AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı .....................Qaydası"nın təsdiq edilməsi haqqında "Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında" Əsasnamə barədə" 1997-ci il 21 aprel tarixli 575 nömrəli, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında" 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2004-cü il 26 may tarixli 69 nömrəli, "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 iyun tarixli 2173 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı Qaydası" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 15 yanvar 2024-cü il № 24
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 15 yanvar tarixli 24 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 26.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin (bundan sonra - obyektlər) baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. bioloji preparat - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıqda istifadə edilən bioloji, güclü təsiredici və resept əsasında buraxılan baytarlıq preparatlarının Siyahısı"nın 2-ci hissəsində nəzərdə tutulan baytarlıq preparatları;
1.2.2. qeydiyyat - bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun təsdiq edilməsi üçün uçota alınması.
1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
1.4. Azərbaycan Respublikasının ərazisində baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğun uçotunu aparmaq məqsədilə obyektlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) tərəfindən qeydiyyata alınır.
2. Obyektlərin qeydiyyata alınması
2.1. Heyvanlar üçün bioloji preparatların istehsalı ilə məşğul olan şəxslər obyektlərin qeydiyyata alınması məqsədilə Agentliyə bu Qaydanın əlavəsində göstərilən ərizə ilə müraciət edirlər.
2.2. Ərizə elektron qaydada, poçt rabitəsi vasitəsilə və ya şəxsən subyekt və ya onun səlahiyyətli nümayəndəsindən kağız daşıyıcıda Agentlikdə və ya onun regional bölmələrində qəbul olunur.
2.3. Ərizədə və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə ərizəçiyə məlumat təqdim edilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri izah olunur. Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir.
2.4. Ərizəçi çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman qeydiyyatla bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət qeydiyyat müddətinə daxil edilmir. Çatızmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
2.5. Ərizəçi ərizədə və ona əlavə edilən sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.4-cü bəndində qeyd edilən müddətdə aradan qaldırmadıqda müraciətin baxılmamış saxlanılması barədə qərar qəbul olunur. Müvafiq qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə şəxsən və ya sifarişli poçt göndərişi vasitəsilə təqdim edilir, habelə ərizəçinin elektron ünvanına göndərilir.
2.6. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
2.6.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi olduqda hüquqi şəxsin dövlət reyestrindən çıxarışının surəti;
2.6.2. ərizəçi fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti;
2.6.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
2.6.4. ərizəçinin nümayəndəsi müraciət etdikdə onun şəxsiyyətini təsdiq edən sənədin surəti və səlahiyyətini təsdiq edən sənəd;
2.6.5. obyektlərin üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki pasport və icarə və ya istifadə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti (olduğu halda);
2.6.6. məhsul istehsalının texnoloji sxemləri əks olunmuş layihə;
2.6.7. elektrik, qaz, su və havalandırma sisteminin texnoloji sxemi;
2.6.8. istehsalda istifadə edilən və keyfiyyətə nəzarət məqsədilə istifadə olunan qurğuların, avadanlıq və alətlərin texnoloji sxemdə yerləşmə təsviri.
2.7. Bu Qaydanın 2.6.1-2.6.8-ci yarımbəndlərində qeyd olunan sənədlər təqdim edildikdən sonra ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə elektron qaydada və ya sifarişli poçt bildirişi vasitəsilə 2 (iki) iş günü müddətində məlumat verilir.
2.8. Obyektlərin baytarlıq sanitar norma və qaydalarının tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə Agentlik tərəfindən müvafiq qərarla qiymətləndirilməni aparacaq şəxs (şəxslər) təyin olunur.
2.9. Qiymətləndirilməni aparan şəxs (şəxslər) tərəfindən 15 (on beş) iş günü ərzində qiymətləndirmə aparılır və qiymətləndirmə nəticələri əsasında obyektin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğu haqqında qiymətləndirmə aktı tərtib olunur.
2.10. Tərtib olunmuş akta Agentlikdə baxılaraq obyektlərin qeydiyyata alınması və ya imtina edilməsi barədə qərar qəbul edilir.
2.11. Obyektin qeydiyyata alınması və ya qeydiyyatdan imtina edilməsi barədə qərar ərizə daxil olduğu tarixdən 30 (otuz) gün müddətində qəbul edilməlidir.
2.12. Obyektin qeydiyyatı məqsədilə əlavə araşdırılmaya zərurət yarandıqda bu Qaydanın 2.11-ci bəndində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda qeydiyyat üçün nəzərdə tutulmuş müddət 30 (otuz) gün olmaqla bir dəfə uzadıla bilər. Müddətin uzadılması barədə ərizəçiyə məlumat verilir.
2.13. Obyektlərin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı ilə bağlı xərclər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği"nə uyğun olaraq ərizəçinin vəsaiti hesabına maliyyələşdirilir.
2.14. Aşağıdakı hallarda qeydiyyatdan imtina haqqında qərar qəbul edilir:
2.14.1. ərizədə və ona əlavə edilmiş sənədlərdə qanunauyğun olmayan məlumatlar olduqda;
2.14.2. obyekt baytarlıq sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadıqda;
2.14.3. ərizəçi tərəfindən imtina barədə ərizə təqdim edildikdə.
2.15. Qəbul edilmiş qərar 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edilir, yaxud sifarişli poçt vasitəsilə göndərilir.
2.16. Obyektin qeydiyyata alınmasından imtina barədə qərar əsaslandırılmalıdır.
2.17. Ərizəçi obyektin qeydiyyata alınmasından imtina barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
2.18. Obyektin qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır:
2.18.1. obyektin sahibi və ya onun səlahiyyətli nümayəndəsi müvafiq ərizə ilə müraciət etdikdə;
2.18.2. hüquqi şəxs ləğv edildikdə;
2.18.3. fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;
2.18.4. baytarlıq preparatlarının istehsalı fəaliyyəti ilə məşğul olmaq üçün verilən lisenziya ləğv edildikdə;
2.18.5. məhkəmənin müvafiq qərarı olduqda;
2.18.6. qeydiyyat üçün təqdim edilmiş sənədlərdə sonradan düzgün olmayan məlumatlar aşkar edildikdə;
2.18.7. bioloji preparatların istehsalında onların keyfiyyətinin və zərərsizliyinin pozulmasına səbəb olan uyğunsuzluqlar verilmiş 1 (bir) ay ərzində aradan qaldırılmadıqda.
2.19. Obyektin fəaliyyəti dövrünün qeydiyyat mərhələsində verilmiş məlumatlarda dəyişiklik olduqda, habelə onların fəaliyyət və istehsal sahəsi dəyişdikdə Agentlik bu barədə məlumatlandırılmalıdır.
2.20. Agentlik təqdim edilmiş məlumatları nəzərə alaraq obyektlərin qeydiyyat məlumatlarında 5 (beş) iş günü ərzində müvafiq dəyişiklik edərək bu barədə ərizəçiyə elektron qaydada, poçt rabitəsi vasitəsilə və ya şəxsən bildiriş təqdim edir.
"Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı Qaydası"na əlavə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyata alınması haqqında ƏRİZƏ
1. Ərizəçi haqqında məlumatlar Fərdi sahibkar olduqda Soyadı Adı Atasının adı Ünvanı Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi Fərdi identifikasiya nömrəsi (FİN) Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) Hüquqi şəxs olduqda Hüquqi şəxsin adı Hüquqi ünvanı Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)
2. Ərizəçinin səlahiyyətli nümayəndəsi haqqında məlumatlar Soyadı, adı, atasının adı Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi Fərdi identifikasiya nömrəsi (FİN)
3. Obyekt haqqında ümumi məlumat Obyektin adı Obyektin hüquqi və fəaliyyət ünvanı İşçilərin ümumi sayı
4. İstehsal olunacaq bioloji preparat haqqında məlumatlar Bioloji preparatın növü Vaksin Serum Antigen Bioloji preparatın tətbiq sahəsi Təsiredici maddə Tətbiq edilən normativ sənəd (sənədlər) Qablaşdırma növü (növləri)
5. Əlaqə vasitələri Şəhər telefonu Mobil telefon Poçt indeksi Elektron ünvan İmza _______________ Tarix "_____" __________ 20___ M. Y.