrinin dönməsi üçün şərait yaradılır.
1.24. Yol hərəkəti iştirakçılarının dəmiryol keçidinin bağlanması və açılması barədə məlumatlandırılması "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil yol keçidlərinin bağlanması və açılması barədə qərar qəbul etmiş subyekt tərəfindən təmin olunur.
1.25. Dəmiryol keçidlərinin tikilməsi, saxlanılması və istifadə olunması, habelə küçələrdə, meydanlarda və ya dəmiryol keçidlərində hərəkətin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi ilə bağlı yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.
1.26. Dəmiryol keçidlərinin növbətçi işçisi tərəfindən xidmət aşağıdakı dəmiryol keçidlərində aparılır:
1.26.1. qatarların və nəqliyyat vasitələrinin hərəkət intensivliyindən asılı olmayaraq qatarların hərəkət sürəti saatda 140 kilometrdən çox olan sahələrdə;
1.26.2. Ikateqoriyalı keçidlərdə;
1.26.3. II kateqoriyalı, hərəkət intensivliyi sutkada 16 qatardan çox olan sahələrdə yerləşən və avtomatik işıqfor siqnalizasiyası və dəmiryol stansiya növbətçisi (qatar dispetçeri) tərəfindən avtomatik keçid siqnalizasiyası qurğusunun nasazlığına nəzarət qurğuları ilə təchiz olunmadıqda;
1.26.4. II kateqoriyalı dəmiryol keçidində görünmə şəraiti əlverişli olmadıqda, görünmə şəraitindən asılı olmayaraq hərəkət intensivliyi sutkada 16 qatardan çox olduqda;
1.26.5. III kateqoriyalı dəmiryol keçidində görünmə şəraiti əlverişli olmadıqda və hərəkət intensivliyi sutkada 16 qatardan çox olan sahədə yerləşdikdə.
1.27. Digər kateqoriyalı dəmiryol keçidlərinə növbətçi işçi tərəfindən xidmətin həyata keçirilməsi infrastruktur sahibi və ya qeyriümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
2. Dəmiryol keçidlərinin təsnifatı və onların kateqoriyalarının təyin edilməsi
2.1. Dəmiryol keçidləri yerləşdiyi yerlərə görə aşağıdakılara bölünür:
2.1.1. ümumi istifadəli dəmiryol keçidləri;
2.1.2. qeyri-ümumi istifadəli dəmiryol keçidləri;
2.2. Ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmiryol keçidləri dəmiryol və nəqliyyat vasitələrinin hərəkətinin intensivliyindən asılı olaraq dörd kateqoriyaya bölünür (bu Qaydaların 1 nömrəli əlavəsindəki 1-ci və 2-ci cədvəllər).
2.3. Qatarların hərəkət sürəti saatda 140 kilometrdən çox sürətlə həyata keçirildiyi dəmir yollarının kəsişmələrində yerləşən dəmiryol keçidləri avtomobil yollarında nəqliyyat vasitələrinin intensivliyindən asılı olmayaraq Ikateqoriyalı ümumi istifadəli dəmiryol keçidlərinə aid edilir (layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri həyata keçirilən dəmiryol keçidləri istisna olmaqla).
2.4. Qeyri-ümumi istifadəli Ikateqoriyalı dəmiryol keçidlərinə aşağıdakılar aiddir:
2.4.1. dəmiryol stansiyasının texnoloji prosesinə uyğun olaraq iş növbəsinin yarısı ərzində manevr işlərinin müntəzəm aparıldığı dəmiryol stansiyalarında yerləşən, sutkada 1001-dən çox nəqliyyat vasitəsinin hərəkət intensivliyi olan avtomobil yolları ilə kəsişən dəmiryol keçidləri;
2.4.2. avtomobil yolları ilə kəsişmələrdə müntəzəm olaraq nəqliyyat vasitələrinin sutkada 501 və daha çox hərəkət intensivliyi olan, yanar-maye metallarının və şlakların (pasaların) dəmiryol və (və ya) avtomobil daşımaları həyata keçirilən mənzillərdə və dəmiryol stansiyalarında yerləşən dəmiryol keçidləri.
2.5. Nəqliyyat vasitələrinin hərəkət intensivliyi sutkada 101-500 olan avtomobil yolları ilə kəsişmələrdə yanar-maye metalların və şlakların (pasaların) dəmiryol və (və ya) avtomobil daşımalarının mütəmadi həyata keçirildiyi mənzillərdə və dəmiryol stansiyalarında yerləşən dəmiryol keçidləri də II kateqoriyalı qeyri-ümumi istifadəli dəmiryol keçidlərinə aiddir.
2.6. Nəqliyyat vasitələrinin hərəkət intensivliyi sutkada 100-dən az olan avtomobil yolları ilə kəsişmələrdə mütəmadi olaraq yanarmaye metalların və şlakların (pasaların) dəmiryol və (və ya) avtomobil daşımaları həyata keçirilən mənzillərdə və dəmiryol stansiyalarında yerləşən dəmiryol keçidləri də III kateqoriyalı qeyri-ümumi istifadəli dəmiryol keçidlərinə aiddir.
2.7. Bu Qaydaların 1 nömrəli əlavəsindəki 2-ci cədvəldə nəzərdə tutulmayan digər dəmiryol keçidləri IV kateqoriyaya aid edilir.
2.8. Dəmiryol keçidləri tənzimlənən və tənzimlənməyənlərə bölünür.
2.9. Tənzimlənən keçidlərə qatarın (hərəkət tərkibinin) dəmiryol keçidinə yaxınlaşmasını nəqliyyat vasitələrinin sürücülərinə bildirən, keçid siqnalizasiya qurğuları ilə təchiz olunan və ya növbətçi işçi tərəfindən, həmçinin infrastruktur və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən dəmiryol keçidində qatarların (hərəkət tərkibinin) və nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsini yerinə yetirməsi vəzifəsi həvalə edilmiş digər işçilər tərəfindən xidmət olunan keçidlər aid edilir.
2.10. Tənzimlənməyən keçidlərə keçid siqnalizasiya qurğuları ilə təchiz olunmayan və növbətçi işçi tərəfindən, həmçinin infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən dəmiryol keçidində qatarların (hərəkət tərkibinin) və nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsini yerinə yetirmək vəzifəsi həvalə edilmiş digər işçilər tərəfindən xidmət olunmayan keçidlər aid edilir.
3. Dəmiryol keçidlərinin qurğularına və avadanlıqlarına dair tələblər
3.1. Dəmiryol keçidlərinin qurğu və avadanlıqları "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları"nın tələblərinə uyğun olmalıdır.
3.2. Dəmiryol keçidinə yaxınlaşan qatarın bu Qaydaların 1 nömrəli əlavəsindəki 3-cü cədvəldə nəzərdə tutulmuş normalara uyğun görünmənin təmin edilmədiyi müəssisələrə, anbarlara və digər obyektlərə gedən dalan dəmir yolları ilə avtomobil yollarının kəsişmələrində yol güzgüləri quraşdırılır. Müşahidəçiyə nisbətən yol güzgüsünün quraşdırılma yeri və əksetdiricinin dönmə səthi yerli şəraitdən asılı olaraq yol sahəsinin gizli görüntünün təmin olunması nəzərə alınmaqla seçilir.
3.3. Ümumi istifadəli dəmir yollarında aşağıdakı dəmiryol keçidlərinin açılmasına yol verilmir:
3.3.1. I, II və III kateqoriyalı dəmiryol keçidlərinin;
3.3.2. hərəkət sürəti saatda 140 kilometrdən çox olan sahələrdə;
3.3.3. üç və daha çox ümumi istifadəli dəmir yollarının kəsişməsi zamanı görünmə şəraitinin təmin olunmadığı qazmalardakı və digər yerlərdəki dəmir yolu kəsişmələri zamanı (bu Qaydaların 1 nömrəli əlavəsindəki 3-cü cədvəl), həmçinin dəmiryol keçidlərinə növbətçi işçi tərəfindən xidmət edilməsi tələb olunduqda IV kateqoriyalı dəmiryol keçidlərinin.
3.4. İstismar olunan dəmiryol keçidlərindən tramvay və trolleybus hərəkətinin açılmasına yol verilmir.
3.5. İstismar olunan dəmiryol keçidlərindən avtobus hərəkətinin açılmasına dəmiryol keçidi keçid siqnalizasiya qurğuları ilə təchiz edildikdə və komisyon baxışı keçirən komissiyanın qərarı olduqda infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin razılığı ilə yol verilir.
3.6. Tənzimlənməyən dəmiryol keçidlərində nəqliyyat vasitələrinin sürücüləri bu Qaydaların 1 nömrəli əlavəsindəki 3-cü cədvəldə nəzərdə tutulmuş normalara uyğun yolun yaxın relsindən 50 metrdən az uzaqlıqda olduqda, istənilən tərəfdən qatarın dəmiryol keçidinə yaxınlaşmasının görünməsi təmin olunmalıdır.
3.7. Dəmiryol keçidləri dəmir yollarının, qazmaların hüdudlarından kənarda və bu Qaydaların 1 nömrəli əlavəsindəki 3-cü cədvəldə nəzərdə tutulmuş normaların təmin edildiyi yerlərdə yerləşdirilir.
3.8. Dəmir yollarının avtomobil yolları ilə kəsişməsi, əsasən düzbucaq altında yerinə yetirilir. Bu şərtin yerinə yetirilməsi mümkün olmadıqda kəsişən dəmir yolları və avtomobil yolları arasındakı itibucaq 60 dərəcədən az olmamalıdır. Daha itibucaq altında olan dəmiryol keçidləri dəmir yollarında və (və ya) avtomobil yollarında yenidənqurma işləri aparılan zaman yenidən qurulur.
3.9. Tənzimlənməyən dəmiryol keçidlərində dəmiryol hərəkət tərkibinin və avtomobil nəqliyyatının hərəkətinin təhlükəsizliyini təmin etmək üçün yerli şəraitdən asılı olaraq, manevr işlərinin aparılması zamanı keçid hissəsini tam bağlayan üfüqi-çevrilən şlaqbaumların quraşdırılmasına yol verilir.
3.10. Dəmiryol keçidlərində kənar relsdən 10 metrdən az olmayan məsafədə avtomobil yolu uzununa profildə üfüqi meydançaya və ya böyük radiuslu şaquli əyriyə və ya kəsişmə dəmir yolunun əyri sahəsində yerləşdikdə, bir relsin o birindən hündürlüyünə görə müvafiq mailliyi olmalıdır.
3.11. Avtomobil yolunun dəmiryol keçidinə yaxınlaşma uzunluğunun mailliyi meydançanın qarşısından 20 metr məsafədə 50 faizdən çox olmamalıdır.
3.12. Avtomobil yollarının yenidən qurulması və yeni tikintisi zamanı yaxınlaşmalar elə olmalıdır ki, avtomobil yolunun kənar relsdən 10 metr məsafədən az olmayaraq uzununa profildə üfüqi meydançası olsun.
3.13. Avtomobil yolunun dəmiryol keçidinə yaxınlaşmalarının uzununa mailliyi 50 metrdən az olmayan məsafədə 30 faizdən çox olmayaraq layihələndirilir.
3.14. Torpaq avtomobil yollarının (möhkəm örtük olmadıqda) dəmiryol keçidinə yaxınlaşmaları şlaqbauma qədər, şlaqbaum olmadıqda isə kənar relsdən 10 metrdən az olmayan məsafədə infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi ilə razılaşdırmaqla avtomobil yolunun sahibi tərəfindən hərəkət yolu boyu möhkəm örtüklə örtülür.
3.15. Yeni salınan qoruyucu meşə zolağı nəqliyyat vasitələri sürücülərinin dəmiryol keçidindən 50 metr və ondan az məsafədə ona yaxınlaşmaqda olan qatarın ən azı 500 metr məsafədən görünməsini təmin etməlidir.
3.16. Dəmir yolu ilə eyni səviyyədə kəsişən avtomobil yolunda hərəkət hissəsinin eni kəsişməyə yanaşmadakı hərəkət hissəsinin eninə bərabər, V dərəcəli yolda isə ən azı 6,0 metrə bərabər olmalı, mal-qaranın keçirilmə yerlərindəki döşəmənin eni isə 4 metrdən az olmamalıdır.
3.17. Hərəkət hissəsi hüdudlarında relsarası döşənəyin rels başlığının üstündən yüksəlmə ölçüsü, dəmir yollarının rels başlığının örtük səthinə nisbətən kənaraçıxma ölçüsü və relsarası sahədə (döşənəkdə) ayrı-ayrı çuxurlar və çökmələr müvafiq texniki normativ hüquqi aktların tələblərinə cavab verməlidir.
3.18. Dəmiryol hərəkət tərkibinin təkər cütünün maneəsiz keçməsini təmin etmək üçün döşənəyin konstruksiyasından asılı olaraq döşənəyin hüdudlarında kontrrelslər qoyula bilər. Onların ucları 50 santimetr uzunluğunda, izin daxilinə (içəriyə) tərəf 25 santimetr əyilməlidir. Novların eni 75-110 millimetr, dərinliyi isə 45 millimetr həddindən az olmayaraq quraşdırılır.
3.19. Növbətçi işçi ilə xidmət edilən dəmiryol keçidlərində qatarı dayandırmaq üçün hər yolun izinin daxilinə (təkyollu sahələrdə - hər iki tərəfdən) döşənəkdən 0,75-1,0 metr məsafədə daşına bilən siqnalların (qırmızı lövhə, fənər) qoyulması üçün metal boru basdırılır, həmçinin dəmiryol hərəkət tərkibinin aşağı qabaritsizliyini müəyyən etmək üçün xüsusi qurğu quraşdırılır (bu Qaydaların 2 nömrəli əlavəsindəki şəkil 1).
3.20. Şlaqbaumların dayaqlarının, keçid siqnalizasiya işıqforlarının, çəpərləmələrin, məhəccərlərin və istiqamətləndiricilərin (siqnal) dirəkcikləri avtomobil yolunun hərəkət hissəsinin kənarından ən azı 0,75 metr aralı quraşdırılır (bu Qaydaların 2 nömrəli əlavəsindəki şəkillər 4 (a), 4 (b), 5 (a), 5 (b). İstiqamətləndirici (siqnal) dirəkciklər dəmiryol keçidinin hər iki tərəfində kənar relsdən 2,5 metrdən başlayaraq 16 metr məsafəyədək hər 1,5 metrdən bir quraşdırılır (bu Qaydaların 2 nömrəli əlavəsindəki şəkil 2).
3.21. Yaşayış məntəqələrindəki dəmiryol keçidlərinin sərhədlərində istiqamətləndirici (siqnal) dirəkciklərinin quraşdırılması infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən yerinə yetirilir.
3.22. Dəmiryol keçidlərində mal-qaranı keçirmək üçün 1,2 metr hündürlüyündə dəmir-betondan, ağacdan və ya metaldan maneə tipli məhəccər və ya çəpər quraşdırılır, ehtiyat şlaqbaumlara isə çəpərləyici torlar asılır.
3.23. Dəmiryol keçidlərinin çəpərlənməsi infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən rənglənməlidir.
3.24. Dəmiryol keçidlərinin yaxınlaşmalarında avtomobil yolu tərəfdən yol hərəkətinin təşkili layihəsinə əsasən yol hərəkəti təşkilinin texniki vasitələri (yol nişanları) quraşdırılır.
3.25. Dəmiryol keçidlərinin tikintisi və təmiri işlərinin aparılması, həmçinin dəmiryol keçidlərinin bağlanılması zamanı avtomobil yolları hissələrinin quruluşu (yol hərəkəti iştirakçılarının məlumatlandırılması) dəmiryol keçidlərinin və avtomobil yollarının onlara yaxınlaşma hissələrinin yol hərəkəti təşkilinin texniki vasitələrlə və məlumat lövhələri ilə təchizatı, həmin işlərin aparılmasının təşəbbüskarı hesabına həyata keçirilir.
3.26. Dəmiryol keçidləri yaşayış məntəqələrində yerləşdikdə və onlara yaxınlaşma avtomobil yollarında səkilər olduqda infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən dəmiryol keçidlərində piyadaların keçidi üçün yol quraşdırılır.
3.27. Çəpərləmə qurğusu ilə təchiz edilmiş dəmiryol keçidlərində, nəqliyyat vasitəsinin dəmiryol keçidinə icazəsiz girişinin qarşısının alınması məqsədilə piyadaların keçidi üçün cığır, həmçinin dəmiryol keçidinə yaxınlaşmalarda avtonəqliyyat vasitələrinin daxil olmasının qarşısının alınması üçün dəmiryol keçidində əlavə qurğunun olması barədə məlumatlandırıcı lövhələr quraşdırılır.
3.28. Dəmiryol keçidində dəmiryol keçidinin çəpərləmə qurğusu avtomobil yolunun keçid hissəsinin örtüyü ilə eyni səviyyədə quraşdırılır. Şlaqbaumlar endikdən sonra dəmiryol keçidinin çəpərləmə qurğusunun plitələrinin yaxınlaşmada olan avtomobil yolunun keçid hissəsini tamamilə bağlamaqla 0,45 metr hündürlükdə qalxması təmin olunmalıdır. Dəmiryol keçidinin çəpərləmə qurğusu keçidin boşaldılması üçün avtomobil nəqliyyatının təsirindən plitələrin üfüqi vəziyyətə keçməsini təmin etməlidir. Dəmiryol keçidinin çəpərləmə qurğusu onun zonasında avtonəqliyyat vasitəsinin olması zamanı plitələrin qalxmasına yol verməməlidir.
3.29. Dəmiryol keçidlərinə yaxınlaşmalarda qatar maşinisti tərəfindən fit verilməsi üçün "C" daimi xəbərdarlıq siqnal nişanları quraşdırılır (bu Qaydaların 2 nömrəli əlavəsindəki şəkil 3 (a).
3.30. "C" siqnal nişanları qatarların hərəkət istiqamətinin sağ tərəfində, keçiddən 500-1500 metr məsafədə, qatarların hərəkət sürəti saatda 120 kilometr və daha çox olan sahələrdə isə 800-1500 metr məsafədə quraşdırılır. Qeyri-ümumi istifadəli dəmiryol keçidlərinin qabağında, yerli şəraitdən asılı olaraq 100-300 metr məsafədə "C" siqnal nişanları quraşdırılır.
3.31. Görünmə şəraiti əlverişli olmayan növbətçisiz dəmiryol keçidlərinin qabağında, bundan başqa əlavə olaraq dəmiryol keçidindən 250 metr, qatarların hərəkət sürəti saatda 120 kilometr və daha çox olan mənzillərdə isə 400 metr məsafədə "C" siqnal nişanları quraşdırılır.
3.32. Keçid siqnalizasiyası olan dəmiryol keçidlərində - 1.3.1.
"Birxətli dəmir yolu" və ya 1.3.2. "Çoxxətli dəmir yolu" xəbərdarlıq nişanları işıqforlarla bir dayaqda, onlar olmadıqda isə kənar relsdən 6-10 metr məsafədə quraşdırılır.
3.33. Tənzimlənməyən dəmiryol keçidlərinin qabağında, nəqliyyat vasitələrinin sürücüləri yaxın relsdən 50 metrdən çox olmayaraq uzaqlıqda olduqda, yolun hesabat görünmə məsafəsində bu Qaydaların 1 nömrəli əlavəsindəki 3-cü cədvəldə nəzərdə tutulmuş normaların təmin edildiyi yerlərdə qatarın görünməsi təmin olunmadıqda, yaxın relsdən 10 metr məsafədə 2.5. "Dayanmadan keçmək qadağandır" üstünlük nişanları quraşdırılır.
3.34. Tənzimlənməyən dəmiryol keçidlərinin qabağında, əgər nəqliyyat vasitələrinin sürücüləri yaxın relsdən 50 metrdən az uzaqlıqda olduqda yolun hesabat görünmə məsafəsində bu
Qaydaların 1 nömrəli əlavəsindəki 3-cü cədvəldə nəzərdə tutulmuş müvafiq görünmə normasına uyğun şərtlər təmin olunan yerlərdə qatarın görünməsi təmin edilmədikdə, onların yenidən qurulmasına qədər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən qatarların hərəkət sürətinə daimi məhdudiyyət qoyulur.
3.35. Mal-qara keçirilən yerlərin yaxınlaşmalarında kənar relsdən 20 metr məsafədə üzərində "Qatardan qorun! Mal-qaranın keçirilmə yeri" sözlərinin yazıldığı lövhəciklər, kənar relsdən 3-4 metr məsafədə isə mal-qaranın keçirilmə cığırının eninə - nəqliyyat vasitələrinin dəmir yoluna çıxmasının qarşısını almaq üçün dirəkciklər qoyulur.
3.36. Elektrikləşdirilmiş dəmiryol xətlərində dəmiryol keçidinin hər iki tərəfində şlaqbaumdan 5 metrdən az olmayan məsafədə, şlaqbaumlar olmadıqda isə kənar relsdən ən azı 14 metrdən az olmayan məsafədə "4,5 m" rəqəmi olan 3.13. "Hündürlüyün məhdudlaşdırılması" qadağanedici nişanları qoyulur (bu Qaydaların 2 nömrəli əlavəsindəki şəkillər 4 (a), 4 (b), 5 (a), 5 (b).
3.37. Avtomobil yolları tərəfdən dəmiryol keçidlərinə yaxınlaşmalarda şlaqbaumların qabağında, onlar olmadıqda isə yol hərəkətinin təşkili layihələrinə əsasən 1.3.1 "Birxətli dəmir yolu" və 1.3.2. "Çoxxətli dəmir yolu" xəbərdarlıq nişanlarının qarşısında 150-300 metr məsafədə 1.1. "Şlaqbaumlu dəmiryol keçidi" və ya 1.2. "Şlaqbaumsuz dəmiryol keçidi" xəbərdarlıq nişanları, yaşayış məntəqələrində və qeyri-ümumi istifadəli dəmiryol keçidlərinə yaxınlaşmalarda isə kənar relsdən 50-100 metr məsafədə və digər yol nişanları quraşdırılır (bu Qaydaların 2 nömrəli əlavəsindəki şəkillər 4 (a), 4 (b), 5 (a), 5 (b).
3.38. Dəmiryol keçidinin görünmə məsafəsi yaşayış məntəqələrindən kənarda ən azı 300 metrdən, yaşayış məntəqələrində isə 100 metrdən az olduqda, bir istiqamətdə iki və daha çox zolaqlı yollarda, həmçinin bir zolaqlı avtomobil yollarında
1.1. "Şlaqbaumlu dəmiryol keçidi" və ya 1.2 "Şlaqbaumsuz dəmiryol keçidi" xəbərdarlıq nişanları təkrarlanmalıdır (bu Qaydaların 2 nömrəli əlavəsindəki şəkillər 4 (a), 4 (b), 5 (a), 5 (b).
3.39. Növbətçi işçi tərəfindən xidmət edilən dəmiryol keçidlərində şlaqbaumlar quraşdırılır və həmin keçidlərdə tam sutkalıq növbətçilik təyin olunur.
3.40. Qeyri-ümumi istifadəli dəmiryol keçidlərində, həmçinin dəmir yolunun azintensiv sahələrində yerləşən ümumi istifadəli dəmiryol keçidlərində tam sutkalıq növbətçilik təyin olunmaya da bilər. Bununla yanaşı, avtomatik keçid siqnalizasiyası və keçid çəpərləmə qurğusunun idarəetmə şitinə kənar şəxslərin müdaxiləsi istisna edilməlidir.
3.41. Dəmiryol keçidinin işini dayandırmaqdan əvvəl (keçidin ləğv edilməsindən əvvəl) avtomatik (yarımavtomatik, elektrikli) şlaqbaumlar növbətçi işçi tərəfindən üfüqi vəziyyətə qoyulur, avtomobil yolunun keçid hissəsini tam bağlayan ehtiyat şlaqbaumlar isə çəpərləyici vəziyyətə qoyularaq qıfılla bağlanır.
3.42. Tam sutkalıq rejimdə işləməyən dəmiryol keçidlərinin siyahısı və onların iş saatları yerli icra orqanları və həmin dəmiryol keçidinin yerləşdiyi avtomobil yolu sahibi ilə razılaşdırılmaqla infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təyin olunur.
3.43. Azintensiv dəmir yollarında yerləşən və üfüqi-dönən şlaqbaumlarla təchiz edilən dəmiryol keçidləri infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən qatar tərtibatçısı və ya lokomotiv briqadası tərəfindən idarə olunan işıqfor siqnalizasiyası ilə təchiz edilməlidir. Dəmiryol keçidləri işıqfor siqnalizasiyası ilə təchiz edilənə qədər üfüqi-dönən şlaqbaumlar saxlanılır və belə dəmiryol keçidlərinə növbətçi işçi tərəfindən xidmət edilmir.
3.44. Üfüqi-dönən şlaqbaumların bağlanması və açılması və ya işıqfor siqnalizasiyasının qoşulması və açılmasına dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
3.45. Yoldəyişmə postları növbətçilərinin, dəmiryol stansiya (post) növbətçilərinin otaqlarına yaxın yerləşən dəmiryol keçidlərinə infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin işçiləri tərəfindən xidmət edilir.
3.46. Dəmiryol keçidinə xidmət üçün işçinin növbətçi vəzifəsinin yerinə yetirilməsinə buraxılması "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları"na uyğun olaraq həyata keçirilir.
3.47. Avtomatik və yarımavtomatik, həmçinin elektrikli şlaqbaumların tirləri qırmızı rəngli işıqqaytarıcı qurğularla təchiz olunmalı, yaxud işıqqaytarıcı boya ilə rənglənməli və 4, 6 və ya 8 metr standart uzunluqda olmalı və onlar müvafiq olaraq kənar relsdən 6, 8 və 10 metrdən az olmayan məsafədə quraşdırılır. Mexaniki şlaqbaumlar kənar relsdən 8,5 metrdən az və 14 metrdən çox olmayan məsafədə quraşdırılır.
3.48. Avtomatik, yarımavtomatik və elektrikli şlaqbaumlar nəqliyyat vasitələrinin hərəkət istiqaməti üzrə sağ tərəfdən avtomobil yolunun yarısından az olmayan hərəkət hissəsini bağlamalıdır. Yolun sol tərəfi eni 3 metrdən az olmayaraq bağlanılmır. Həmin şlaqbaumların hərəkət hissəsinin bütün enini bağlaya biləcək uzunluqda quraşdırılmasına yol verilir.
3.49. Nəqliyyat vasitələrinin intensiv hərəkətinin olduğu, həmçinin sürətli sərnişin qatarlarının hərəkət etdiyi növbətçi işçi tərəfindən xidmət edilən dəmiryol keçidlərində nəqliyyat vasitələrinin icazəsiz girməsinin qarşısının alınması üçün keçid çəpərləmə qurğusu və taran əleyhinə qurğu tətbiq edilir. Dəmiryol keçidinin çəpərləmə qurğusunun və taran əleyhinə qurğuların təchizatına və istismarına dair tələbləri infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi müəyyən edir.
3.50. Qatarların hərəkət sürəti saatda 140 kilometrdən çox olan növbətçi işçi tərəfindən xidmət edilən dəmiryol keçidləri dəmiryol keçidinin çəpərləmə qurğusu ilə təchiz edilir.
3.51. Mexanikləşdirilmiş şlaqbaumlar avtomobil yolunun bütün hərəkət hissəsini tutmalıdır və günün qaranlıq vaxtında, həmçinin gündüz pis görünmə vaxtı (duman, çiskin və əlverişsiz hava şəraiti) tətbiq edilən siqnal fənərləri olmalıdır. Mexanikləşdirilmiş şlaqbaumların çəpərləyici tirlərinin üstündə qoyulan siqnal fənərləri avtomobil yolu tərəfə şlaqbaumların bağlı vəziyyətində - qırmızı, şlaqbaumların açıq vəziyyətində - şəffaf-ağ nəzarət siqnalları (işıqları) verməlidirlər.
3.52. Mexanikləşdirilmiş şlaqbaumların çəpərləyici tirlərinin üstündə qoyulan siqnal fənərləri dəmir yolu tərəfə şlaqbaumların açıq və bağlı vəziyyətində şəffaf-ağ nəzarət siqnalları (işıqları) verməlidirlər.
3.53. Şlaqbaumlar avtomobil yolunun kənarında, sağ tərəfdə onların tirlərinin bağlı vəziyyətində avtomobil yolunun hərəkət hissəsi səviyyəsindən 1 - 1,25 metr hündürlükdə olmaqla dəmiryol keçidinin hər iki tərəfində quraşdırılır. Bu halda mexanikləşdirilmiş şlaqbaumlar kənar relsdən 8,5 metrdən az və 14 metrdən çox olmayan məsafədə yerləşdirilir; avtomatik, yarımavtomatik şlaqbaumlar və elektrikli şlaqbaumlar isə çəpərləyici tirlərin uzunluğundan asılı olaraq (4, 6 və ya 8 metr), kənar relsdən 6, 8 və ya 10 metrdən az olmayan məsafədə yerləşdirilir.
3.54. Dəmir yolunun, dəmiryol nəqliyyatının tikili və qurğularının təmiri aparılarkən, dəmiryol keçidini çəpərləmək üçün əsas şlaqbaumdan avtomobil yoluna tərəf 1 metr məsafədə qoyulmuş və yolun bütün hərəkət hissəsini bağlayan əl ilə çevrilən ehtiyat üfüqidönən şlaqbaumlardan istifadə edilməlidir. Bu şlaqbaumlar bağlı və açıq vəziyyətdə onların bərkidilməsi və siqnal fənərini asmaq üçün xüsusi qurğulara malik olmalıdır.
3.55. Şlaqbaumların çəpərləyici tirləri (əsas və ehtiyat) sağ tərəfə 45-50 dərəcədən bucaq altında maili (avtomobil yolu tərəfdən baxdıqda) qırmızı və ağ rəngli 500-600 millimetr enində növbələnən zolaqlarla rənglənilir. Çəpərləyici tirin sonunda 250-300 millimetr enində qırmızı zolaq olmalıdır.
3.56. Avtomatik və yarımavtomatik şlaqbaumların normal vəziyyəti açıq, elektrikli və mexanikləşdirilmiş şlaqbaumlar isə bağlıdır. Ayrı-ayrı hallarda nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi dəmiryol keçidlərində, elektrikli və mexanikləşdirilmiş şlaqbaumların normal vəziyyəti infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin işçiləri tərəfindən açıq saxlana bilər.
3.57. Normal vəziyyəti bağlı olan şlaqbaumlar, yalnız yaxınlaşan qatar olmadıqda, nəqliyyat vasitələrinin buraxılması üçün açıla bilər.
3.58. Hər iki istiqamətdə iki və ya üç zolaqlı hərəkəti olan avtomobil yollarında əks istiqamətli nəqliyyat axınını ayırmaq üçün (ox xətti), dəmiryol keçidlərində yaxın relsdən 100 metr məsafədə 1.1. uzununa üfüqi nişanlanma xətti çəkilir.
3.59. Şlaqbaumdan və ya işıqfordan 5 metrdən az olmayan məsafədə, onlar olmadıqda isə yaxın relsdən 10 metrdən az olmayan məsafədə 1.12. "Stop xətti" köndələn nişanları 2.5. "Dayanmadan keçmək qadağandır" üstünlük nişanları ilə bir cərgədə çəkilir.
3.60. Bir istiqamətli hərəkət üçün iki və ya çox zolaqlı hərəkətdə onların sərhədlərini nişanlamaq üçün dəmiryol keçidinin qabağında,
1.12. "Stop xətti" köndələn nişanlarından avtomobil nəqliyyatı üçün icazə verilən sürət saatda 60 kilometrdən çox olmadıqda 20 metrdən az olmayan, sürət saatda 60 kilometrdən çox olduqda isə 40 metrdən az olmayan məsafədə 1.3. uzununa üfüqi nişanlanma xətti çəkilir.
3.61. Növbətçi işçilər tərəfindən xidmət edilən dəmiryol keçidlərində növbətçi işçilər üçün çıxışı dəmir yoluna paralel və avtomobil yoluna tərəf olan otaq - keçid postu binası tikilməlidir. Keçid postu binasından dəmir yolu tərəfə çıxışlar məhəccərlə çəpərlənməlidir.
3.62. I, II və III kateqoriyalı bütün dəmiryol keçidlərinin, həmçinin uzununa elektrik təchizatı xətti və ya digər daimi elektrik təchizatı mənbəyi olan, IV kateqoriyalı dəmiryol keçidlərində də elektrik işıqlandırması olmalıdır.
3.63. İstismarda olan dəmiryol keçidlərinin hüdudlarının işiqlandırılması onların yenidən qurulmasına qədər aşağıdakı işıqlandırma dərəcəsindən az olmamalıdır:
3.63.1. Ikateqoriyalı dəmiryol keçidləri üçün - 5 lüks;
3.63.2. II kateqoriyalı dəmiryol keçidləri üçün - 3 lüks;
3.63.3. III kateqoriyalı dəmiryol keçidləri üçün - 2 lüks;
3.63.4. IV kateqoriyalı dəmiryol keçidləri üçün - 1 lüks.
3.64. Keçən qatarlara baxış üçün projektor qurğuları ilə təchiz edilməsi zəruri olan dəmiryol keçidlərinin siyahısı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir. Sürətli avtomobil yollarında və ümumşəhər əhəmiyyətli prospekt, küçə və yollarda yerləşən dəmiryol keçidlərində işıqlandırıcılar quraşdırılır.
3.65. Keçid siqnalizasiya qurğularının elektrik təchizatı birinci kateqoriyalı iki müstəqil etibarlı qarşılıqlı ehtiyat qidalanma mənbəyindən elektrik enerjisi ilə təmin olunmalıdır. Dəmiryol keçidlərində bir elektrik təchizatı mənbəyi olduqda və həmin əsas (ehtiyat) elektrik təchizatı olmadıqda (açıldıqda), keçid və çəpərləyici işıqforun (bu Qaydaların 2 nömrəli əlavəsindəki şəkil 3 (b) qidalandırılması üçün ehtiyat akkumulyator nəzərdə tutulur. Elektrik təchizatının fasiləsinə (bir qidalanma mənbəyindən elektrik təchizatının dayanmasına), ancaq avtomatik qidalanmanın bərpası müddətində yol verilir. Bu halda mənzillərdə sabit cərəyanlı rels dövrəli avtomatik və yarımavtomatik bloklamalı qurğular üçün, əvvəlki 36 (otuz altı) saat müddətində, elektrik qidalanmasının açılmaması şərtilə fasiləsiz işləmə müddəti 8 (səkkiz) saatdan az olmayaraq akkumulyator ehtiyatı nəzərdə tutulmalıdır.
3.66. Növbətçi işçi tərəfindən xidmət edilən dəmiryol keçidləri maşinistlərlə qatar radiorabitəsi, dəmiryol stansiyası və ya elektrik mərkəzləşmə postu növbətçisi, dispetçer mərkəzləşməsi olan sahələrdə isə qatar dispetçeri ilə birbaşa telefon əlaqəsi ilə təchiz edilməlidir.
3.67. Növbətçi işçini və ya onu əvəz edən işçini telefon əlaqəsi ilə çağırmaq üçün əlavə olaraq çöl zəngi (sirena, yüksək səsli və uğultulu fit) də quraşdırılır.
3.68. Avtomatik bloklama ilə təchiz edilmiş mənzillərdə (dəmiryol stansiyalarının uzaqlaşma sahələri istisna olmaqla) yerləşən, növbətçi işçi tərəfindən xidmət edilməyən dəmiryol keçidlərində aşağıdakı mənaları bildirən, növbə ilə yanıb-sönən (qırpınan) iki qırmızı və bir dümağ siqnallarla (işıqlarla) keçid işıqforları və əlavə olaraq piyadaların dəmiryol keçidindən keçməsinin qadağan edilməsi barədə məlumatlandırıcı səs siqnalları quraşdırılır:
3.68.1. dümağ işıqlı siqnallar qoşulduqda - avtomatik işıqfor siqnalizasiyası qoşuludur və saz işləyir - nəqliyyat vasitələrinin hərəkətinə yol verilir;
3.68.2. növbə ilə yanıb-sönən (qırpınan) qırmızı işıqlı siqnallar qoşulduqda - nəqliyyat vasitələrinin hərəkəti qadağandır;
3.68.3. qırmızı və dümağ işıqlı siqnallar söndükdə - işıqfor siqnalizasiyası açılmışdır və ya nasazdır.
3.69. Dəmiryol stansiyalarında, dəmiryol stansiyalarının uzaqlaşma sahələrində yerləşən, növbətçi işçi tərəfindən xidmət edilməyən dəmiryol keçidlərində aşağıdakı mənaları bildirən növbə ilə yanıbsönən (qırpınan) iki qırmızı siqnallarla (işıqlarla) keçid işıqforları və əlavə olaraq dəmiryol keçidindən piyadaların keçməsinin qadağan edilməsini məlumatlandırmaq üçün quraşdırılan səs siqnalları aşağıdakı mənaları bildirir:
3.69.1. növbə ilə yanıb-sönən (qırpınan) qırmızı siqnallar (işıqlar) qoşulduqda - nəqliyyat vasitələrinin hərəkəti qadağandır;
3.69.2. qırmızı siqnallar (işıqlar) söndükdə - nəqliyyat vasitələrinin hərəkətinə sürücü dəmiryol keçidinə yaxınlaşan qatarın olmadığına əmin olduqdan sonra yol verilir.
3.70. Keçid siqnalizasiyasının işıqforları nəqliyyat vasitələrinin hərəkət istiqaməti üzrə sağ tərəfdə quraşdırılır. Ayrı-ayrı hallarda (görünmə şəraiti, hərəkət intensivliyi) əlavə işıqfor başlıqları və ya təkrarlayıcısı keçid işıqforları quraşdırıla bilər.
3.71. Növbətçi işçi tərəfindən xidmət edilən dəmiryol keçidlərinin qabağında avtomobil yollarında aşağıdakı mənaları bildirən növbə ilə yanıb-sönən (qırpınan) iki qırmızı siqnallı (işıqlı) keçid işıqforları, nəqliyyat vasitələrinin hərəkətini bağlamaq üçün əlavə olaraq üzərində siqnalları (işıqqaytarıcıları) olan çəpərləyici tir kimi avtomatik və ya yarımavtomatik şlaqbaumlar əlavə edilmiş və dəmiryol keçidindən piyadaların keçməsinin qadağan edilməsini məlumatlandırmaq üçün səs siqnalları quraşdırılır (bu Qaydaların 2 nömrəli əlavəsindəki şəkil 6):
3.71.1. şlaqbaumun vəziyyətindən asılı olmayaraq, növbə ilə yanıb-sönən (qırpınan) qırmızı siqnallar (işıqlar) qoşulduqda - nəqliyyat vasitələrinin hərəkəti qadağandır;
3.71.2. qırmızı siqnallar (işıqlar) söndükdə, şlaqbaumun tiri qaldırılmış (şaquli) vəziyyətdə olduqda - nəqliyyat vasitələrinin hərəkətinə yol verilir.
3.72. Siqnalizasiya açıldıqda və ya nasaz olduqda, yaxınlıqdakı dəmiryol stansiyasının növbətçisinə və ya dispetçer mərkəzləşməsi olan sahələrdə qatar dispetçerinə avtomatik olaraq keçid siqnalizasiyasının nasazlığı barədə aşağıdakı bildirişlər verilir:
3.72.1. "Qəza" bildirişi - avtomatik keçid siqnalizasiyasının avtomobil nəqliyyatı üçün işıqforlardan birinin bütün qırmızı işıq lampalarının sönük vəziyyətdə olmasını, həmçinin əsas və ehtiyat elektrik təchizatının olmamasını bildirir;
3.72.2. "Nasazlıq" bildirişi - avtomatik keçid siqnalizasiyasının avtomobil nəqliyyatı üçün işıqforun lampalarından birinin sönük vəziyyətdə olmasını, həmçinin avtomatik keçid siqnalizasiyasının elektrik təchizatı mənbələrindən birinin olmamasını bildirir.
3.73. Dəmiryol stansiyasının növbətçisi və ya qatar dispetçeri "Qəza" və "Nasazlıq" barədə bildiriş aldıqdan sonra jurnalda (əmir yollarına, yoldəyişən qurğulara, SMB, rabitə və kontakt şəbəkəsi qurğularına baxış jurnalı) keçid siqnalizasiya qurğusunun normal işinin nasazlığı barədə qeyd aparır və bu barədə qonşu dəmiryol stansiyasının növbətçisinə və keçid siqnalizasiyasının istismarını təmin edən infrastruktur sahibinə və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinə məlumat verir.
3.74. Keçid siqnalizasiya qurğusunun normal işinin bərpası həmin qurğunu istismar edən infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təmin edilir.
3.75. Dəmiryol stansiyasının növbətçisi və ya qatar dispetçeri "Qəza" barədə məlumat aldıqda, dərhal radiorabitə ilə, keçid istiqamətinə gələn qatarların maşinistlərinə keçid siqnalizasiyasının nasazlığı və qatarın baş hissəsinin, növbətçi işçi ilə xidmət edilməyən dəmiryol keçidlərindən saatda 20 kilometrdən çox olmayan sürətlə, növbətçi işçi ilə xidmət edilən dəmiryol keçidlərində isə saatda 40 kilometrdən çox olmayan sürətlə xüsusi sayıqlıqla keçilməsinin zəruriliyi barədə məlumat verir.
3.76. Dəmiryol stansiyalarında dayanacağı olan qatarlara, "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları"na uyğun olaraq keçid siqnalizasiyasının nasazlığı barədə yazılı xəbərdarlıq verilir.
3.77. Avtomatik işıqfor siqnalizasiyası, avtomobil nəqliyyat vasitəsinin qatar dəmiryol keçidinə yaxınlaşanadək keçidi vaxtında boşaltması üçün tələb olunduğu müddətdə avtomobil yoluna tərəf dayanma siqnalının verilməsini təmin etməlidir. Bu halda avtomobil yoluna tərəf dayanma siqnalının verilməsinin başa çatması qatar dəmiryol keçidini boşaltdıqdan sonra həyata keçirilir.
3.78. Qatar dəmiryol keçidini tam boşaltdıqdan sonra, avtomatik şlaqbaumların çəpərləyici tirləri şaquli vəziyyətə qalxır və işıqforların qırmızı siqnalları (işıqları) sönür.
3.79. İşıqfor siqnalizasiyalı dəmiryol keçidlərində, onların avtomatik işıqfor siqnalizasiyası ilə təchiz edilməsi texniki cəhətdən mümkün olmadıqda, dəmiryol nəqliyyatı tərəfə qırmızı və dümağ siqnalı (işığı) verən xüsusi işıqforlar quraşdırılır. Bu hallarda dəmiryol keçidini keçmək üçün qatara (manevr tərkibinə) xüsusi işıqforlarda icazəverici dümağ siqnalını (işığını) qoşmaq (yandırmaq), yalnız keçid işıqforlarında qırmızı siqnalları (işıqları) qoşduqdan (yandırdıqdan) sonra mümkündür. Göstərilmiş asılılıq qısaldılmış yaxınlaşma sahəsi qurğusu olduqda avtomatik və ya keçid siqnalizasiyasının şitindəki düyməni sıxmaqla həyata keçirilir.
3.80. Dəmiryol keçidlərinin keçid siqnalizasiya qurğuları ilə təchizatı dəmiryol keçidlərinin keçid siqnalizasiya qurğuları ilə təchizatına dair əsas tələblərə uyğun olaraq (bu Qaydalara 3 nömrəli əlavə) infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən həyata keçirilir.
3.81. Dəmiryol stansiyalarının hüdudlarında və ya yaxınlığında yerləşən və keçid siqnalizasiyası ilə təchiz edilən dəmiryol keçidlərində dəmiryol stansiya növbətçisi dəmiryol keçidinin kəsişməsi zamanı və həmin dəmiryol keçidində avtomobil nəqliyyatının "Tıxac" vəziyyətinin yaranmaması məqsədilə minimal nəqliyyat ləngiməsini təmin etmək üçün çıxış siqnallarının açılması və qatarın göndərilməsi arasındakı vaxtı minimuma endirməlidir.
3.82. Avtomatika qurğularında nasazlığın yaranması hallarında qatarların hərəkətinin tənzimlənməsi, qatarların düzgün olan və düzgün olmayan yolla göndərilməsi zamanı dəmiryol keçidinə xidmət edən növbətçi işçinin, həmçinin qatarın maşinistinin dəmiryol keçidini keçməsi barədə məlumatlandırılmasına dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
3.83. Dəmiryol keçidlərindən iriqabaritli avtomobillərin keçməsi zamanı şlaqbaumun çəpərləyici tirinin enməsi anında onun sınmasının qarşısının alınması üçün idarəetmə şitində "Saxlama" düyməsi nəzərdə tutulur. Bu halda şlaqbaumun enməsinin ləngidilməsi üçün düymənin sıxılma müddəti 10 (on) saniyədən çox olmamalıdır.
3.84. Yarımavtomatik şlaqbaumlarla təchiz edilmiş dəmiryol keçidlərində "Saxlama" düyməsi eyni zamanda şlaqbaumların çəpərləyici tirlərini açmaq üçün də istifadə olunur: qatarın dəmiryol keçidini keçməsindən və yaxınlaşma sahəsini boşaltmasından sonra, növbətçi işçi həmin düyməni sıxmaqla şlaqbaumu açıq vəziyyətə gətirir və akustik siqnalları söndürür.
3.85. Növbətçi işçi tərəfindən xidmət edilən dəmiryol keçidləri, hər iki tərəfdən dəmir yolu tərəfə, dəmiryol keçidinin keçid hissəsinin kənarından 15-100 metr məsafədə quraşdırılan çəpərləyici işıqforlarla çəpərlənməlidir (bu Qaydaların 2 nömrəli əlavəsindəki şəkil 4 (b). İşıqforun quraşdırıldığı yerdən lokomotiv briqadasının dəmiryol keçidini görməsi şərtilə dəmiryol keçidindən 800 metrdən çox və 15 metrdən az olmayan məsafədə yerləşən giriş, çıxış, marşrut və manevr işıqforlarından çəpərləyici işıqfor kimi istifadə edilməsinə yol verilir. Düzgün olmayan dəmir yolu ilə hərəkət üçün çəpərləyici işıqforların sol tərəfdən quraşdırılmasına yol verilir.
3.86. Yalnız düzgün dəmir yolu ilə hərəkət üçün nəzərdə tutulan ikiyollu dəmiryol xətlərində yerləşən işlək dəmiryol keçidlərində çəpərləyici işıqforların qadağanedici göstəricisinin düzgün olmayan yolla hərəkət edən qatarlara da şamil edilməsi infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
3.87. Avtomatik bloklama ilə təchiz edilmiş sahələrdə çəpərləyici işıqforların qırmızı işıqlarının qoşulması (yanması) zamanı dəmiryol keçidinə yaxın olan işıqforlarda avtomatik olaraq qırmızı işıqlar yanır, həmçinin dəmiryol keçidlərinin yaxınlaşma sahələrində avtomatik lokomotiv siqnalizasiyasının siqnal kodu kəsilir. Yarımavtomatik bloklama ilə təchiz edilmiş dəmir yollarında çəpərləyici işıqforların qırmızı siqnalının (işığının) görünməsi 1000 metrdən az olduqda, çəpərləyici işıqforun qımızı işığı qoşulduqda çəpərləyici işıqforların qabağında, ona sarı rənglə siqnal verən xəbərdarlıq işıqforu quraşdırılmalıdır. Əsas çəpərləyici işıqforun işığının sönük halında xəbərdarlıq işıqforu yanmır və bu vəziyyətdə siqnalın əhəmiyyəti olmur.
3.88. Keçid siqnalizasiyasının idarəetmə şitləri dəmiryol keçidinə yaxınlaşmalarda, dəmir yolunun və avtomobil yolunun keçid növbətçisi işçisi tərəfindən yaxşı görünmə yerində, keçid növbətçisi postunun çölündə quraşdırılır. İdarəetmə şitlərində keçid siqnalizasiyasının tipindən asılı olaraq düymələr və nəzarət lampaları (işıq diodları) yerləşdirilir. Həmin düymələrin və nəzarət lampalarının (işıq diodlarının) təyinatı və istifadə olunmasına dair tələblər layihə sənədləri ilə müəyyən edilərək infrastruktur sahibinin və ya qeyriümumi istifadəli dəmir yolunun sahibinin dəmiryol keçidinin istismarına dair təlimatında əks olunur.
3.89. İkimərtəbəli postlarda birinci mərtəbənin çöl divarında və ya ayrıca dayaqda çəpərləyici siqnalizasiyanı qoşmaq üçün əlavə idarəetmə şiti quraşdırılır.
3.90. Hərəkətin təhlükəsizliyinə təhdid yarandığı hallarda avtonəqliyyat vasitələrinin sürücülərinin sayıqlığının artırılması və ya dəmiryol keçidinə xidmət edən növbətçi işçiyə kömək etmənin zəruriliyi siqnalların verilməsi üçün dəmiryol keçidlərində yerli şəraitdən asılı olaraq, xüsusi siqnalizasiya vasitəsinin (parlayan mayak və sirena) quraşdırılmasına yol verilir.
4. Dəmiryol keçid növbətçisinin vəzifələri və işinin təşkili
4.1. Dəmiryol keçidinə xidmət edən növbətçi işçidə növbə zamanı aşağıdakılar olmalıdır:
4.1.1. ümumi istifadəli dəmir yollarında yerləşən dəmiryol keçidlərində hərəkət üçün yaranan maneəni çəpərləmək üçün altı ədəddən ibarət bir qutu taraqqa;
4.1.2. dəmiryol nəqliyyatı təşkilatı işçilərinə səs siqnalı vermək üçün nəfəsli alətlər (şeypurlar);
4.1.3. hərəkət iştirakçılarının diqqətini cəlb etmək məqsədilə əlavə siqnal vermək üçün fit;
4.1.4. görmə siqnallarını vermək üçün çexolda iki siqnal bayrağı (qırmızı və sarı), günün qaranlıq vaxtında və işıqlı vaxtda pis görünmə zamanı (duman, çovğun və başqa əlverişsiz hava şəraitində) siqnal fənəri.
4.2. Dəmiryol keçid postu binasında aşağıdakılar olmalıdır:
4.2.1. dəmiryol keçidi üzrə növbətçilik cədvəli;
4.2.2. bu Qaydalar;
4.2.3. bu Qaydaların 4 nömrəli əlavəsində nəzərdə tutulmuş məzmunda həmin dəmiryol keçidi barədə məlumatları əks etdirən qısa xarakteristikası ilə birgə infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin dəmiryol keçidinin istismarına dair təlimatı;
4.2.4. infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin həmin dəmiryol keçidində qatar radiorabitə qurğusundan istifadəyə dair təlimatı;
4.2.5. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu;
4.2.6. qonşu dəmiryol stansiyalarından sərnişin və şəhərətrafı qatarların göndərilmə vaxtı göstərilməklə hərəkət cədvəlindən çıxarış;
4.2.7. dəmiryol keçidində növbənin qəbul-təhvili və qurğulara baxış jurnalı;
4.2.8. dəmiryol keçidindən keçmə tələblərinin pozulmasının qeydiyyatı jurnalı;
4.2.9. divar saatı, dərman qutusu, mebel, təsərrüfat inventarı, yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhə, odsöndürən;
4.2.10. tənzimləyicinin jezli və qırmızı qol sarğısı;
4.2.11. dəmiryol keçidində dayanmış nəqliyyat vasitələrini yedəkləmək üçün 4-6 metr uzunluğunda tros;
4.2.12. dəmiryol keçidi ilə kəsişən hər dəmir yolu üçün bir daşına bilən qırmızı lövhə və bir siqnal fənəri (bu Qaydaların 2 nömrəli əlavəsindəki şəkil 3 (c);
4.2.13. bir ehtiyat daşına bilən qırmızı lövhə və bir ehtiyat siqnal fənəri;
4.2.14. bir dəst siqnal bayraqları;
4.2.15. ümumi istifadəli dəmir yollarında yerləşən ikiyollu sahələrdə bir qutu (6 ədəd), üç və daha çox yolları olan sahələrdə isə iki qutudan (12 ədəd) az olmayaraq taraqqa;
4.2.16. plomblanan qurğuların siyahısı.
4.3. Qışda, buzlaşma zamanı keçidin sərhədində dəmiryol keçidinin hərəkət hissəsinə və piyada yollarına səpələmək üçün dəmiryol keçidlərində daimi ehtiyat qum və ya şlak (pasa) olmalıdır.
4.4. İnfrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən bu Qaydaların 5 nömrəli əlavəsində nəzərdə tutulan nümunəvi məzmuna uyğun dəmiryol keçidinin istismarına dair təlimat təsdiq edilir.
4.5. Dəmiryol keçidinin istismarına dair təlimatda növbətçi işçinin yerinə yetirəcəyi vəzifələr nəzərdə tutulur. 5 ildə 1 dəfədən az olmayaraq, habelə dəmiryol keçidinin iş şəraitində dəyişiklik olduqda infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən dəmiryol keçidinin istismarına dair təlimata yenidən baxılır.
4.6. Dəmiryol keçidinə xidmət edən növbətçi işçi növbəni qəbul edərkən aşağıdakıları yoxlamalıdır:
4.6.1. dəmiryol keçidindən hər iki tərəfə 50 metr məsafədə dəmir yolunun vəziyyətini;
4.6.2. dəmiryol keçidində keçid siqnalizasiyasının, avadanlığının və dəmiryol keçidi sərhədində onun bütün qurğularının vəziyyətini və sazlığını;
4.6.3. plomblanan qurğularda plombların olmasını;
4.6.4. ümumi istifadəli dəmir yollarında yerləşən dəmiryol keçidləri üçün - əl siqnallarının, taraqqaların olmasını və onların vəziyyətini;
4.6.5. alətlərin və inventarların olmasını.
4.7. Keçid və çəpərləyici siqnalizasiyasının işində, şlaqbaumlarda və keçid çəpərləmə qurğularında, telefon və radiorabitədə aşkar edilmiş bütün nasazlıqlar, həmçinin onların aradan qaldırılması barədə növbənin qəbulu, təhvili və keçid qurğularına baxış jurnalında qeyd aparılır, avtomatika olduqda "Avtomatika sazdır" və ya "Avtomatika nasazdır" sözləri yazılır.
4.8. Növbətçi işçinin gücü ilə hərəkətin təhlükəsizliyinə təhdid yaradan nasazlığın dərhal aradan qaldırılması mümkün olmadıqda, o, təhlükəli yeri dayanma siqnalları ilə çəpərləməli və nəqliyyat vasitələrinin dəmiryol keçidindən hərəkətini bağlamalı, bu barədə dəmiryol stansiya növbətçisini (qatar dispetçerini) və onun vasitəsilə infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin yol ustasını (yol briqadirini) məlumatlandırmalıdır.
4.9. Növbətçi işçi keçid və çəpərləyici siqnalizasiyasının və avtomatik şlaqbaumların və ya elektrikli şlaqbaumların, həmçinin telefon və radiorabitənin nasazlığı barədə dərhal yaxınlıqdakı dəmiryol stansiya növbətçisinə (qatar dispetçerinə) xəbər verməlidir. Keçiddə infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin nümayəndəsi tərəfindən nasazlıq aradan qaldırılanadək və bu barədə keçiddə növbənin qəbulu, təhvili və keçid qurğularına baxış jurnalında qeyd aparılanadək nasaz qurğulardan istifadə etmək qadağandır.
4.10. Növbə zamanı növbətçi işçinin vəzifələri aşağıdakılardır:
4.10.1. şlaqbaumları vaxtında açmaq və bağlamaq, müəyyən edilmiş siqnallar vermək, keçən qatarların vəziyyətini müşahidə etmək, hərəkətin təhlükəsizliyinə təhdid yaradan nasazlıq aşkar etdikdə qatarın dayandırılması üçün tədbir görmək və qatarın quyruğunu bildirən siqnal olmadıqda bu barədə dəmiryol stansiya növbətçisinə, dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə isə qatar dispetçerinə məruzə etmək;
4.10.2. sərnişin qatarının saatda 140 kilometr və daha çox sürətlə buraxılmasından əvvəl qatarın keçməsinə 5 dəqiqə qalmış nəqliyyat vasitələrinin dəmiryol keçidindən hərəkətini dayandırmaq və şlaqbaumları bağlamaq (onların avtomatik olub olmamasından asılı olmayaraq);
4.10.3. qatarın keçməsinə ən azı 5 dəqiqə qalmış, saatda 140 kilometr və daha çox sürəti olan sərnişin qatarının buraxılması zamanı isə ən azı 20 dəqiqə qalmış mal-qaranın dəmiryol keçidindən keçirilməsini dayandırmaq;
4.10.4. qatarın hərəkətinin təhlükəsizliyinə təhdid yaradan dəmir yolunun zədələnmiş yerlərini dərhal dayanma siqnalı ilə çəpərləmək və bu barədə telefonla dəmiryol stansiyası növbətçisinə və ya qatar dispetçerinə məlumat vermək;
4.10.5. nəqliyyat vasitələrinin və başqa özügedən maşın və mexanizmlərin, həmçinin insanların və mal-qaranın dəmiryol keçidində dayanmasına yol verməmək;
4.10.6. təkər darağının sərbəst keçməsi üçün kontrrelslərin novlarını təmizləmək və dəmiryol keçidinin sərhədi hüdudlarında bütün meydançanı daim təmiz saxlamaq;
4.10.7. qartəmizləyənlərin keçməsi üçün xəbərdarlıq və müvəqqəti siqnal nişanlarının, şlaqbaumların çəpərləyici tirlərinin, siqnalizasiya qurğularının saz olmasını izləmək;
4.10.8. dəmiryol keçidində və şlaqbaumlarda fənərləri yandırmaq, çöl işıqlarını və projektor qurğularını vaxtında yandırmaq və söndürmək, onların nasazlığı barədə infrastruktur sahibini və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibini xəbərdar etmək üçün dəmiryol stansiya növbətçisinə (qatar dispetçerinə) telefonla məlumat vermək;
4.10.9. siyahısı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilən, qatarların və avtomobil nəqliyyatının hərəkətinin intensiv olduğu dəmiryol keçidləri istisna olmaqla, dəmiryol keçidindən hər iki tərəfə 50 metr məsafədə dəmir yoluna baxmaq, boltları, əksqaçıcıları bərkitmək, yolu qardan və otdan təmizləmək, kənar əşyaları yoldan yığışdırmaq, ballast prizmasını hamarlamaq;
4.10.10. təhlükəsizlik texnikasına və istehsalat sanitariyasına dair tələblərə riayət etmək.
4.11. Dəmiryol keçidlərinə xidmət üzrə növbətçi işçinin vəzifə funksiyalarının yoldəyişmə postu növbətçisi və digər funksiyaların icrasının birləşdirilməsi infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
4.12. Dəmir yolunda və dəmiryol keçidində işin aparılmasına yalnız şlaqbaumlar bağlı olduqda yol verilir.
4.13. Növbətçi işçilərə və növbətçi funksiyasının icrası vəzifəsi birləşdirilmiş digər işçilərə postdan getmək və ya dəmiryol keçidinə xidməti müvəqqəti başqa şəxslərə həvalə etmək qadağandır.
4.14. Dəmiryol keçidinə xidmət edən işçi qatarın yaxınlaşması zamanı şlaqbaumların çəpərləyici tirlərini bağladıqdan sonra dəmiryol keçidində və ondan hər iki tərəfə dəmir yolunun boşluğunu yoxlamağa, qatar ondan 400 metrdən az olmayan məsafədə olduqda, saatda 140 kilometrdən çox sürətlə hərəkət edən qatarları qarşılamaq üçün isə qatarın keçməsinə 5 dəqiqə qalmış (bu halda düymə sıxılaraq avtomatik şlaqbaumlar bağlanmalıdır) dəmir yolundan çıxmalıdır.
4.15. Növbətçi işçi qatarı qarşılayarkən keçid postu binasının yanında (açıq və ya şüşəbənd dəhlizdə) kənar relsdən 2 metrdən yaxın olmayan məsafədə, üzü dəmir yoluna tərəf, başını yarımçıq döndərməklə saatda 140 kilometr və daha çox sürətlə hərəkət edən qatarların buraxılması zamanı isə 4 metrdən az olmayan məsafədə, saatda 160 kilometr və daha çox sürətlə hərəkət edən qatarların buraxılması zamanı isə 5 metrdən az olmayan məsafədə dayanmalı, tək istiqamətdə hərəkət edən qatar yaxınlaşdıqda nəfəsli alətlər (şeypurlar) ilə bir uzun səs və cüt istiqamətdə hərəkət edən qatar yaxınlaşdıqda isə iki uzun səs siqnalı verməlidir. Qatar qarşılanarkən dəmir yolu boş olduqda gündüz - bükülmüş halda sarı bayraqla, gecə - əl fənərinin şəffaf - ağ işığı ilə, qatarın sürətinin azaldılmasına zərurət yarandıqda gündüz - açıq sarı bayraqla, gecə - mənzillərdə şəffaf-ağ işıqlı əl fənərinin aşağı və yuxarı yavaş hərəkəti ilə, dəmiryol stansiyalarında isə - sarı işıqlı əl fənəri ilə, belə fənər olmadıqda şəffaf ağ işıqlı əl fənərinin aşağı və yuxarı yavaş hərəkəti ilə siqnal verilməlidir.
4.16. Növbətçi işçi qatarı qarşılayarkən dəmiryol hərəkət tərkibinə diqqətlə baxmalı, dəmiryol keçidi projektor qurğusu ilə təchiz edildikdə isə gecə ondan istifadə etməlidir.
4.17. Növbətçi işçi qatar keçdikdən sonra onun ardınca və ya qonşu yolla digər qatarın hərəkət etmədiyinə əmin olduqdan sonra şlaqbaumları açmalı və dəmiryol keçidindən nəqliyyat vasitələrini və ya mal-qaranı buraxmalıdır.
4.18. Yol vaqoncuğu, yol arabacığı və ya götürülən drezinlər keçdikdən sonra dəmiryol keçidinin növbətçi işçisi bükülmüş sarı bayrağı açıq qırmızı bayraqla əvəz etməli və onu vaqoncuğu və ya arabacığı arxadan çəpərləyən siqnalçı gözdən itənədək və ya drezin dəmiryol keçidindən keçərək 200-250 metr uzaqlaşanadək əlində tutmalıdır.
4.19. Qatar keçən zaman növbətçi işçi aşağıdakı hallarda dayanma işarəsi verir:
4.19.1. keçən qatarda hərəkətin təhlükəsizliyinə təhdid yaradan nasazlıq gördükdə (məsələn: təkər fırlanmadan sürüşərək getdikdə və ya təkərdə sürüngəcin olması səbəbindən qüvvətli zərbələr, yanğın, büksun qızma əlamətləri, qatardan insanın və ya yükün düşmə təhlükəsi olduqda və s.). Təkəri fırlanmadan sürüşərək getmə və ya təkərdə sürüngəcin olması aşkar edilən qatar keçdikdən sonra dəmiryol keçidinin növbətçisi dərhal bu barədə dəmiryol stansiya növbətçisinə (qatar dispetçerinə), infrastruktur sahibinin və ya qeyriümumi istifadəli dəmir yolunun sahibinin nümayəndəsinə xəbər verməli və onun xidmət etdiyi sahənin hüdudunda dəmir yoluna diqqətlə baxış keçirməlidir;
4.19.2. ikiyollu xətlərdə düzgün olmayan dəmir yolu ilə gedən qatarın başında müəyyən edilmiş siqnallar olmadıqda (gecə və gündüz sol tərəfdən fənərin qırmızı işığı, sağ tərəfdən isə fənərin şəffaf ağ işığı);
4.19.3. eyni dəmir yolu ilə bir qatarın digər qatara qarşı getdiyini və ya bir qatarın arxadan digər qatara, drezinə və ya yol vaqoncuğuna çatdığını gördükdə (sonuncu halda dayanma siqnalı arxadan çatan qatara verilir);
4.19.4. qatardan və ya dəmir yolundan maşinistə dayanma siqnalı verildikdə, qatar isə hərəkətini davam etdirdikdə;
4.19.5. ayırma zolağında yanğın olduqda və bu hərəkət üçün təhlükə yaratdıqda;
4.19.6. qatarların hərəkətinə və insanların həyatına təhlükə yarandıqda.
4.20. Növbətçi işçi qatarda gördüyü nasazlıqlar barədə radiorabitə vasitəsilə həmin qatarın maşinistinə, həmçinin telefonla dəmiryol stansiya növbətçisinə (qatar dispetçerinə) xəbər verməlidir.
4.21. Yarımavtomatik şlaqbaumlarla təchiz edilmiş dəmiryol keçidlərində onların açılması qatarın dəmiryol keçidini keçdikdən sonra növbətçi işçi tərəfindən idarəetmə şitində "Açmaq" düyməsini sıxmaqla həyata keçirilir. "Açmaq" düyməsini sıxmaqla yarımavtomatik şlaqbaumlar açıq vəziyyətə keçmədikdə, avtomatik şlaqbaumlu dəmiryol keçidlərində isə şlaqbaumlar avtomatik açıq vəziyyətə keçmədiyi halda növbətçi işçi dəmiryol keçidindən nəqliyyat vasitələrini buraxmaq üçün:
4.21.1. dəmiryol stansiya növbətçisi vasitəsilə (dəmiryol keçidi mənzildə yerləşdikdə qonşu dəmiryol stansiya növbətçisinin) dəmiryol keçidinə yaxınlaşmalarda qatarların olmamasına əmin olmalı;
4.21.2. "Çəpərləyici siqnalizasiyanı qoşmaq" düyməsindəki plombu qırmalı, onu sıxmalı, idarəetmə şitindəki nəzarət lampaları ilə çəpərləyici işıqforların qoşulmasına (yanmasına) əmin olmalı;
4.21.3. dəmiryol keçidində növbənin qəbulu, təhvili və keçid qurğularına baxış jurnalında avtomatika qurğularının nasazlığı, "Çəpərləyici siqnalizasiyanı qoşmaq" və "Qəza açılması" plomblanmış düymələrdən istifadənin zəruriliyi barədə qeyd aparmalı, dərhal dəmiryol stansiya növbətçisinə (qatar dispetçerinə), mümkün olduqda isə infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin nümayəndəsinə xəbər verməli;
4.21.4. "Qəza açılması" düyməsindən plombu qırmalı, şlaqbaumların çəpərləyici tirlərini açıq vəziyyətə gətirməli və keçid işıqforlarını söndürmək üçün həmin düyməni sıxmalıdır. Bu halda açıq şlaqbaumlu dəmiryol keçidinin qarşısında qatarın dayandırılması üçün "Çəpərləyici siqnalizasiyanı qoşmaq" düyməsini sıxdıqdan sonra şlaqbaumların açılmasının 180 (yüz səksən) saniyə müddətində mümkün olması nəzərə alınmalıdır;
4.21.5. bir və ya bir neçə nəqliyyat vasitəsi şlaqbaumun çəpərləyici tirinin altından keçənədək "Qəza açılması" düyməsini sıxılı saxlamalı və həmin düymədən istifadə zamanı nəqliyyat vasitələrini kiçik qruplarla buraxmalıdır.
4.22. Növbətçi işçi "Qəza açılması" düyməsini sıxdığı müddət ərzində işıqfor və səs siqnalizasiyasını ayırır, şlaqbaumları məcburi açır və onların idarə olunmasını öz üzərinə götürür.
4.23. Növbətçi işçi nəqliyyat vasitələrinin buraxılmasını başa çatdırdıqdan sonra "Qəza açılması" düyməsini buraxmalıdır, nəticədə keçid siqnalizasiyası qoşulur və şlaqbaumlar bağlı vəziyyətə keçir, sonra "Çəpərləyici siqnalizasiyanı qoşmaq" düyməsini açır (söndürür).
4.24. Növbətçi işçi dəmiryol stansiya növbətçisini (qatar dispetçerini), infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin nümayəndəsini düymələrin plomblanmasının zəruriliyi barədə məlumatlandırır. Keçid siqnalizasiyasının şitində sayğaclı sıxma düyməsi olduqda düymələr plomblanmır. Hər dəfə düymə sıxılarkən növbənin qəbulu, təhvili və keçid qurğularına baxış jurnalında sayğacın göstəricisi barədə qeyd aparılır.
4.25. Dəmiryol keçidində avtomatika qurğularının nasazlığı hallarında rels dövrəsində şuntlanmanın itməsi mümkünlüyü ilə əlaqədar qatarların hərəkəti barədə və özügedən xüsusi dəmiryol hərəkət tərkiblərinin hərəkətinin bütün hallarında, dəmiryol keçidinə xidmət edən işçinin məlumatlandırılmasına dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
4.26. Özügedən xüsusi dəmiryol hərəkət tərkiblərinin hərəkəti barədə bildirişi alan növbətçi işçi onun gəlməsini izləməli, "Bağlamaq" düyməsini sıxmalı və özügedən xüsusi dəmiryol hərəkət tərkibi dəmiryol keçidindən keçənədək onu sıxılı vəziyyətdə saxlamalıdır.
4.27. Keçid siqnalizasiyası işləmədikdə, avtomatik və ya yarımavtomat şlaqbaumlar isə bağlanmadıqda növbətçi işçi "Bağlamaq" düyməsini sıxmaqla siqnalizasiyanı qoşmalıdır. "Bağlamaq" düşməsini sıxdıqdan sonra şlaqbaumlar bağlanmadıqda növbətçi işçi nasazlıq aradan qaldırılanadək, infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin müəyyən etdikləri dəmiryol keçidinin istismarına dair təlimata uyğun fəaliyyət göstərməlidir.
4.28. Dəmiryol keçidində hərəkətin təhlükəsizliyinə təhdid yarandıqda, həmçinin keçid aşmış yüklə və ya dayanmış nəqliyyat vasitəsilə tutulduqda növbətçi işçi:
4.28.1. keçiddə çəpərləyici siqnalizasiya olduqda dərhal onu qoşur, bu məqsədlə "Çəpərləyici siqnalizasiyanı qoşmaq" düyməsində olan plombu (olduqda) qıraraq sıxır, şlaqbaumları bağlayır və çəpərləyici işıqforların qoşulmasını (yanmasını) keçid siqnalizasiyasının idarəetmə şitində olan lampalarla yoxlayır;
4.28.2. çəpərləyici siqnalizasiyanı qoşduqdan sonra baş vermiş hadisə ilə əlaqədar dəmiryol stansiya növbətçisinə və ya qatar dispetçerinə, həmçinin dayanmanın zəruriliyi barədə radiorabitə vasitəsilə qatarların maşinistlərinə, infrastruktur sahibinin və ya qeyriümumi istifadəli dəmir yolunun sahibinin vəzifəli şəxslərinə isə keçiddə maneənin olması barədə bu Qaydaların 6 nömrəli əlavəsində nəzərdə tutulmuş xəbərdarlıq sxemi üzrə məlumat verir və maneələrin aradan qaldırılması üçün tədbirlər görür.
4.29. "Çəpərləyici siqnalizasiyanı qoşmaq" düyməsindən plombun qırılması barədə dəmiryol keçidində növbənin qəbulu, təhvili və qurğulara baxış jurnalında qeyd aparılır və dərhal infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin nümayəndəsinə məlumat verilir.
4.30. Kömək tələb olunduğu halda sxem üzrə növbətçi işçi nəfəsli alət (şeypur), ilə bir uzun və üç qısa səs qrupu (-- ••• -- •••) və ya asılmış metal əşyaya zərbələr vurmaqla ümumi həyəcan siqnalı verir. Dəmiryol keçidində xüsusi siqnalizasiya vasitələri (qırmızı rəngli parıldayan mayak və sirena) olduqda onları da qoşur.
4.31. Dəmiryol keçidində hərəkət üçün maneənin və ya nasazlığın aradan qaldırılmasından sonra çəpərləyici işıqforlar söndürülməlidir.
4.32. Çəpərləyici işıqforun qırmızı siqnalı (işığı) sönmədikdə, növbətçi işçi şlaqbaumların çəpərləyici tirlərini bağlamalı və çəpərləyici işıqforun nasazlığı barədə maşinistə şəxsən məlumat verməlidir və yalnız bundan sonra maşinistə çəpərləyici işıqforun qadağanedici siqnalını keçməyə yol verilir.
4.33. Çəpərləyici siqnalizasiya olmadıqda və ya o nasaz olduqda, yaxud şitdə nəzarət lampaları yanmadıqda növbətçi işçi dərhal maneə yaranmış hər bir dəmir yoluna daşınabilən dayanma siqnalı (gündüz - qırmızı lövhə, gecə - ikitərəfli qırmızı fənər) qoymalı, şlaqbaumları bağlamalı, maneə barədə dəmiryol stansiyasının növbətçisini (qatar dispetçerini) məlumatlandırmalı və dəmiryol stansiyasından mənzilə qatarın göndərilməsini aydınlaşdırmalıdır.
4.34. Dəmiryol stansiya növbətçisindən mənzilə qatarın göndərilməsi barədə məlumat alan növbətçi işçi dayanma siqnalı verərək qatara qarşı gedir və infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin müəyyən etdiyi məsafədə və ya qatara çatdığı yerdə, o cümlədən qonşu dəmir yolunda maneə aşkar edilərsə ona da taraqqalar qoyur. Taraqqaları qoyduqdan sonra növbətçi işçi maneə yerinə qayıdır və onun aradan qaldırılması istiqamətində mümkün tədbirləri görür.
4.35. Keçid siqnalizasiyasının nasazlığı hallarında şlaqbaumlar növbətçi işçi tərəfindən "Bağlamaq" düyməsini sıxmaqla bağlanır.
4.36. "Bağlamaq" düyməsini sıxmaqla avtomatik şlaqbaumlar bağlanmadıqda (zədələndiyi halda), həmçinin mexanikləşdirilmiş şlaqbaumların nasazlığı hallarında növbətçi işçi dəmiryol keçidini ehtiyat üfüqi-dönən şlaqbaumlarla çəpərləməli və nasazlıq ləğv olunanadək infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin dəmiryol keçidinin istismarına dair təlimatının tələblərinə uyğun olaraq dəmiryol keçidindən nəqliyyat vasitələrinin buraxılmasını təmin etməlidir.
4.37. Dəmiryol keçidində kontakt şəbəkəsi naqillərinin və ya dəmir yolu ilə kəsişən elektrikötürücüsü naqillərinin qırılması zamanı növbətçi işçi çəpərləyici siqnalizasiyanı qoşmalı, şlaqbaumları bağlamalı, qırılma yerindən hər iki tərəfə 50 metrdən az olmayan məsafədə təhlükəli yeri daşınabilən dayanma siqnalları ilə çəpərləməli, hadisə barədə dəmiryol stansiyasının növbətçisinə (qatar dispetçerinə) məlumat verməli və infrastruktur sahibinin və ya qeyriümumi istifadəli dəmir yolunun sahibinin işçiləri gələnə qədər maneə yerində qalmaqla, qırılmış naqilə 8 metrdən az məsafədə yaxınlaşmağa və relslərə toxunmağa yol verilməməlidir.
4.38. Dəmiryol keçidində və ya onun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verdikdə növbətçi işçinin vəzifələri aşağıdakılardır:
4.38.1. qatarların və nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək;
4.38.2. baş vermiş hadisə barədə dəmiryol infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin təlimatı ilə müəyyən edilmiş tələblərə uyğun dəmiryol stansiya növbətçisinə (qatar dispetçerinə), yol ustasına (yol briqadirinə), infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin nümayəndəsinə, avtomobil yolunun sahibinə (avtomobil yolu hissəsinin müəyyən elementlərinin, qurğularının, mühafizə və ya süni yol tikililərinin zədələnməsi halında), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti qurumuna həmçinin hadisənin xarakteri, onların səbəb olduğu nəticələrə uyğun digər aidiyyəti qurumlara məlumat vermək;
4.38.3. zərərçəkənlərə ilkin yardım göstərmək, təcili tibbi yardım çağırmaq.
4.39. Qatarların yalnız düzgün dəmir yolu ilə hərəkəti üçün avtomatika qurğuları ilə təchiz edilmiş mənzillərdə yerləşən dəmiryol keçidlərində, qatarların düzgün olmayan dəmir yolu ilə göndərilməsi zamanı hərəkətin təhlükəsizliyinin təmin edilməsinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir. Bu halda aşağıdakılar təmin edilməlidir:
4.39.1. növbətçi işçi tərəfindən xidmət edilən dəmiryol keçidlərində yol və digər işlərin icrası zamanı avtomatik işıqfor siqnalizasiyasının işi pozulduqda, avtomatik şlaqbaumların idarə olunması idarəetmə şitindəki düymələrin köməyi ilə əl ilə yerinə yetirilməli (bu halda şlaqbaumlar bağlı olmalıdır);
4.39.2. növbətçi işçi tərəfindən xidmət edilməyən və avtomatik işıqfor siqnalizasiyası ilə təchiz edilən dəmiryol keçidlərində yol və digər işlərin icrası zamanı avtomatik işıqfor siqnalizasiyasının işi pozulduqda, qatarların bir dəmir yolu ilə hərəkəti müddətində növbətçilik təyin olunmalıdır.
4.40. Növbətçi işçi ilə xidmət edilən, həmçinin növbətçi işçi ilə xidmət edilməyən, müvəqqəti xidmətə götürülmüş dəmiryol keçidlərində telefon rabitəsi olmadıqda müvəqqəti telefon (radio) rabitəsi quraşdırılır.
4.41. Dəmiryol stansiya növbətçiləri (qatar dispetçerləri) hər göndərilən qatar barədə növbətçi işçiləri əvvəlcədən xəbərdar edirlər.
4.42. Tənzimləmə qaydası ilə düzgün olmayan dəmir yolu ilə göndərilən qatarların maşinistləri birtərəfli qurğularla təchiz edilən dəmiryol keçidlərini aşağıdakı sürətlə, qatarın baş hissəsi ilə xüsusi sayıqlıqla keçməlidirlər:
4.42.1. növbətçi işçi tərəfindən xidmət edildikdə - saatda 40 kilometrdən çox olmayan;
4.42.2. növbətçi işçi tərəfindən xidmət edilmədikdə - saatda 25 kilometrdən çox olmayan.
4.43. Təsərrüfat, bərpa və digər qatarların maşinistləri də mənzildən düzgün olmayan dəmir yolu ilə qayıtdıqda dəmiryol keçidlərini bu Qaydaların 4.42-ci bəndində nəzərdə tutulmuş sürətlə keçməlidirlər.
4.44. Düzgün olmayan dəmir yolu ilə hərəkətin bütün hallarında qatarların maşinistləri "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları"na uyğun olaraq lokomotivin fiti ilə bir neçə dəfə bir uzun, bir qısa və bir uzun ( ) sxemi üzrə xəbərdarlıq (bildiriş) siqnalı verirlər.
4.45. Ağırçəkili və (və ya) iriqabaritli nəqliyyat vasitəsinin dəmiryol keçidindən keçməsi zamanı infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin nümayəndəsi "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları"na uyğun olaraq dayanma siqnalları ilə dəmiryol keçidinin çəpərlənməsini təmin və müşahidə etməlidir.
4.46. Elektrikləşdirilmiş dəmiryol sahələrində, nəqliyyat vasitəsinin hündürlüyü 4,5 metrdən çox olduqda infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi dəmiryol keçidi sərhədlərində kontakt şəbəkəsi naqilinin rels başlığı səviyyəsindən, hava xətlərinin, qrup torpaqlanmalarının, dalğaötürücülərin avtomobil yolunun keçid hissəsi səthindən asılma hündürlüyünün şərtlərinə görə nəqliyyat vasitəsinin buraxılma mümkünlüyünü müəyyən edir və müşahidə üçün nümayəndə ayırır.
4.47. Növbətçi işçi dəmiryol keçidindən istifadə edən bütün şəxslərdən bu Qaydaların müddəalarının qeyd-şərtsiz yerinə yetirilməsini tələb edir, pozuntu halları baş verdikdə isə dəmiryol keçidindən keçmə tələblərinin pozulmasının qeydə alınması jurnalında nəqliyyat vasitəsinin nömrəsi, pozuntunun vaxtı və xüsusiyyəti barədə qeyd aparır.
5. Dəmiryol keçidlərinin saxlanmasına və təmirinə dair tələblər
5.1. İnfrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi dəmiryol keçidlərini dəmiryol hərəkət tərkibinin, nəqliyyat vasitələrinin və digər yol hərəkəti iştirakçılarının hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulmuş texniki vasitələrlə təchiz edir, həmçinin avtomobil yolunun dəmiryol keçidinin sərhədində yerləşən hissəsinin saxlanmasını həyata keçirir.
5.2. İnfrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi şlaqbaumların, keçid və çəpərləyici siqnalizasiyaların, projektor qurğularının, telefon və radiorabitənin, xarici elektrik şəbəkəsinin saz və işlək vəziyyətdə saxlanılmasını, fasiləsiz elektrik təchizatını, xarici işıqlanmanın avtomatik qoşulmasını və açılmasını, o cümlədən şlaqbaumların ötürücülərinin, xarici işıqlanmaların və projektor qurğularının elektrik lampalarının alınmasını və dəyişdirilməsini təmin edir.
5.3. Dəmiryol keçidlərində yol qurğularının təmiri infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən planlı şəkildə yerinə yetirilir. Dəmir yolu əsaslı təmir edilərkən dəmiryol keçidi də əsaslı təmir edilir. Hər bir dəmiryol keçidinin təmiri üzrə işin həcmi infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən yerli şərait nəzərə alınaraq müəyyən olunur.
5.4. Dəmiryol keçidinin döşənəyinin və iki dəmir yolu arasındakı hərəkət hissəsinin saxlanması, təmiri, əsaslı təmiri və yenidən qurulması, müvəqqəti yol nişanlarının quraşdırılması və sökülməsi üzrə işlər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təmin edilir.
5.5. Dəmiryol keçidinin sərhədi daxilində yerləşən avtomobil yol sahələrinin (dəmiryol keçidinin döşənəyi və iki dəmir yolu arasındakı hərəkət hissəsi istisna olmaqla) təmiri, əsaslı təmiri və yenidən qurulması üzrə işlər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi ilə razılaşdırmaqla həmin yol sahələrinin sahibi tərəfindən həyata keçirilir.
5.6. Dəmiryol keçidlərinin sərhədinə qədər yol nişanlarının saxlanması, quraşdırılması və dəyişdirilməsi avtomobil yolunun sahibi tərəfindən təmin edilir.
5.7. Dəmiryol keçidlərində avtomatik (yarımavtomatik) şlaqbaumların, elektrikli şlaqbaumların, keçid və çəpərləyici siqnalizasiyanın təmiri infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən yerinə yetirilir.
5.8. Dəmiryol keçidində dəmir yolunun və ya texniki vasitələrin təmiri, əsaslı təmiri və ya yenidən qurulması üzrə işlərin yerinə yetirilməsi tədbirlərinin hazırlanması zamanı nəqliyyat vasitələrinin hərəkət sxemi dəyişdirilir. İnfrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi işin aparılmasına ən azı 5 (beş) gün qalmış dəmiryol keçidindən dolayı marşrutları, nəqliyyat vasitələrinin hərəkətinə dair tələbləri müəyyən etməli və avtomobil yolları sahibi ilə razılaşdırmaqla yol hərəkəti təşkilinin texniki vasitələrinin, o cümlədən dolayı marşrut göstəricisinin quraşdırılmasını təmin etməlidir.
5.9. İnfrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi hərəkətin təşkili sxeminin dəyişdirilməsi barədə qərarın qəbul edilməsindən və ya məhdudiyyətin tətbiqindən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti qurumunu qəbul edilmiş qərar barədə məlumatlandırır və yol hərəkətinin təşkili layihəsini göndərir.
5.10. Dəmiryol keçidlərində yol işlərinin yerinə yetirilməsindən, avtomatika qurğularının (şlaqbaumların və siqnalizasiyaların) təmirindən əvvəl, həmçinin avtomatik bloklama və ya elektrik təchizatı qurğularının təmiri zamanı dəmiryol keçidində avtomatikanın işi pozulduqda infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi işin görülmə müddətində hərəkətin təhlükəsizliyini təmin edən tədbirlər hazırlayır. Hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar dəmiryol keçidinə xidmət edən növbətçi işçilərin, qatar maşinistlərinin, dəmiryol stansiya növbətçilərinin əlavə təlimatlandırılması təşkil edilir, dəmiryol keçidində köməklik göstərilməsi üçün əlavə işçilər ayrılır, təmir edilən dəmiryol keçidindən qatarların xüsusi şərtlərlə hərəkət etməsi barədə xəbərdarlıqlar verilir. Dəmiryol keçidində işlərin aparılması zamanı hərəkətin təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət növbətçi işçiyə həvalə olunur.
5.11. Təmir işlərini müəyyən edilmiş vaxt müddətində başa çatdırmaq mümkün olmadıqda, iş icraçısı bu barədə infrastruktur sahibinə və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinə məlumat verir, o isə öz növbəsində yerli şəraitdən asılı olaraq dəmiryol keçidinin işinin təşkili qaydaları barədə qərar qəbul edir, öz işçilərinə müvafiq göstərişlər verir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti qurumunu işlərin yerinə yetirilməsi qrafikini əlavə etməklə məlumatlandırır.
5.12. Dəmiryol keçidlərində yol qurğularının və avtomatik vasitələrin işinin yoxlanılması və vəziyyətinə vəzifəli şəxslər tərəfindən dövri baxışın keçirilməsi infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş müddətdə və tələblərə uyğun olaraq aparılır.
5.13. Dəmiryol keçidində keçidin saxlanmasının və xidmətinin yoxlanılması aidiyyəti işçilər tərəfindən aşağıdakı qaydada aparılır:
5.13.1. yol ustası tərəfindən ayda 2 dəfədən az olmayaraq;
5.13.2. yol briqadiri tərəfindən ayda 4 dəfədən az olmayaraq;
5.13.3. yol ustası və yol briqadiri hər dəfə dəmiryol keçidində olarkən.
5.14. Bu Qaydaların 5.13-cü bəndində nəzərdə tutulmuş yoxlamanın nəticələri və verilmiş göstərişlər barədə növbənin qəbulu, təhvili və qurğulara baxış jurnalında qeyd aparılır.
5.15. İnfrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi mütəmadi olaraq dəmiryol keçidlərinə xidmət edən işçilərin vəzifə funksiyalarını yerinə yetirmələrini, keçidlərin vəziyyəti və istismarı, həmçinin aparılan baxışların keyfiyyəti və aşkar edilmiş nasazlıqların aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti təmin etməlidirlər. _________________
"Dəmiryol keçidlərinin istismarı Qaydaları"na 1 nömrəli əlavə cədvəl 1 Ümumi istifadəli dəmiryol keçidlərinin kateqoriyaları Baş dəmir yolunda qatarların hərəkət intensivliyi (hər iki istiqamətin cəmi), (qatar/sutka) Nəqliyyat vasitələrinin hərəkət intensivliyi (hər iki istiqamətin cəmi), (avtonəqliyyat vasitəsi/sutkada) 200- qədər 201-
1001-
3001-
7000-dən çox 16-ya qədər, həmçinin bütün stansiya və dalan dəmir yolları üzrə IV IV IV III II 17-100 IV IV III II I 101-200 IV III II II
cədvəl 2 Qeyri-ümumi istifadəli dəmiryol keçidlərinin kateqoriyaları Dəmir yolunda qatarların hərəkət intensivliyi (hər iki istiqamətin cəmi), (qatar/sutkada) Nəqliyyat vasitələrinin hərəkət intensivliyi (hər iki istiqamətin cəmi), (avtonəqliyyat vasitəsi/sutkada) 100-ə qədər 101-
501- 1000 1000-dən çox 8-ə qədər IV IV IV III 8-24 IV IV III II 25-38 IV III II I 39 və çox III II II
cədvəl 3 Dəmiryol keçidinə yaxınlaşan qatarın görünməsini təminetmə normaları Qatarın hərəkət sürəti (kilometr/saat) 141- və çox 121-
81-
41-
26-
25 və az Görünmə məsafəsi (qeyd olunan normalardan az olmayaraq) (metr) 600 500 400 250 150 100 Qeyd. Uzaq mənzilli sərnişin qatarlarının, onlar olmadıqda isə şəhərətrafı sərnişin qatarlarının ən böyük sürəti və ya yük qatarlarının boş vaqonlarla hərəkət sürəti qəbul edilir.
"Dəmiryol keçidlərinin istismarı Qaydaları"na 2 nömrəli əlavə şəkil 1
30 15
1300 110
1 2 3 4
1. Dəmiryol hərəkət tərkibinin aşağı qabaritsizliyini müəyyən etmək üçün qurğu: 1 - 140x1300x15 millimetr ölçüdə ağac planka; 2 - bolt və ya valcıq; 3 - metal mil; 4 - şpal. Qeydlər:
1. Üfüqi və şaquli sürüşmənin qarşısının alınması üçün ağac planka bir boltlu qayka və ya şplintli valcıqla bərkidilir.
2. Dəmir-beton şpallarda millər şpal yeşiyinə qoyulmuş ağac şpala çalınır.
şəkil 2 Düz (a) və silindrik (b) səthli istiqamətləndirici dirəkciklər. 1, 2 - müvafiq olaraq sarı (ağ) və qırmızı rəngli işıq əksetdirici qurğu şəkil 3 (a) Qatarın "C" fit vermə nişanı şəkil 3 (b) Qatarın dayandırılması üçün çəpərləyici işıqfor şəkil 3 (c) Qatarın dayandırılması üçün daşınabilən qırmızı lövhə və qırmızı siqnal fənəri şəkil 4 (a) Yaşayış məntəqəsindən kənarda şlaqbaumlu dəmiryol keçidlərində quraşdırılan qurğu və nişanların yerləşməsi
1 - avtomobil yolunun hərəkət hissəsinin qırağı; 2 - 3.13. "Hündürlüyün məhdudlaşdırılması" yol nişanı; 3 - üfüqi dönən ehtiyat şlaqbaumlar; 4 - istiqamətləndirici dirəkciklər; 5 - məhəccər (çəpər); 6 - suaxıdıcı novlar; 7 - ağac tirlər; 8 - kontrrelslər;
9 - yol relsləri; 10 - çəpərləyici işıqfor; 11 - "C" fit siqnal nişanı; 12 - dəmir-beton döşənək və ya asfalt-beton örtüyü; 13 - daşınabilən qırmızı lövhəni və ya qırmızı siqnal fənərini taxmaq üçün borucuq; 14 - keçid postunun binası; 15 - keçid siqnalizasiya işıqforu; 16 - avtomatik şlaqbaum və ya elektrikli şlaqbaum; 17 - 1.1. "Şlaqbaumlu dəmiryol keçidi" yol nişanı; 18, 19, 20 - 1.4.1-1.4.6. "Dəmiryol keçidinə yaxınlaşma" yol nişanları.
şəkil 4 (b) Yaşayış məntəqəsində şlaqbaumlu dəmiryol keçidlərində quraşdırılan qurğu və nişanların yerləşməsi 1 - avtomobil yolunun hərəkət hissəsinin qırağı; 2 - 3.13. "Hündürlüyün məhdudlaşdırılması" yol nişanı; 3 - üfüqi dönən ehtiyat şlaqbaumlar; 4 - istiqamətləndirici dirəkciklər; 5 - məhəccər (çəpər); 6 -suaxıdıcı novlar; 7 - ağac tirlər; 8 - kontrrelslər; 9 - yol relsləri; 10 - çəpərləyici işıqfor;
11 - "C" fit siqnal nişanı; 12 - dəmir-beton döşənək və ya asfalt-beton örtüyü; 13 - daşınabilən qırmızı lövhəni və ya qırmızı siqnal fənərini taxmaq üçün borucuq; 14 - keçid postunun binası; 15 - keçid siqnalizasiya işıqforu; 16 - avtomatik şlaqbaum və ya elektrikli şlaqbaum; 17 - 1.1. "Şlaqbaumlu dəmiryol keçidi" yol nişanı; 18, 19, 20 - 1.4.1-1.4.6. "Dəmiryol keçidinə yaxınlaşma" yol nişanları.
şəkil 5 (a) Yaşayış məntəqəsindən kənarda şlaqbaumsuz dəmiryol keçidlərində quraşdırılan qurğu və nişanların yerləşməsi 1 - avtomobil yolunun hərəkət hissəsinin qırağı; 2 - suaxıdıcı novlar; 3 - kontrrelslər; 4 - dəmir-beton döşənək və ya asfalt-beton örtüyü; 5 - istiqamətləndirici dirəkciklər;
6 - keçid siqnalizasiya işıqforu; 7 - 1.3.1. "Birxətli dəmir yolu" yol nişanı; 8 - 3.13. "Hündürlüyün məhdudlaşdırılması" yol nişanı; 9 - 1.2. "Şlaqbaumsuz dəmiryol keçidi" yol nişanı; 10, 11, 12-1.4.1-1.4.6. "Dəmiryol keçidinə yaxınlaşma" yol nişanları; 13 - "C" fit siqnal nişanı.
şəkil 5 (b) Yaşayış məntəqəsində şlaqbaumsuz dəmiryol keçidlərində quraşdırılan qurğu və nişanların yerləşməsi 1 - avtomobil yolunun hərəkət hissəsinin qırağı; 2 - suaxıdıcı novlar; 3 - kontrrelslər; 4 - dəmir-beton döşənək və ya asfalt-beton örtüyü; 5 - istiqamətləndirici dirəkciklər; 6 - keçid siqnalizasiya işıqforu; 7 - 1.3.1. "Birxətli dəmir yolu" yol nişanı; 8 - 3.13. "Hündürlüyün məhdudlaşdırılması" yol nişanı;
9 - 1.2 "Şlaqbaumsuz dəmiryol keçidi" yol nişanı; 10, 11, 12- .4.1-1.4.6. "Dəmiryol keçidinə yaxınlaşma" yol nişanları; 13 - "C" fit siqnal nişanı.
şəkil 6 Növbətçili (a) və növbətçisiz (b) dəmiryol keçidlərində keçid işıqforu
a) Qatarın yaxınlaşmaqda olduğunu bildirir.
b) Qatarın yaxınlaşmaqda olduğunu bildirir.
a) Qatarın yaxınlaşmaqda olmadığını bildirir.
b) Qatarın yaxınlaşmaqda olmadığını bildirir.
"Dəmiryol keçidlərinin istismarı Qaydaları"na
3 nömrəli əlavə Dəmiryol keçidlərinin keçid siqnalizasiya qurğuları ilə təchiz edilməsinə dair tələblər
1. Dəmiryol keçidləri infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təsdiq edilən tipli texniki layihələrə əsasən keçid siqnalizasiya qurğuları ilə təchiz edilir.
2. Dəmiryol keçidləri üçün keçid siqnalizasiyasının və şlaqbaumların tipləri dəmiryol keçidlərinin keçid siqnalizasiya qurğularının təchizatına dair əsas tələblər və yerli şərait nəzərə alınmaqla layihələr əsasında müəyyən edilir. Keçid siqnalizasiya qurğuları Sıra №-si Dəmiryol keçidlərinin növü və onların yerləşdiyi yer Nəqliyyat vasitələri üçün keçid siqnalizasiyasının tipi Dəmiryol nəqliyyatı üçün siqnalizasiya 1. Stansiya yollarına və izolyasiya edilmiş sahələrin yaxınlaşma sahələrinə daxil edilməyən, mənzillərdə yerləşən, növbətçi işçi tərəfindən xidmət edilməyən Avtomatik işıqfor siqnalizasiyasına yanıb-sönən (qırpınan) dümağ siqnalı (işığı) əlavə edilə bilər Nəzərdə tutulmur 2. Stansiya yollarına və izolyasiya edilmiş sahələrin yaxınlaşma sahələrinə daxil edilən, dəmir-yol stansiyalarında və mənzillərdə yerləşən növbətçi işçi tərəfindən xidmət edilməyən Avtomatik işıqfor siqnalizasiyası Nəzərdə tutulmur
3. Dəmiryol stansiyalarında yerləşən (qəbulgöndərmə dəmir yollarını kəsən dəmiryol keçidləri istisna olunmaqla), növbətçi işçi tərəfindən xidmət edilməyən Avtomatik işıqfor siqnalizasiyası Nəzərdə tutulmur 4. Normal yaxınlaşma sahələrinin (hesablama uzunluğu) təchiz edilməsi mümkün olmayan, qeyri-ümumi istifadəli dəmir yollarında yerləşən, növbətçi işçi tərəfindən xidmət edilməyən Yanıb-sönən (qırpınan) dümağ siqnallı (işıqlı) işıqfor siqnalizasiyasına elektrikli və ya mexanikləşdirilmiş şlaqbaumlar əlavə edilə bilər Qatar tərtibatçısı və ya lokomotiv briqadası tərəfindən idarə olunan qırmızı və dümağ siqnallı (işıqlı) xüsusi işıqforlar quraşdırılır 5. Mənzillərdə növbətçi işçi tərəfindən xidmət edilən Avtomatik və ya yarımavtomatik şlaqbaumlarla avtomatik işıqfor siqnalizasiyası Çəpərləyici işıqforlar quraşdırılır. Quraşdırıldığı yerdən keçidin görünməsini təmin edən, dəmiryol keçidindən 800 metrdən çox olmayan məsafədə yerləşən, avtomatik bloklamanın keçid işıqforlarından çəpərləici kimi istifadə etmək olar. Bundan başqa, avtomatik bloklamanın dəmiryol keçidinə yaxın olan işıqforlarının qadağanedici göstəriciyə keçməsi nəzərdə tutulur
6. Dəmiryol stansiyalarında yerləşən (qəbulgöndərmə dəmir yollarını kəsən dəmiryol keçidləri istisna olunmaqla), növbətçi işçi tərəfindən xidmət edilən Yarımavtomatik şlaqbaumlarla avtomatik işıqfor siqnalizasiyası Dəmiryol stansiyalarında qatarların qəbulu və göndərilməsi üçün nəzərdə tutulmuş işıqforlar istifadə edilir, əsaslandırılmış hallarda isə çəpərləyici və ya qırmızı siqnalla (işıqla) əlavə edilmiş manevr işıqforları (alçaq işıqforlar da ola bilər) quraşdırılır 7. Dəmiryol stansiyalarında yerləşən (qəbulgöndərmə dəmir yollarını kəsən), növbətçi işçi tərəfindən xidmət edilən Yarımavtomatik şlaqbaumlarla avtomatik işıqfor siqnalizasiyası Keçid siqnalizasiyasının açılması və nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi halında, hər bir dəmir yolu üzrə iki tərəfdən qırmızı siqnallarla (işıqlarla) siqnal verən çəpərləyici işıqforlar quraşdırılır 8. Normal yaxınlaşma sahələrinin (hesablama uzunluğu) təchiz edilməsi mümkün olmayan, qeyri-ümumi istifadəli dəmir yollarında yerləşən, növbətçi işçi tərəfindən xidmət edilən Elektrikli, mexanikləşdirilmiş və ya əl ilə çevrilən şlaqbaumlu işıqfor siqnalizasiyası Növbətçi işçi tərəfindən idarə olunan qırmızı və dümağ siqnallı (işıqlı) xüsusi işıqforlar quraşdırılır 9. Təyin edilmiş işçinin iştirakı ilə dəmiryol keçidində dəmiryol hərəkət tərkibinin buraxılması tələblərinin infrastruktur sahibinin müəyyən etdiyi qeyriümumi istifadəli yollarda yerləşən dəmiryol keçidində İşıqfor siqnalizasiyası Təyin edilmiş işçi tərəfindən idarə olunan qırmızı və dümağ siqnallı (işıqlı) xüsusi işıqforlar quraşdırılır
3. Yaxınlaşma sahəsinin uzunluğu həmin sahədə qatarların təyin olunmuş hərəkət sürətinin maksimum saatda 160 kilometr, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəqliyyat vasitəsinin uzunluğunun maksimum 24 metr və hərəkət sürətinin isə saatda 8 kilometrdən az olmaması nəzərə alınmaqla hesablanır.
4. Dəmiryol keçidlərində yeni və ya yenidən qurulan avtomatika qurğularının layihələndirilməsi zamanı qatarın dəmiryol keçidinə yaxınlaşması barədə xəbərdarlıq vaxtının hesablanması dəmiryol keçidinin sərhədində avtomobil yolunun hərəkət hissəsinin uzunluğundan asılı olaraq müəyyənləşdirilir. Bu halda qatarın dəmiryol keçidinə yaxınlaşması barədə xəbərdarlıq hesablama vaxtı aşağıda müddətlərdən az olmamalıdır:
4.1. avtomatik keçid siqnalizasiyalı, o cümlədən avtomatik şlaqbaumlarda - 30 (otuz) saniyə;
4.2. avtomatik şlaqbaumlu avtomatik keçid siqnalizasiyalı və keçid çəpərləmə qurğusunda - 45 (qırx beş) saniyə;
4.3. xəbərdarlıq keçid siqnalizasiyasında - 40 (qırx) saniyə.
Qeyd. Dəmiryol keçidinin hesablama uzunluğu kənar relsdən daha çox uzaqda olan dəmiryol keçid işıqforundan (şlaqbaumundan) əks tərəfdəki kənar relsə qədər olan məsafəyə 2,5 metr əlavə etməklə avtomobilin dəmiryol keçidini keçdikdən sonra təhlükəsiz dayanması üçün lazım olan məsafəyə bərabərdir.
5. Qatarların və nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, növbətçi işçi tərəfindən xidmət edilən dəmiryol keçidlərinə yaxınlaşmada olan qatarın qabağında nəqliyyat vasitələrinin bağlı şlaqbaumların yanından keçməsinin və keçidə daxil olmasının qarşısını almaq məqsədilə avtomatik keçid siqnalizasiyasına çəpərləyici qurğular əlavə edilə bilər.
6. Dəmiryol stansiyalarında və mənzillərində yerləşən dəmiryol keçidlərində yaxınlaşma sahəsində qatar olduğu halda stansiya işıqforlarının açılması və marşrutun qapanması ilə, həmçinin qatarın qəbulu və ya göndərilməsi və manevr tərkiblərinin hərəkəti zamanı isə işıqforun qadağanedici göstəricisində dəmiryol stansiya növbətçisi tərəfindən "Keçidin bağlanması" düyməsinin sıxılması ilə eyni vaxtda avtomatik keçid siqnalizasiyasının qoşulması nəzərdə tutulur. Belə dəmiryol keçidlərinin siyahısı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
7. Qatarın yerindən tərpənmə anından onun keçidə daxilolma anına qədərki vaxt xəbərdarlıq vaxtından az olduğu halda çıxış, marşrut və manevr işıqforlarının açılması üçün gözləmə müddəti nəzərdə tutulmalıdır.
"Dəmiryol keçidlərinin istismarı Qaydaları"na 4 nömrəli əlavə _________________________ (infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi) ______ kateqoriyalı dəmiryol keçidinin qısa xarakteristikası Keçidin yerləşdiyi yer: ______________________ sahəsi ___________kilometr __________ piket _______________________ dəmiryol stansiyası İstifadə növü (ümumi, qeyri-ümumi) ________________________________ Keçidin sahibi _________________________________________________ Keçidin növü (tənzimlənən, tənzimlənməyən) ________________________ Növbətçi işçilərin olması (növbətçili, növbətçisiz) ______________________ Növbətçilərin sayı ____; növbənin müddəti _____; növbətçilərinin sayı _____ Keçid ________________ növbətçi işçi tərəfindən xidmət olunur Keçidi __________________________ yolunun _______ kilometrində kateqoriyalı ___________________ əhəmiyyətli avtomobil yolu kəsir Şlaqbaumların normal vəziyyəti ___________________________________ Keçid siqnalizasiyasının tipi ______________________________________ Çəpərləyici qurğuların olması ____________________________________ Sürücüyə qatarın görünmə məsafəsi: sağ tərəfdən: tək qatarın ________metr cüt qatarın ________metr sol tərəfdən: tək qatarın _________metr cüt qatarın ________metr Lokomotivin maşinistinə keçidin ortasının görünməsi: tək qatarın ________metr cüt qatarın ________metr Sutka ərzində qatarların sayı (hər iki istiqamətdə cəmi) ________________ Sutka ərzində avtomobillərin sayı (hər iki istiqamətdə cəmi) ____________ Sərnişin nəqliyyatı marşrutlarının olması: avtobuslar __________________; tramvaylar __________; trolleybuslar ____________ Qatarların maksimum hərəkət sürəti: cüt istiqamətdə yük saatda ____________ kilometr; tək istiqamətdə yük saatda ____________ kilometr; cüt istiqamətdə sərnişin saatda ____________ kilometr; tək istiqamətdə sərnişin saatda ____________ kilometr; Kəsişən dəmir yollarının sayı: _____________ (________ baş yollar; __________ stansiya yolları; _________ digər yollar) Dəmiryol keçidinin və ərazisinin qurğularla və nişanlarla birlikdə yerləşmə sxemi. Keçid yerləşmişdir (torpaq tökümündə, qazmada, əyridə, düzdə) _________
Keçid istismara verilmişdir (əmrin nömrəsi və tarixi) ___________________ Əsaslı təmirin tarixi: "______" _____________ 20…. il Məlumatlar daxil edilmişdir: "______" _____________ 20…... il ___________________________________________________ (vəzifəli şəxsin soyadı, adı, atasının adı, vəzifəsi, imzası, tarix) Sıra №-si Dəmiryol keçidinin texniki məlumatları (avadanlıq, qurğu və digər texniki məlumatlar) Müvafiq normalar Faktiki məlumatlar 20…il 20....il
1. Dəmir yolu və avtomobil yolunun kəsişmə bucağı 60 dərəcədən az olmayaraq 2. Üfüqi meydançalı avtomobil yolunun uzununa profili 10 metr (kənar relslərdən hər iki tərəfə) 3. Dəmiryol keçidinin sərhədlərində dəmir yolunun uzununa profili Əsasən düz sahələrdə 4. Dəmiryol keçidindən 20 metr məsafədə avtomobil yolunun mailliyi 50 faizdən çox olmayaraq
5. Dəmiryol keçidindən 50 metr məsafədə avtomobil yolundan keçidə yaxınlaşan qatarın görünmə məsafəsi sağ tərəfdən: tək qatarın - cüt qatarın - sol tərəfdən: tək qatarın - cut qatarın - Hər iki tərəfdən 400 metr 6. Yaxınlaşan qatarın maşinistinə dəmiryol keçidinin ortasının görünməsi: tək istiqamətdən - cüt istiqamətdən - 7. Dəmiryol keçidinin hərəkət hissəsinin eni 6 metrdən az olmayaraq avtomobil yolunun hərəkət hissəsi ilə eyni endə 8. Dəmiryol keçidinin sərhədlərində avtomobil yolunun hərəkət hissəsinin uzunluğu
9. Mal -qara keçirilən yerlərdə döşənəyin eni 4 metrdən az olmayaraq
10. Piyada yolunun olması
11. Dəmiryol keçidinin döşənəyinin materialı Ağac, dəmir -beton və digər
12. Dəmiryol keçidinə yaxınlaşmalarda yol örtüyü Avtomobil yolunun örtüyü ilə eyni 13. İstiqamətləndirici (siqnal) dirəkciklərin quraşdırılma uzunluğu (metr): sağ tərəfdən - sol tərəfdən - məhəccərlərin, çəpərlərin qoyulma məsafəsi (metr) 16 metrdən az olma - yaraq, relslərin kənar - larından şlaqbaumlara qədər 14. İstiqamətləndirici (siqnal) dirəkciklərin, məhəccərlərin, çəpərlərin və s. materialı Dəmir -beton 15. İstiqamətləndirici (siqnal) dirəkciklərindən, məhəccər - lərdən, çəpərlərdən və s. avtomobil yolunun hərəkət hissəsinin kənarından olan məsafə 0,75 metrdən az olma - yaraq 16. Yol nişanlarının sayı: 1.1 . "Şlaqbaumlu dəmiryol keçidi" 1.2 . "Şlaqbaumsuz dəmiryol keçidi" 1.3.1 . (1.3.2 .) "Birxətli (çoxxətli) dəmir yolu " 1.4.1 -1.4.6 . "Dəmiryol keçidinə yaxınlaşma " 2.5 . "Dayanmadan keçmək qadağandır" 3.13 . "Hündürlüyün məhdudlaşdırılması " Şəhərlərdə və digər yaşayış məntəqələrində - 2 ədəd Yolda - 4 ədəd 2 ədəd Yaşayış məntəqələrindən kənarda - 12 ədəd Növbətçi işçi olmayan keçidlərdə - 2 ədəd Elektrikləşdirilmiş xətlərdə - 2 ədəd 17. " C " daimi xəbərdarlıq nişanlarının olması 2 ədəd
18. Üfüqi-dönən ehtiyat şlaqbaumların olması Növbətçi işçi tərəfindən xidmət edilən keçidlərdə - 4 ədəd
19. Çəpərləyici siqnalizasiyanın olması Növbətçi işçi ilə xidmət edilən keçidlərdə
20. Əlavə xüsusi siqnalizasiya vasitələrinin olması Müvafiq aktlara uyğun
21. Rabitə avadanlığı (telefon, radiorabitə) ilə təchiz edilmə Növbətçi işçi ilə xidmət edilən keçidlərdə 22. Keçid siqnalizasiyası (şlaqbaumların və keçid siqnalizasiyasının tipləri üzrə) Layihəyə uyğun 23. Dəmiryol stansiya növbətçisinin (qatar dispetçerinin) yanından keçid siqnalizasiyasının sazlığına nəzarət imkanlarının olması Bu Qaydalara uyğun
24. Digər qurğular və texniki vasitələr Müvafiq aktlara uyğun 25. Dəmiryol keçidinin işıqlandırılması (lüks) Ikateqoriya - 5 (lüks) II kateqoriya - 3 (lüks) III kateqoriya - 2 (lüks) IV kateqoriya -1 (lüks) 26. Asmanın kontakt naqilinin və elektrikötürücü xətlərinin hündürlüyü "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları"na uyğun 27. Qatara baxışın keçirilməsi üçün projektorla təchizatı "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları"na uyğun 28. Növbətçi işçi tərəfindən xidmət edilən keçidlərdə hərəkət tərkibinin aşağı qabaritsizliyini aşkar edən qurğunun olması Növbətçi işçi ilə xidmət edilən keçidlərdə
29. Üfüqi nişanlanma xətlərinin olması "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun Faktiki məlumatlar daxil edilmişdir: ________________________________________ (vəzifəli şəxsin soyadı, adı, atasının adı, vəzifəsi, imzası, tarix)
"Dəmiryol keçidlərinin istismarı Qaydaları"na 5 nömrəli əlavə İnfrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin dəmiryol keçidinin istismarına dair təlimatının nümunəvi məzmunu
1. Şlaqbaumların vəziyyəti.
2. Üfüqi-dönən (ehtiyat) şlaqbaumlardan istifadəyə dair tələblər.
3. Rabitə vasitələrinin olmasına və onlardan istifadəyə dair tələblər.
4. Keçid siqnalizasiyasının olmasına və ondan istifadəyə dair tələblər.
5. Çəpərləyici siqnalizasiyanın olmasına və ondan istifadəyə dair tələblər.
6. Dəmiryol keçidində qatarların və nəqliyyat vasitələrinin hərəkətinə maneə yarandıqda növbətçi işçinin fəaliyyətinə dair tələblər.
7. Keçən qatarların maşinistlərinin qatarların tərkibində və ya dəmiryol keçidində yaranan nasazlıqlar barədə məlumatlandırılmasına dair tələblər.
8. Dəmiryol keçidində yaranan qəfil maneə yerlərinin çəpərlənməsinə dair tələblər.
9. Dəmiryol keçidinin normal iş şəraitinin pozulması hallarında vəzifəli şəxslərin xəbərdarlıq sxemi (bu Qaydaların 6 nömrəli əlavəsinə uyğun).
10. Hərəkət tərkibinin aşağı qabaritsizliyini müəyyən edən qurğunun zədələnməsinin aşkar edilməsi hallarında növbətçi işçinin fəaliyyətinə dair tələblər.
11. Dəmiryol keçidinin çəpərləmə qurğusundan istifadəyə dair tələblər.
12. Xüsusi siqnalizasiya vasitələrinin (qırmızı rəngli mayakın və avtomobil tipli sirenanın) tətbiqinə dair tələblər.
13. Keçən qatarlara baxmaq üçün projektor qurğularının quraşdırılmasına, onlara xidmət edilməsinə və onlardan istifadəyə dair tələblər.
14. İnfrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin əməyin mühafizəsi şöbəsinin rəhbəri ilə razılaşdırılmış təhlükəsizlik texnikası və istehsalat sanitariyası üzrə bölməsi.
"Dəmiryol keçidlərinin istismarı Qaydaları"na 6 nömrəli əlavə _________________________________dəmiryol sahəsinin (dəmiryol stansiyasının) _____ kilometrində ____piketində yerləşən dəmiryol keçidinin normal iş şəraitinin pozulması hallarında vəzifəli şəxslərin xəbərdarlıq sxemi Qeyd. Yerli şəraitdən və rabitənin növündən asılı olaraq konkret sxem tərtib edilir.