AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR Çərçivə sazişinin, təklif sorğusunun və sadə satınalma müqaviləsinin nümunəvi formasının təsdiq edilməsi haqqında "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Çərçivə sazişinin nümunəvi forması" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Təklif sorğusunun nümunəvi forması" təsdiq edilsin (2 nömrəli əlavə).
3. "Sadə satınalma müqaviləsinin nümunəvi forması" təsdiq edilsin (3 nömrəli əlavə).
4. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 30 dekabr 2023-cü il № 497
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 497 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 1 nömrəli əlavə Çərçivə sazişinin NÜMUNƏVİ FORMASI Bu çərçivə sazişi bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı (satınalan təşkilatın ünvanı daxil edin) olan nizamnamə əsasında fəaliyyət göstərən (satınalan təşkilatın səlahiyyətli şəxsinin vəzifəsi, soyadı, adı və atasının adı) şəxsində təmsil olunan və bundan sonra "Satınalan təşkilat" adlanacaq (satınalan təşkilatın adını daxil edin) (VÖEN: (satınalan təşkilatın VÖEN-ini daxil edin) və digər tərəfdən (təchizatçının qeydiyyat ölkəsini daxil edin) qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı (təchizatçının ünvanını daxil edin) olan, nizamnamə əsasında fəaliyyət göstərən (təchizatçının səlahiyyətli şəxsinin vəzifəsi, soyadı, adı və atasının adı) şəxsində təmsil olunan və bundan sonra "Təchizatçı" adlanacaq (təchizatçının adını daxil edin (VÖEN: (təchizatçının VÖEN-ini daxil edin)), arasında (bundan sonra ayrılıqda "Tərəf", birlikdə isə "Tərəflər") aşağıdakı şərtlərlə (tarixi gün, ay və il olaraq daxil edin) tarixdə və (imzalandığı yeri daxil edin) şəhərində (rayonunda) aşağıda qeyd olunan xidmətlərin göstərilməsi üçün bağlanılmışdır: Xidmətin adı: [xidmətin adını daxil edin] Bu çərçivə sazişi aşağıda sadalanan bölmələrdə təsvir olunan müddəalarla və onlarda edilən düzəlişlərlə tənzimlənir. Bu çərçivə sazişi Təchizatçı tərəfindən çərçivə sazişi müddətində göstərilən və Satınalan təşkilatın sadə satınalma müqaviləsi ilə satın almaq istədiyi xidmətlərə dair təklifinin qəbul edilməsi məqsədilə bağlanılmışdır. Aşağıdakı sənədlər bu çərçivə sazişinin, habelə bu çərçivə sazişi əsasında bağlanılacaq sadə satınalma müqaviləsinin bir hissəsini təşkil edir, onlarla bir oxunaraq izah edilir.
I BÖLMƏ: Çərçivə sazişinin şərtləri; II BÖLMƏ: Xidmətlərə dair tələblər; III BÖLMƏ: Fəaliyyət cədvəli; IV BÖLMƏ: Çərçivə sazişinin formaları; V BÖLMƏ: Çərçivə sazişinin ikinci mərhələsi üzrə proseduralar. (satınalan təşkilatın adını daxil edin) adından (imza və möhür) (satınalan təşkilatın səlahiyyətli şəxsinin vəzifəsi, soyadı və adı) (təchizatçının adını daxil edin) adından (imza və möhür) (təchizatçının səlahiyyətli şəxsinin vəzifəsi, soyadı və adı) ÇƏRÇİVƏ SAZİŞİNİN ŞƏRTLƏRİ
1. Ümumi müddəalar
1.1. Çərçivə sazişinin (bundan sonra — Saziş) şərtləri "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 51.6-cı maddəsinə uyğun olaraq satınalan təşkilatlar tərəfindən xidmətlərin Qanunla müəyyən edilmiş qaydada maliyyə vəsaiti hesabına satın alınmasının təmin edilməsi üçün tərtib olunur.
1.2. Bu Sazişdə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. başlama tarixi — Sazişin Təchizatçı və Satınalan təşkilat tərəfindən imzalandığı və qüvvəyə mindiyi tarix;
1.2.2. ikinci mərhələ üzrə satınalma — Saziş çərçivəsində yaranan tələbat əsasında satınalma predmetini almaq məqsədilə sadə satınalma müqaviləsini bağlamaq üçün metod;
1.2.3. müddət — bu Sazişin 5.1-ci bəndi ilə müəyyən edilən başlama tarixindən etibarən hesablanan və tətbiq olunduğu halda bu Sazişin 5.2-ci bəndinə əsasən uzadılan dövr;
1.2.4. müqavilə məbləği — sadə satınalma müqaviləsinə uyğun olaraq Təchizatçıya ödənilməli olan yekun məbləğ.
1.3. Bu Sazişdə istifadə olunan digər anlayışlar Qanunla müəyyən edilmiş mənaları ifadə edir.
2. Tətbiq olunan hüquq
2.1. Sazişi imzalamış Tərəflər arasında münasibətlər Qanunla, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir.
2.2. Təchizatçı müqavilənin icrası ilə əlaqədar əqli mülkiyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından Satınalan təşkilatı qoruyaraq onların qarşısında məsuliyyət daşıyır.
2.3. Müqavilə üzrə aparılan tədqiqatların nəticələri, hesabatlar və Təchizatçı tərəfindən hazırlanan digər sənədlər Satınalan təşkilatın mülkiyyəti hesab olunur və onun sərəncamında qalır. Təchizatçı bu sənədlərin surətini özündə saxlaya bilər.
2.4. Müqavilə Təchizatçının təqsiri nəticəsində ləğv olunarsa, müqavilə üzrə gətirilmiş materiallar, qurğular, avadanlıqlar və müvəqqəti tikililər Təchizatçının mülkiyyətində qalır.
3. Bildirişlər
3.1. Satınalan təşkilatla təchizatçıların bir-birinə göndərdikləri bildirişlər, qərarlar və digər sənədlər, habelə Qanunda nəzərdə tutulan məlumatlar yazılı formada Sazişin şərtlərinin 5.3-cü bəndində qeyd olunan ünvana və ya həmin bənddə nəzərdə tutulan səlahiyyətli nümayəndəyə birbaşa təqdim olunur. Yazılı formada təqdim edilən məlumatın alınmasını təsdiq edən sübut tələb edildiyi təqdirdə qarşı tərəfə təqdim edilməlidir.
3.2. Bildiriş çatdırılma və ya bildirişdə göstərilən qüvvəyə minmə tarixində (bunlardan hansının tarixi daha sonra gəlirsə) etibarlı olur.
4. Səlahiyyətli nümayəndə
4.1. Bu Saziş üzrə Satınalan təşkilat və ya Təchizatçı tərəfindən həyata keçirilməsi tələb olunan və ya icazə verilən hər hansı fəaliyyət və ya icra olunması tələb olunan və ya icazə verilən hər hansı sənəd bu Sazişin 5.3-cü bəndi ilə müəyyən edilmiş rəsmi şəxslər tərəfindən həyata keçirilə və ya icra oluna bilər.
5. Sazişin xüsusi məlumatları
5.1. Çərçivə sazişinin müddəti başlama tarixindən etibarən (müddəti il olaraq daxil edin) il təşkil edir: Qeyd. Maksimal müddət 1 ildən çox olmamalıdır.
5.2. Təchizatçının fəaliyyət göstəriciləri qənaətbəxş hesab edildiyi təqdirdə, Satınalan təşkilatın öz mülahizəsinə əsasən müddət uzadıla bilər. Müddəti uzatmaq üçün Satınalan təşkilat Sazişin müddətinin bitməsinə 3 (üç) ay qalanadək bununla bağlı Təchizatçıya yazılı bildiriş göndərməlidir.
5.3. Tərəflərin səlahiyyətli nümayəndələri, bildiriş üçün ünvanları və əlaqə vasitələri:
5.3.1. Satınalan təşkilat:
5.3.1.1. adı və soyadı: (şəxsin tam adını daxil edin) 5.3.1.2. ünvan: (ünvanı daxil edin) 5.3.1.3. telefon: (şəhər telefonu və əgər varsa mobil nömrəsini daxil edin) 5.3.1.4. elektron poçt ünvanı: (əgər varsa, e-poçt ünvanını daxil edin) 5.3.2. Təchizatçı:
5.3.2.1. adı və soyadı: (şəxsin tam adını daxil edin) 5.3.2.2. ünvan: (ünvanı daxil edin) 5.3.2.3. telefon: (şəhər telefonu və əgər varsa mobil nömrəsini daxil edin) 5.3.2.4. elektron poçt ünvanı: (əgər varsa, e-poçt ünvanını daxil edin)
6. Xidmətlərə dair tələblər
6.1. Saziş üzrə göstərilən xidmətlər Saziş razılaşmasının II bölməsində (Xidmətlərə dair tələblər) qeyd olunan tələblərə uyğun olmalıdır. Heç bir müvafiq tələb, texniki reqlament və ya standart qeyd edilmədikdə, malın mənşə ölkəsinə uyğun olan rəsmi standartlara ekvivalent və ya üstün olmalıdır.
6.2. Təchizatçı bağlanılmış müqavilə üzrə Qanunun 33.14-cü maddəsinə əsasən güzəştli düzəlişin tətbiq edildiyi hər bir malı malın mənşəyi haqqında sertifikatın əsli və ya notarial qaydada təsdiq edilmiş surəti ilə birlikdə Satınalan təşkilata təqdim etməlidir.
7. Təchizatçının öhdəlikləri
7.1. Təchizatçı xidmətlərin göstərilməsi üzrə Sazişdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib xidmətləri Satınalan təşkilata müəyyənləşdirilmiş qaydada təhvil verməlidir.
7.2. Təchizatçı Satınalan təşkilatın təklif sorğusuna və ya birbaşa müqavilə müraciətinə sorğuda göstərilən müddətdə cavab verərək təklifini təqdim etməli, birbaşa müqavilə olduğu halda qəbul etməli və ya sadə satınalma müqaviləsi çərçivəsində xidmətləri icra etməyəcəyi barədə Satınalan təşkilatı məlumatlandırmalıdır.
7.3. Saziş müddəti ərzində Təchizatçı və göstərilən xidmətlər birinci mərhələ üzrə keçirilmiş satınalmada göstərilən uyğunluq göstəricilərinə və tələblərə cavab verməyə davam etməlidir. Həmin uyğunluq göstəriciləri tələblərə cavab vermədiyi halda dərhal yazılı formada Satınalan təşkilata bildiriş göndərməlidir.
7.4. Sadə satınalma müqaviləsi çərçivəsində göstərilən xidmətlər xidmətlərə dair tələblər sənədində göstərilən texniki və keyfiyyət tələblərinə cavab verməli, sadə satınalma müqaviləsində göstərilən həcmdə, müddətdə, yerdə və məbləğdə icra edilməlidir.
7.5. Təchizatçı bu Sazişdə və sadə satınalma müqaviləsində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməli və xidmətlərə dair tələbləri icra etməlidir.
7.6. Təchizatçı xidmətləri öz öhdəliklərini lazımi çalışqanlıq, səmərəlilik və qənaətlə ümumi qəbul edilmiş peşə üsullarına, etikasına və təcrübələrinə uyğun yerinə yetirməli, sağlam idarəçilik təcrübələrindən istifadə etməli, mütərəqqi texnologiya və təhlükəsiz metodlarını tətbiq etməlidir. Təchizatçı bu göstərdiyi xidmətlərlə bağlı hər hansı məsələdə Satınalan təşkilata etibarlı tərəfdaş münasibətində olmalı və bütün vaxtlarda subpodratçılar və üçüncü tərəflərlə iş görən zaman Satınalan təşkilatın legitim maraqlarını dəstəkləməli və qorumalıdır.
7.7. Təchizatçı və onun subpodratçıları tərəfindən müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi, Azərbaycan Respublikası Konstitusiyasının ikinci bölməsində nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquqlarının və azadlıqlarının təmin edilməsi prinsipləri, qaydaları və Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar Azərbaycan Respublikasının Əmək Məcəlləsində təsbit edilmiş formada tətbiq edilir.
8. Təchizatçı uyğunluğu
8.1. Saziş çərçivəsində Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici təchizatçılar və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycan Respublikasının diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici təchizatçılar tərəfindən xidmətlərin göstərilməsinə yol verilmir.
8.2. Təchizatçı hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün hüquqi və (və ya) fiziki şəxslərin müqavilə əsasında yaratdığı müvəqqəti və ya daimi birlik (bundan sonra — birgə fəaliyyət) olarsa, birgə fəaliyyəti həyata keçirən bütün hüquqi və fiziki şəxslər müqavilənin şərtlərinin yerinə yetirilməsinə görə Satınalan təşkilat qarşısında birgə və eyni zamanda fərdi məsuliyyət daşıyır. Birgə fəaliyyət onun adından və tərəfləri üçün müqavilənin icrasını təmin etmək məqsədilə müvafiq səlahiyyətə malik nümayəndə təyin edir. Birgə fəaliyyətin tərkibi satınalan təşkilatın əvvəlcədən razılığı olmadan dəyişdirilə bilməz.
9. Satınalan təşkilatın öhdəlikləri
9.1. Satınalan təşkilat Saziş çərçivəsində bağlanılmış sadə satınalma müqavilələri üzrə göndərilmiş göstərilmiş xidmətlərin təxirə salınmadan (aşkar olunan qüsurların İcraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.
9.2. Satınalan təşkilat tətbiq edildiyi halda aşağıda qeyd edilən hüquqi və təşkilati məsələlərin həllini, ona aid olan icazələrin və razılaşmaların alınmasını təmin edir. (varsa daxil edin və ya "tətbiq edilmir" yazın)
9.3. Satınalan təşkilat Sazişin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və Təchizatçıya vaxtında çadtırılmasına təminat verir.
10. Müqavilə məbləği
10.1. Satınalan təşkilat hər bir sadə satınalma müqaviləsinin aşağıdakı üsullarının birindən istifadə edərək müəyyən edir:
10.1.1. (birbaşa seçim) Saziş bağlanılmış təchizatçıların ilkin təklifində təqdim etdiyi və Sazişə əlavə edilmiş Fəaliyyət cədvəlində göstərilmiş vahid qiymətlər əsasında;
10.1.2. (təklif sorğusu) təklif sorğusu göndərilməklə, Saziş bağlanılmış təchizatçıların yekun təklifinə əsasən ən aşağı qiymət və ya ən səmərəli təklifi əsasında.
11. Submüqavilələr
11.1. Təchizatçı xidmətlərin göstərilməsinə dair təqdim etdiyi təklifdə göstərdiyi subpodratçılarla onlara həvalə ediləcək fəaliyyət (fəaliyyətlər) üzrə və göstərilən məbləğdə müqavilə imzalaya bilər. Bütün digər hallarda sadə satınalma müqaviləsinin icrası subpodratçılara həvalə edilə bilməz. Subpodrat müqaviləsinin (müqavilələrinin) məbləği sadə satınalma müqaviləsinin ümumi dəyərinin 50 faizindən çox olmamalıdır. Sadə satınalma müqaviləsinin icrasına subpodratçılar cəlb olunduğu halda, subpodrat müqavilələrinin ümumi məbləğinin 20 faizdən az olmayan hissəsinin icrası Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş mikro, kiçik və orta sahibkarlıq subyektlərinə həvalə olunmalıdır.
11.2. Subpodratçılar və onların təqdim etdiyi xidmətlər bu Sazişin 8-ci hissəsinin tələblərinə cavab verməlidir.
12. Saziş müddətində qüsurların aradan qaldırılması
12.1. Saziş müddətində Satınalan təşkilat aşkar olunmuş qüsurlar haqqında Təchizatçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir.
12.2. Təchizatçı qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır.
12.3. Təchizatçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, Satınalan təşkilat həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və Təchizatçıya ödəniləcək məbləğdən çıxır.
13. Məsuliyyətin məhdudlaşdırılması
13.1. Cinayət səhlənkarlığı və ya qəsdən sui-istifadə halları istisna olmaqla:
13.1.1. Təchizatçının Satınalan təşkilata maddi zərərləri ödəmək öhdəliyinə şamil edilməmək şərtilə Təchizatçı hər hansı dolayı və ya nəticədə baş vermiş itki və ya zərər, istifadə itkisi, istehsal itkisi, mənfəət və ya faiz xərclərinin itirilməsinə görə müqavilədə, hüquq pozuntusunda və ya başqa şəkildə olmasından asılı olmayaraq, Satınalan təşkilat qarşısında məsuliyyət daşımır;
13.1.2. Təchizatçının Satınalan təşkilata patent pozuntusu ilə bağlı kompensasiya ödəmək öhdəliyi istisna olmaqla Təchizatçının Satınalan təşkilat qarşısında müqavilə üzrə, hüquq pozuntusu və ya başqa şəkildə məcmu öhdəliyi ümumi müqavilənin məbləğindən artıq olmamalıdır.
14. Qarşısıalınmaz qüvvə
14.1. Sazişin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, Təchizatçı icra təminatından məhrum olunmadan, cərimələrin ödənilməsindən azad edilir və müqavilənin pozulması üçün məsuliyyət daşımır.
14.2. Qarşısıalınmaz qüvvənin təsirinə Satınalan təşkilat və Təchizatçı tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir.
14.3. Təchizatçı qarşısıalınmaz qüvvənin təsiri barədə və yaranma səbəbləri haqqında yazılı məlumatı yubanmadan Satınalan təşkilata göndərməlidir. Əgər Satınalan təşkilatdan digər yazılı təlimat daxil olmayıbsa, Təchizatçı öz imkanları daxilində qarşısıalınmaz qüvvənin təsirindən asılı olmayan Saziş öhdəliklərinin yerinə yetirilməsini davam etməli və qarşısıalınmaz qüvvənin təsirindən asılı olan müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün alternativ üsullar axtarmalıdır.
15. Sazişin dili
15.1. Saziş və hər hansı sadə satınalma müqaviləsi, o cümlədən Satınalan təşkilat və Təchizatçı arasında müqavilə ilə əlaqədar olan yazışmalar və sənəd mübadiləsi Azərbaycan dilində olur. Müqavilənin tərkib hissəsi olan dəstəkləyici sənədlər Azərbaycan dilinə düzgün tərcümə edilmək şərtilə başqa dildə də ola bilər. Bu halda sənədlər arasında ziddiyyət yaranarsa, Azərbaycan dilində tərtib olunmuş sənədlərə üstünlük verilir.
15.2. Sənədlərin Azərbaycan dilinə tərcümə olunması ilə bağlı bütün xərclər Təchizatçı tərəfindən qarşılanır və belə tərcümələrin düzgünlüyünə dair risklərə görə Təchizatçı məsuliyyət daşıyır.
16. Qeydiyyatın aparılması və Sazişin icrasına nəzarət
16.1. Təchizatçı özü və varsa bütün subpodratçıları Sazişdə, xidmətlər və hər hansı sadə satınalma müqaviləsində vaxt və məbləğlə bağlı dəyişikliyə səbəb olan halları barədə aydın şəkildə dəqiq və sistemli qeydiyyat aparmalıdır.
16.2. Satınalan təşkilat Sazişə uyğun olaraq və Qanunun 39.3- cü maddəsində nəzərdə tutulan son haqq-hesab aparılanadək həmin Saziş çərçivəsinə bağlanılmış sadə satınalma müqavilələri üzrə göstərilmiş xidmətlərin normativ hüquqi aktların tələblərinə, habelə sadə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və beynəlxalq standartlara uyğunluğunu yoxlayır.
16.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra — AİBNDX) satınalma ilə bağlı aparılan araşdırma zamanı normativ hüquqi aktların tələblərinin pozulmasına dair əsaslı şübhələr yarandıqda, Təchizatçı tərəfindən sadə satınalma müqaviləsinin təqdim olunmuş təklifinə uyğun icra edilməsi ilə yerində tanış olmaq məqsədilə göstərilmiş xidmətin nəticələrinə baxış keçirə bilər. Baxış zamanı Qanunun tələblərinin pozulması halları aşkar edildikdə AİBNDX tərəfindən qanuna uyğun tədbirlər görülür. Satınalan təşkilat AİBNDX tərəfindən satınalma predmetinə (onun icrasına) baxış keçirə bilməsi üçün lazımi şərait yaratmalıdır.
17. Əqli mülkiyyət hüququ
17.1. Təchizatçı tərəfindən Satınalan təşkilata təqdim edilmiş məlumatları ehtiva edən bütün çertyojlara, sənədlərə və digər materiallara müəlliflik hüququ Təchizatçıya və ya hər hansı üçüncü şəxs tərəfindən birbaşa və ya Təchizatçı vasitəsilə Satınalan təşkilata verilərsə, belə materiallara dair müəllif hüquqları üçüncü tərəfə məxsus olaraq qalır.
17.2. Təchizatçı Satınalan təşkilatın müqavilə tarixində qeydiyyatdan keçmiş və ya başqa cür mövcud olan hər hansı patent, faydalı model, qeydə alınmış dizayn, ticarət nişanı, müəllif hüququ və ya digər əqli mülkiyyət hüququnun pozulması nəticəsində Satınalan təşkilatın, onun işçilərinin və vəzifəli şəxslərinin zərər çəkə biləcəyi hər hansı və bütün iddialardan, hərəkətlərdən və ya inzibati icraatlardan, tələblərdən, itkilərdən, zərərlərdən, xərclərdən və vəkilin ödənişləri və xərcləri daxil olmaqla, istənilən növ məsrəflərdən azad edir.
17.3. Satınalan təşkilat Təchizatçını müqavilə tarixində qeydiyyatdan keçmiş və ya başqa cür mövcud olan hər hansı patent, faydalı model, qeydə alınmış dizayn, ticarət nişanı, müəllif hüququ və ya digər əqli mülkiyyət hüququnun pozulması nəticəsində Təchizatçının, onun işçilərinin, vəzifəli şəxslərinin və subpodratçılarının zərər çəkə biləcəyi hər hansı və bütün iddialardan, hərəkətlərdən və ya inzibati icraatlardan, tələblərdən, itkilərdən, zərərlərdən, xərclərdən, vəkilin ödənişləri və xərcləri daxil olmaqla istənilən növ məsrəflərdən azad edir.
18. Məxfilik
18.1. Satınalan təşkilat və Təchizatçı məxfiliyi qorumalı və digər tərəfin yazılı razılığı olmadan Sazişlə əlaqədar Tərəflərin birbaşa və ya dolayısilə təqdim etdiyi hər hansı sənədləri, məlumatları müqavilənin tamamlanmasından və ya ləğvindən əvvəl və ya ondan sonra üçüncü Tərəfə açıqlamamalıdır. Buna baxmayaraq, Təchizatçı subpodratçının müqavilə üzrə işini yerinə yetirməsi üçün tələb olunan həddə Satınalan təşkilatdan aldığı bu cür sənədləri, məlumatları subpodratçıya təqdim edə bilər, bu halda Təchizatçı həmin subpodratçıdan bu Sazişin 18-ci hissəsinə əsasən Təchizatçının üzərinə qoyulan məxfilik öhdəliyini öz üzərinə götürməlidir.
18.2. Satınalan təşkilat Təchizatçıdan aldığı bu cür sənədlərdən, məlumatlardan və digər informasiyalardan müqaviləyə aid olmayan hər hansı məqsədlər üçün istifadə etməməlidir. Eynilə Təchizatçı da Satınalan təşkilatdan alınan bu cür sənədləri, məlumatları və digər informasiyaları Sazişin icrasından başqa heç bir məqsəd üçün istifadə etməməlidir.
18.3. Bununla belə Tərəflərin bu Sazişin 0-ci və 0-ci bəndlərində nəzərdə tutulmuş öhdəliyi aşağıdakı məlumatlara şamil edilmir:
18.3.1. Saziş imzalanan zaman və ya ondan sonra həmin Tərəfin heç bir təqsiri olmadan ictimai mülkiyyətə daxil olan;
18.3.2. açıqlama zamanı həmin Tərəfin malik olduğu və əvvəllər birbaşa və ya dolayısilə digər Tərəfdən əldə edilməsi sübuta yetirilən;
18.3.3. məxfilik öhdəliyi olmayan üçüncü şəxs tərəfindən qanuni olaraq həmin Tərəfə başqa şəkildə təqdim olunan.
18.4. Bu Sazişin 18-ci hissəsinin müddəaları xidmətlərin göstərilməsi və ya onun hər hansı bir hissəsi ilə bağlı müqavilə tarixindən əvvəl Tərəflərdən birinin verdiyi hər hansı məxfilik öhdəliyini heç bir şəkildə dəyişdirmir.
18.5. Bu Sazişin 18-ci hissəsinin müddəaları Sazişin və bağlanılmış sadə satınalma müqavilələrinin hər hansı səbəbdən tamamlanması və ya xitam verilməsindən sonra da qüvvədə qalır.
18.6. Məhkəmənin, AİBNDX-nin, Azərbaycan Respublikası Hesablama Palatasının və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin icrası ilə bağlı məlumatların açıqlanması halları istisna olmaqla, Satınalan təşkilat digər hallarda təchizatçıların kommersiya sirri təşkil edən və ya qanunla qorunan digər məlumatlarını açıqlamır və onları məxfi (konfidensial) saxlayır.
18.7. Məxfi məlumatlarla əlaqəli satınalma zamanı Satınalan təşkilat təchizatçılardan və onların subpodratçılarından məxfi məlumatların qorunmasını və mühafizəsini tələb edir.
19. Təchizatçının işçi heyəti
19.1. Təchizatçının xidmətlərin icrasına cəlb olunacaq əsas işçi heyətinin vəzifələri, razılaşdırılmış iş öhdəlikləri, minimum kvalifikasiyaları və fəaliyyət müddətləri sadə satınalma müqaviləsinin razılaşmasının VIII bölməsində (Digər sənədlər) göstərilir və satınalan təşkilat tərəfindən təsdiq edilmiş hesab edilir.
19.2. Satınalan təşkilatın razılığı olmadan sadə satınalma müqaviləsinin razılaşmasının VIII bölməsində (Digər sənədlər) göstərilən əsas işçi heyətin tərkibində dəyişiklik edilməsinə yol verilmir. Əgər Təchizatçıdan asılı olmayan səbəblərdən əsas işçi heyətin hər hansı üzvünü dəyişmək zərurəti yaranarsa, bu zaman Təchizatçı əvvəlki işçiyə ekvivalent olan və yaxud daha yaxşı kvalifikasiyaya malik şəxsi işə cəlb etməlidir.
19.3. Aşağıdakı hallarda Satınalan təşkilat Təchizatçının hər hansı işçisinin əvəzlənməsini tələb edə bilər:
19.3.1. ardıcıl olaraq nalayiq və etinasız davranışlar sərgilədikdə;
19.3.2. öhdəliklərini səriştəsiz və ya səhlənkarlıqla yerinə yetirdikdə;
19.3.3. müqavilənin hər hansı müddəasına əməl etmədikdə;
19.3.4. təhlükəsizliyə, sağlamlığa və ya ətraf mühitin mühafizəsinə xələl gətirən hər hansı davranış göstərdikdə;
19.3.5. ağlabatan dəlillərə əsaslanaraq müqavilənin icrası zamanı fırıldaqçılıq və korrupsiya ilə məşğul olması müəyyən edildikdə;
19.3.6. Satınalan təşkilat tərəfindən işə götürüldükdə.
19.4. Təchizatçı bu zaman Satınalan təşkilatın yazılı şəkildə əsaslandırdığı müraciətin əsasında Satınalan təşkilat üçün məqbul olan kvalifikasiyaya və təcrübəyə malik şəxslə əvəzləmə aparmalıdır.
19.5. Təchizatçı işçi heyətin işdən uzaqlaşdırılması və yaxud əvəz edilməsi ilə əlaqədar olan və yaxud ondan yaranan əlavə xərclərə görə Satınalan təşkilatın qarşısında iddia qaldıra bilməz.
20. Sazişdə dəyişiklik
20.1. Yazılı olmayan, tarixi göstərilməyən, müqaviləyə açıq şəkildə istinad edilməyən və hər bir Tərəfin müvafiq səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmayan müqavilədə edilmiş hər hansı dəyişiklik etibarlı hesab edilmir.
20.2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, göstərilmiş xidmətlərə görə Təchizatçının öz təklifində qeyd etdiyi ödəniləcək məbləğin dəyişdirilməsinə yol verilmir.
20.3. Sazişin 20.2-ci bəndinə əsasən müqavilənin şərtlərinin, o cümlədən məbləğinin və icra müddətinin dəyişdirilməsi barədə Tərəflərin bir-birinə etdiyi yazılı müraciətlərə 10 (on) iş günü müddətində baxılır.
21. Öhdəliklərin ötürülməsi
21.1. Təchizatçı Satınalan təşkilatın yazılı razılığı olmadan Saziş və (və ya) sadə satınalma müqaviləsi çərçivəsindəki öhdəliklərini tam və ya qismən üçüncü tərəfə ötürə bilməz.
22. Sazişin ləğv edilməsi
22.1. Satınalan təşkilat aşağıdakı hallarda Sazişin və ya sadə satınalma müqaviləsinin şərtlərinin pozulmasına görə hər hansı digər vasitəyə xələl gətirmədən, Təchizatçıya öhdəliklərinin yerinə yetirilməməsi barədə yazılı bildiriş göndərməklə aşağıdakı hallarda ləğv edə bilər:
22.1.1. Satınalan təşkilatın qənaətinə görə Təchizatçı saxtakarlıq və korrupsiya əməlləri törətdikdə;
22.1.2. Saziş müddətində Təchizatçı uyğunluq tələblərinə cavab vermədikdə;
22.1.3. Təchizatçı Satınalan təşkilatın razılığı olmadan Saziş və (və ya) sadə satınalma müqaviləsi çərçivəsindəki öhdəliklərini tam və ya qismən digər Tərəfə ötürməyə cəhd etdikdə və ya yerinə yetirməkdən boyun qaçırdıqda;
22.1.4. Təchizatçı müflis olduqda və ya ödəmə qabiliyyətini itirdikdə;
22.1.5. Təchizatçı Saziş və (və ya) hər hansı sadə satınalma müqaviləsi çərçivəsində öhdəliklərini yerinə yetirmədikdə.
22.2. Saziş müddətinin bitməsinə görə və ya vaxtından əvvəl ləğv edildikdə, Saziş çərçivəsində artıq qüvvədə olan bütün sadə satınalma müqavilələri tam qüvvədə qalacaqdır. Lakin Saziş ləğv edildikdən sonra yeni sadə satınalma müqaviləsi bağlanıla bilməz.
23. Mübahisəli məsələlərin həlli
23.1. Tərəflər Saziş və ya sadə satınalma müqaviləsi üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar və qarşılıqlı razılaşma yolu ilə həll etməlidirlər.
23.2. Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 (otuz) gün müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinə əsasən həll edilməlidir.
23.3. Tərəflər başqa cür razılığa gəlmədikdə, müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməyə davam etməli və Satınalan təşkilat Təchizatçıya ödənilməli olan hər hansı məbləği ödəməlidir.
23.4. Müqavilənin hər hansı müddəasının və ya şərtinin qadağan olunması və ya etibarsız (icraedilməz) hesab edilməsi, müqavilənin hər hansı digər müddəa və şərtlərinin etibarlılığına və ya icrasına təsir göstərmir. "Çərçivə sazişinin nümunəvi forması"na 1 nömrəli əlavə
Çərçivə sazişinin bağlanılması ilə yekunlaşan satınalmanın nəticələrinə dair bildiriş Satınalma komissiyası satınalmanın nəticələri haqqında yekun protokolu imzaladığı gün satınalmadan kənarlaşdırılmamış təchizatçılara bildiriş göndərməklə yanaşı, dövlət satınalmalarının vahid internet portalında məlumat yerləşdirir. Təchizatçının adı: (təchizatçının adını daxil edin Təklifi Təchizatçı adından imzalamaq səlahiyyəti olan şəxsin adı və soyadı: (ad və soyadı daxil edin) Təchizatçının ünvan: (təchizatçının ünvanını daxil edin) Təchizatçının e-poçt ünvanı: (təchizatçının elektron poçt ünvanını daxil edin) Bildirişin göndərilmə tarixi: (tarixi ay, gün və il olaraq daxil edin / bildiriş bütün təchizatçılara eyni tarixdə və vaxtda göndərilməlidir) Satınalan təşkilatın adı: (satınalan təşkilatın adını daxil edin) Satınalma predmeti : [satınalma predmetini daxil edin] Satınalma elan tarixi: (elan tarixini gün, ay və il olaraq daxil edin) Çərçivə sazişinin bağlanılması ilə yekunlaşan satınalmanın nəticələrinə dair bu bildiriş (bundan sonra - Bildiriş) yuxarıda göstərilən satınalma predmeti üzrə təklifi aksept etmək qərarı verdiyimiz Təchizatçı barədə sizə məlumat vermək üçün göndərilib. Bildirişin göndərildiyi gündən sonrakı iş günü gözləmə müddəti başlayır. Gözləmə müddəti ərzində siz:
a) satınalmanın nəticələri (təklifiniz qiymətləndirilməsi) ilə bağlı Satınalan təşkilata müraciət edə və (və ya);
b) satınalmanın nəticələrindən şikayət edə bilərsiniz.
1. Çərçivə sazişinin bağlanılacağı qalib təchizatçılar Sıra №-si Qalib Təchizatçının Çərçivə sazişinin məbləği Yekun bal (tətbiq edildiyi halda) adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı) VÖEN-i Ünvanı 1. 2. 3.
2. Təklifinizin qalib gəlməməsinin səbəbləri: (Əgər yekun bal səbəbi artıq aşkar göstərirsə bu bəndi silin)
Bu Təchizatçının təklifinin uğursuz olmasının səbəbini (səbəblərini) göstərin. Aşağıdakılara DAXİL ETMƏYİN: (a) digər Təchizatçının təklifi ilə bənd-bənd müqayisəsini və ya (b) Təchizatçı tərəfindən öz təklifində məxfi olaraq qeyd olunan məlumatı
3. Gözləmə müddəti Müddətin sonu: Gözləmə müddəti (tarixi gün, ay və il olaraq daxil edin) iş gününün sonu bitir. Bildirişin göndərildiyi gündən sonrakı iş günü gözləmə müddəti başlayır və 5 (beş) iş günü ərzində qüvvədə olur. Satınalma komissiyası gözləmə müddətinin qüvvədə olduğu dövrdə təchizatçıların təqdim etdiyi müraciətləri (o cümlədən şikayətləri) 5 (beş) iş günü müddətində araşdıraraq cavablandırır. Aparılan araşdırma zamanı satınalmanın nəticələri haqqında yekun protokol ləğv edilərək yenisi tərtib olunarsa, bu hal üçün yenidən gözləmə müddəti tətbiq edilir.
4. Satınalmanının nəticələrinin aydınlaşdırılması və ya nəticələrdən şikayət etmək üçün necə müraciət etmək olar Satınalmadan kənarlaşdırılmamış təchizatçılar Satınalan təşkilata satınalmanın nəticələri ilə bağlı öz müraciətlərini (o cümlədən şikayətlərini) dövlət satınalmalarının vahid internet portalı (etender. gov. az) vasitəsilə (kağız daşıyıcıda keçirilən satınalmalardan Satınalan təşkilatın şərtlər toplusunda qeyd olunan əlaqə vasitələri ilə) gözləmə müddətində verirlər. Satınalan təşkilat verilmiş şikayəti 10 (on) iş günü müddətində araşdıraraq müvafiq qərar qəbul edir və həmin qərarın qəbul edildiyi gündən 1 (bir) iş günü ərzində şikayət edən Təchizatçıya göndərir. Satınalan təşkilat göstərilən müddət ərzində qərar qəbul etmirsə, Təchizatçı bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və məhkəməyə şikayət verə bilər. Belə şikayət verildikdən sonra Satınalan təşkilat tərəfindən həmin şikayət baxılmamış saxlanılır. Bildirişlə bağlı hər hansı sualınız varsa, bizimlə əlaqə saxlayın. Satınalan təşkilatın adından
Adı və soyadı: _______________________ Vəzifə: _______________________ İmza və möhür: _______________________ "Çərçivə sazişinin nümunəvi forması"na
2 nömrəli əlavə
Çərçivə sazişinin bağlanılmasına dair bildiriş KİMƏ: (təchizatçının adını daxil edin ÜNVAN: (təchizatçının ünvanını daxil edin) Bununla bildiririk ki, (tarixi gün, ay və il olaraq daxil edin) tarixində (satınalma predmetini daxil edin) xidmətlərin satın alınması üçün çərçivə sazişinin bağlanılması məqsədilə keçirilən satınalmada sizin təqdim etdiyiniz (məbləği rəqəmlə və sözlə daxil edin) məbləğindəki (tarixi gün, ay və il olaraq daxil edin) tarixli təklifiniz (satınalan təşkilatın adını daxil edin) tərəfindən qəbul olunur. Bununla əlaqədar sizdən (tarixi gün, ay və il olaraq daxil edin) tarixə qədər çərçivə sazişinin imzalanıb qaytarılması tələb olunur. Qoşma: Çərçivə sazişi Adı və soyadı: _______________________ Vəzifə: _______________________ İmza və möhür: _______________________
"Çərçivə sazişinin nümunəvi forması"na 3 nömrəli əlavə Çərçivə sazişinin ikinci mərhələsi üzrə prosedurlar İkinci mərhələ üzrə satınalma proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 51.3-cü maddəsinə əsasən çərçivə sazişinin tətbiqi ilə keçirilən satınalmanın ikinci mərhələsində tələbat yarandıqca satınalma predmetini aşağıdakı üsulların birindən istifadə edərək satın alır:
1.1. Təklif sorğusu: Satınalma komissiyası aşağıdakı məlumatların daxil edildiyi təklif sorğusu sənədini hazırlayır və çərçivə sazişi bağlanılmış təchizatçıları rəqabətli qiymət təklifi verməyə dəvət edir:
a) göstəriləcək xidmətlər;
b) icra yeri (yerləri);
c) icra tarixi (tarixləri) və ya qrafiki;
d) həcmlər (tətbiq olunduğu halda);
e) xidmətlərin keyfiyyətinə nəzarət prinsipləri;
f) qiymət təkliflərinin qiymətləndirilməsi üçün tətbiq ediləcək meyarlar;
g) qiymət təkliflərinin təqdim edilməsi üçün son tarix;
h) xidmətlərin göstərilməsi üçün sadə satınalma müqaviləsinin şərtləri;
i) digər məlumatlar.
Xidmətlər üçün qiymət təklifləri çərçivə sazişində müəyyən edilən müvafiq xidmətlər üzrə vahid qiymətlərdən yüksək olmamalıdır.
1.2. Birbaşa seçim: Satınalma komissiyası çərçivə sazişi bağlanılmış təchizatçılar arasında xidmətin icra yerinə görə ən səmərəli təklif vermiş Təchizatçını seçərək çərçivə sazişində müəyyən edilən müvafiq xidmətlər üzrə vahid qiymətlər və ya qiymət mexanizmi (satınalma predmetinin həcminə görə bir vahidinin qiymətinə tətbiq edilən güzəşt) əsasında sadə satınalma müqaviləsi bağlayır. Satınalma komissiyası çərçivə sazişi bağlanılmış bütün təchizatçıları yuxarı məbləğ və həcm həddini keçməməklə, balanslı şəkildə növbə ilə seçərək sadə satınalma müqaviləsi bağlayır. Yuxarı hədd (çərçivə sazişinin məbləğinin çərçivə sazişi bağlanılmış təchizatçıların sayına bölünməsi ilə hesablanır): ilk sadə satınalma müqaviləsi qiymətləndirilmiş ən aşağı məbləğli çərçivə sazişi olan Təchizatçı ilə bağlanılır. Yuxarı həddə çatana qədər ilk Təchizatçı ilə sadə satınalma müqaviləsi bağlanılır; ikinci sadə satınalma müqaviləsi qiymətləndirilmiş ikinci ən aşağı məbləğli çərçivə sazişi olan Təchizatçı ilə bağlanılır. Yuxarı həddə çatana qədər ilk təchizatçı ilə sadə satınalma müqaviləsi bağlanılır. Növbəti sadə satınalma müqavilələri də bu qaydada davam edir. Sadə satınalma müqaviləsinin imzalanması
2.1. Təklif sorğusu: Satınalma komissiyası bağlayacağı sadə satınalma müqaviləsi barədə aşağıdakı məlumatların olduğu barədə bildirişi çərçivə sazişi bağladığı bütün təchizatçılara göndərir və dövlət satınalmalarının vahid internet portalında həmin məlumatları yerləşdirir:
a) qalib Təchizatçının adı (fiziki şəxs olduqda fiziki şəxsin adı, soyadı və atasının adı), VÖEN-i və ünvanı;
b) göstəriləcək xidmətlər;
c) müqavilənin məbləği;
d) digər təchizatçıların qalib seçilməmə səbəbləri.
Satınalma komissiyası qalib təchizatçıya sadə satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş göndərərək ondan tələb olunduğu halda icra təminatını və imzalanmış sadə satınalma müqaviləsini təqdim etməyi tələb edir. Satınalan təşkilat tərəfindən sadə satınalma müqaviləsinin imzalandığı tarix müqavilənin imzalanma tarixi hesab edilir.
2.2. Birbaşa seçim: Satınalma komissiyası seçdiyi Təchizatçıya sadə satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş göndərərək ondan tələb olunduğu halda icra təminatının və imzalanmış sadə satınalma müqaviləsini təqdim etməyi tələb edir. Satınalan təşkilat tərəfindən sadə satınalma müqaviləsinin imzalandığı tarix müqavilənin imzalanma tarixi hesab edilir. Satınalma komissiyası sadə satınalma müqaviləsini imzaladıqdan sonra 5 (beş) iş günü müddətində dövlət satınalmalarının vahid internet portalında aşağıdakı məlumatları yerləşdirir:
a) Təchizatçının adı (fiziki şəxs olduqda fiziki şəxsin soyadı, adı və atasının adı), VÖEN-i və ünvanı;
b) göstəriləcək xidmətlər;
c) müqavilə məbləği;
d) birbaşa seçim səbəbi.
Sadə satınalma müqaviləsinə dair şikayət Təklif sorğusu proseduru nəticəsində sadə satınalma müqaviləsi bağlanılacağı barədə bildiriş göndərildiyi gündən sonrakı iş günü gözləmə müddəti başlayır və 5 (beş) iş günü ərzində qüvvədə olur. Gözləmə müddəti təchizatçılara Qanunun 9-cu fəslinə uyğun olaraq satınalmanın nəticələri ilə bağlı Satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir. ________________
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 497 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
2 nömrəli əlavə Təklif sorğusunun NÜMUNƏVİ FORMASI KİMƏ: (təchizatçının adını daxil edin) ÜNVAN: (təchizatçının ünvanını daxil edin) ÇƏRÇİVƏ SAZİŞİNİN PREDMETİ: (predmeti daxil edin) ÇƏRÇİVƏ SAZİŞİNİN NÖMRƏSİ VƏ TARİXİ: (nömrəsini və tarixini daxil edin) Hörmətli (təchizatçının nümayəndəsinin adını daxil edin)
1. Təklif sorğusu sənədi Yuxarıda qeyd edilən çərçivə sazişinə istinadən sizi ikinci mərhələ satınalma üzrə təklif sorğusu sənədinə əlavə edilən Xidmətlərə dair tələblər sənədində göstərilən şərtlərdə ən aşağı təklifinizi təqdim etməyə dəvət edirik.
2. Qiymət (a) təklifiniz bu sənədə əlavə edilən "Təchizatçı" təklif forması əsasında təqdim edilməlidir; (b) xidmətlər üçün qiymət təklifiniz çərçivə sazişi ilə müəyyən edilən müvafiq xidmətlər üzrə vahid qiymətlərdən yüksək olmamalıdır; (c) qiymət təklifiniz çərçivə sazişi ilə müəyyən edilmiş valyutada olmalıdır; (d) təklif (müddəti daxil edin, ən az 30 iş günü) qədər qüvvədə olmalıdır; (e) təklif ilə birlikdə (ehtimal olunan qiymətin 1-3 faizini daxil edin) məbləğdə və (tarixi daxil edin, təklifin qüvvədə olma müddətindən azı 30 (otuz) iş günü çox) tarixinədək qüvvədə olan təklifin təminatı təqdim edilməlidir.
3. İzahat Təklif sorğusu sənədinə dair (tarixi daxil edin) tarixinədək dövlət satınalmalarının vahid internet portalı (bundan sonra — Portal) vasitəsilə satınalma komissiyasına sorğu verə bilərsiniz. Satınalma komissiyası sorğunu aldıqdan sonra 2 (iki) iş günü müddətində sorğuya cavab verir. Sorğu və ona verilən cavab sorğu verənin məxfililiyi təmin edilməklə həmin gün Portalda yerləşdirilir.
4. Qiymət təkliflərinin təqdim edilməsi Qiymət təklifləri "Təklif sorğusu" sənədinə əlavə edilmiş formada (tarixi və vaxtı daxil edin) müddətinədək Portal vasitəsilə təqdim edilməlidir. Əgər qiymət təklifi təqdim etməyəcəksinizsə, bu barədə bizə 5 (beş) iş günü ərzində məlumat verin.
5. Qiymət təkliflərinin açılması Qiymət təklifləri aşağıda qeyd olunan tarixdə və vaxtda Portal vasitəsilə açılır. (tarixi və vaxtı daxil edin) Təkliflər açılarkən hər bir Təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), ünvanı, VÖEN-i, təklifinin qiyməti və təklifin təminatının məbləği (tətbiq olunduğu halda) və qüvvədə olma müddəti Portalda dərc olunur.
6. Qiymət təkliflərinin qiymətləndirilməsi Qiymət təklifləri çərçivə sazişinin ikinci mərhələsi üzrə prosedurlar müəyyən edilən meyarlar və prosedurlar əsasında maddələr üzrə qiymətləndiriləcəkdir.
7. Müqavilə Çərçivə sazişinin ikinci mərhələsi üzrə "Təklif sorğusu" sənədinə əlavə edilən sadə satınalma müqaviləsi layihəsi tətbiq ediləcəkdir. Qalib olacağınız təqdirdə çərçivə sazişinin ikinci mərhələsi üzrə "Prosedurlar" sənədi ilə müəyyən edilən qaydada sadə satınalma müqaviləsini imzalamağınız tələb olunacaqdır. Qoşmalar: Əlavə 1: Xidmətlərə dair tələblər Əlavə 2: Təchizatçının qiymət təklifi forması Əlavə 3: Sadə satınalma müqaviləsi Adı və soyadı: _______________________ Vəzifə: _______________________ İmza və möhür: _______________________
_________________
"Təklif sorğusunun Nümunəvi Forması"na 2 nömrəli əlavə Təchizatçının qiymət təklifi forması KİMDƏN: (təchizatçının adını daxil edin) ÜNVAN: (təchizatçının ünvanını daxil edin) KİMƏ: (satınalan təşkilatın adını daxil edin) ÜNVAN: (satınalan təşkilatın ünvanını daxil edin) ÇƏRÇİVƏ SAZİŞİNİN ADI: (adını daxil edin) ÇƏRÇİVƏ SAZİŞİNİN NÖMRƏSİ VƏ TARİXİ: (nömrəsini və tarixini daxil edin) Hörmətli (satınalan təşkilatın nümayəndəsinin adını daxil edin) QİYMƏT TƏKLİFİNİN TƏQDİM EDİLMƏSİ
1. Uyğunluq və qeyd-şərtin olmaması Yuxarıda qeyd edilən "Təklif sorğusu" sənədinə cavab olaraq bu qiymət təklifinə əsasən Təklif sorğusu sənədinə, o cümlədən icra qrafikinə, Xidmətlərə dair tələblərə uyğun olaraq xidmətlər göstərməyi təklif edirik. Təsdiq edirik ki, "Təkliflər sorğusu" sənədi və onu təşkil edən sənədlər, o cümlədən sadə satınalma müqaviləsi ilə tanış olduq, burada qeyd olunan xidmətin göstərilməsi haqqında tam məlumata malikik və bu sənədlərə heç bir qeyd-şərtimiz yoxdur.
2. Münasiblik və maraqların toqquşması Biz təsdiq edirik ki, uyğunluq göstəricilərinə cavab verməyə davam edirik, təchizatçıların münasiblik tələblərini qarşılayırıq və maraqların toqquşması halları yoxdur. Sadə satınalma müqaviləsi bağlayacağımız halda xidmətləri Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici təchizatçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycan Respublikasının diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici təchizatçılardan əldə etməyəcəyik. Eyni zamanda bildiririk ki, biz, müqavilənin hər hansı hissəsinin icrasına cəlb ediləcək subpodratçılarımız, məsləhətçilərimiz, malgöndərənlərimiz, istehsalçılarımız və ya digər xidmət göstərənlərimiz, o cümlədən bizi idarə edən hüquqi və ya fərdi şəxslər ilə birlikdə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi çərçivəsində etibarsız təchizatçılar reyestrinə daxil edilməmişik.
3. Qiymət təklifinin məbləği Tələb olunan xidmətləri bütün vergi və rüsumlar daxil olmaqla (məbləği rəqəmlə, sözlə və valyuta ilə daxil edin), məbləğdə yerinə yetirməyi təklif edirik.
4. Qiymət təklifinin qüvvədə olma müddəti Qiymət təklifimiz (tarixi daxil edin) tarixinədək qüvvədədir, bizim üçün məcburi xarakter daşıyır və bu müddətin bitməsindən əvvəl istənilən vaxt qəbul edilə bilər.
5. İcra təminatı Bizimlə sadə satınalma müqaviləsi bağlanılacağı təqdirdə "Təklif sorğusu" sənədində qeyd edilən şərtlərdə icra təminatını təqdim edəcəyimizi öhdəmizə götürürük.
6. Qəbul etmək məcburiyyətinin olmaması Başa düşürük ki, siz ən aşağı qiyməti olan, ən səmərəli və ya digər istənilən təklifi qəbul etmək məcburiyyətində deyilsiniz, təchizatçılar qarşısında hər hansı məsuliyyət daşımadan sadə satınalma müqaviləsi bağlayanadək təklif sorğusu prosesini ləğv edə bilərsiniz.
7. Saxtakarlıq və korrupsiya Bizim üçün və ya bizim adımızdan hərəkət edənlərin hər hansı bir formada saxtakarlıq və korrupsiya əməlləri törətməməsi üçün müvafiq tədbirləri görmüşük. Təchizatçının adı: (təchizatçının və ya birgə müəssisənin hüquqi adını daxil edin) Qiymət təklifini təchizatçı adından imzalamaq səlahiyyəti olan şəxsin adı və soyadı: (ad və soyadı daxil edin) Qiymət təklifini imzalayan şəxsin vəzifəsi: (tam vəzifəni qeyd edin)
Əlavə 1 - Qiymət təklifinin məbləği Sıra №-si Xidmətin təsviri Həcmi Ölçü vahidi Vahidinin qiyməti və valyutası Cəmi qiymət Yekun cəm:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 497 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
3 nömrəli əlavə Sadə satınalma müqaviləsinin NÜMUNƏVİ FORMASI Çərçivə sazişinin adı: (çərçivə sazişinin adını daxil edin) Çərçivə sazişinin nömrəsi: (çərçivə sazişinin nömrəsini daxil edin) Çərçivə sazişinin imzalanma tarixi: (tarixi daxil edin) Sadə satınalma müqaviləsinin şərtlərinə əsasən Təchizatçı [satınalma predmetini daxil edin] xidmətlərini vergilər daxil (məbləği rəqəmlə, sözlə və valyutanı qeyd etməklə daxil edin) məbləğinə və (müddəti ay və ya gün olaraq daxil edin) müddətində göstərməyi, Satınalan təşkilat isə sadə satınalma müqaviləsinin nəticələrini (xidmətləri) təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə Təchizatçıya ödəməyi öhdəsinə götürür. Aşağıdakı sənədlər sadə satınalma müqaviləsinin bir hissəsini təşkil edir, onlarla bir oxunaraq izah edilir. Bu sadə satınalma müqaviləsi digər müqavilə sənədlərindən üstün hesab edilir. IBÖLMƏ: Sadə satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş II BÖLMƏ: Xidmətlərə dair tələblər III BÖLMƏ: Ödəniş şərtləri IV BÖLMƏ: Təchizatçının qiymət təklifi və əlavələri V BÖLMƏ: Sadə satınalma müqaviləsinin şərtləri VI BÖLMƏ: Çərçivə sazişi VII BÖLMƏ: Müqavilə formaları VIII BÖLMƏ: Digər sənədlər (əsas işçi heyəti, subpodratçılar və s.) Tərəflərin bank rekvizitləri: (satınalan təşkilatın adını daxil edin) (təchizatçının adını daxil edin) VÖEN:
Bank: Kodu: Bank VÖEN:
H/h:
M/h:
SWIFT:
(imza və möhür) (satınalan təşkilatın səlahiyyətli şəxsinin vəzifəsi, soyadı və adı) (imza və möhür) (təchizatçının səlahiyyətli şəxsinin vəzifəsi, soyadı və adı) SADƏ SATINALMA MÜQAVİLƏSİNİN ŞƏRTLƏRİ
1. Ümumi müddəa Sadə satınalma müqaviləsinin şərtləri (bundan sonra — Müqavilə) çərçivə sazişi əsasında Satınalan təşkilat və Təchizatçılara tətbiq olunur.
2. Xidmətlər Xidmətlər xidmətlərə dair tələblər və çərçivə sazişi ilə müəyyən edilən digər tələblərə uyğun olmalıdır.
3. Təchizatçıya ödənişlər
3.1. Müqavilə məbləği, o cümlədən Təchizatçı tərəfindən xidmətlərin göstərilməsi üçün yaranan xərclər dəyişməz birdəfəlik cəmdən (lump sum) ibarətdir.
3.2. Ödənişlər aşağıdakı cədvəl üzrə həyata keçirilir:
mobilizasiya, mal-materiallar və təchizatlar üçün avans: Müqavilə məbləğinin _____ faizi (müqavilə məbləğinin 30 faizindən (mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə 50 faizindən) çox olmayaraq); fəaliyyət göstəricilərinə uyğun olaraq xidmətlərin qənaətbəxş şəkildə göstərildiyini Satınalan təşkilat tərəfindən təsdiq olunmaq şərtilə aşağıdakı kimi müəyyən edilmiş mərhələlərə uyğun olaraq gedişat ödənişləri: o _______ (mərhələni və (və ya) faizini göstərin) ____________ o_______ (mərhələni və (və ya) faizini göstərin) __________ və o_______ (mərhələni və (və ya) faizini göstərin) ____________
3.3. Müqavilənin icrası ilə bağlı təsdiqedici sənədlər Təchizatçı tərəfindən təqdim olunduqdan sonra Satınalan təşkilat 15 (on beş) iş günü müddətində bu sənədləri təsdiq etməli və ya bundan əsaslandırılmış imtina etməlidir. Bu müddət ərzində sənədlər Satınalan təşkilat tərəfindən təsdiq edilmədikdə və ya həmin sənədlərin təsdiq edilməsindən əsaslandırılmış imtina olunmadıqda, təqdim olunan sənədlər Satınalan təşkilat tərəfindən təsdiq edilmiş hesab olunur.
3.4. Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Təchizatçının təqdim etdiyi sənədlər (elektron qaimə-fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) iş günündən gec olmayaraq aparılır.
4. İcra təminatı
4.1. Müqavilənin məbləği 30000 (otuz min) manatdan çox olduqda, Təchizatçı Müqaviləni imzaladıqdan sonra 5 (beş) iş günü ərzində Satınalan təşkilata müqavilə məbləğinin 10 faizi (mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə 5 faizi) həcmində və Müqavilənin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) 30 (otuz) iş günündən çox qüvvədə olan icra təminatını təqdim edir.
4.2. İcra təminatı Müqavilənin əlavəsi ilə müəyyən edilən və Satınalan təşkilat üçün məqbul ona bənzər başqa formada (məzmunda) qarantiya, sığorta təminatı, akkreditiv, depozitlər və digər maliyyə aktivləri şəklində verilir.
4.3. İcra təminatından əldə edilən gəlirlər Təchizatçının Müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan hər hansı itki üçün kompensasiya kimi Satınalan təşkilata ödənilir.
4.4. İcra təminatı Azərbaycan Respublikasının pul vahidi olan manatla və ya Satınalan təşkilat üçün məqbul olan sərbəst dönərli xarici valyuta ilə ifadə edilir.
4.5. İcra təminatı Təchizatçının Müqavilə üzrə icra öhdəliklərini, o cümlədən hər hansı zəmanət öhdəliklərini yerinə yetirdiyi tarixdən sonra 30 (otuz) iş günündən gec olmayaraq, Satınalan təşkilat tərəfindən Təchizatçıya qaytarılır.
5. Müqavilənin icrası
5.1. Müqavilənin 4.1-ci bəndinin tələbləri nəzərə alınmaqla, Müqavilədə başqa hal nəzərdə tutulmadığı təqdirdə Satınalan təşkilat tərəfindən imzalandığı gün qüvvəyə minir. Müqavilənin icrasına başlanılması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) razılıq (müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazələr istisna olmaqla) alınması tələb olunduğu təqdirdə, Satınalan təşkilat belə icazələrin Müqavilə imzalanana qədər əldə olunmasını təmin edir. Satınalan təşkilat Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, müqavilə imzalandıqdan sonra 5 (beş) iş günü müddətində Təchizatçıya Müqavilənin icrasına başlama tarixi, habelə tələb olunduğu halda əldə edilmiş razılıqlar barədə bildiriş göndərir.
5.2. Müqavilə razılaşmasına əsasən göstərilən xidmətlər bu Müqavilənin 10.1-ci bəndinin tələbləri nəzərə alınmaqla qrafikə uyğun olmalıdır.
6. Vergi və rüsumlar
6.1. Tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olaraq bütün vergilərin, rüsumların, lisenziya haqlarının və digər ödənişlərin aparılmasına görə məsuliyyət daşıyırlar.
6.2. Satınalan təşkilatın ölkəsində Təchizatçı üçün hər hansı vergi güzəştləri, azalmalar, müavinətlər və ya imtiyazlar mövcud olduqda, Satınalan təşkilat Təchizatçının öz ölkəsində bu cür vergi qənaətindən maksimum icazə verilən həddə faydalanmasına imkan yaratmaq üçün Təchizatçının Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olan tələblərini yerinə yetirir.
7. Sığorta
7.1. Təchizatçı aşağıdakı şərtlərdə sığortaların alınması üçün məsuliyyət daşıyır və müvafiq sığorta müqavilələrini (onların surətlərini) Satınalan təşkilata təqdim etməlidir: (sığorta şərtlərini daxil edin)
7.2. Təchizatçı tələb olunan sığorta müqavilələrinin hər hansı birini təqdim etmədikdə, Satınalan təşkilat həmin sığortaları aparır və onların məbləğini Təchizatçıya müqavilə üzrə nəzərdə tutulmuş ödənişdən çıxır.
7.3. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət bu Müqavilənin icra müddətini bütövlüklə əhatə etməlidir. Müqavilənin icra müddətində sığorta müqaviləsi ləğv edilərsə (dəyişilərsə), Təchizatçı 3 (üç) iş günü müddətində Satınalan təşkilata bu barədə yazılı məlumat verməlidir.
7.4. Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası üçüncü şəxs hesab olunan fiziki şəxslərin (o cümlədən Satınalan təşkilatın işçilərinin) səhhətinə (ölüm halları daxil olmaqla), habelə fiziki və hüquqi şəxslərin əmlakına vurulan zərərin ödənilməsini təmin etməlidir. Belə sığorta Müqavilənin icra müddətini tam əhatə etməlidir.
7.5. Təchizatçı submüqavilələrdə nəzərdə tutulan sığorta risklərinin sığortalanması üçün məsuliyyət daşıyır. 8. Cərimələr
8.1. Qarşısıalınmaz qüvvənin təsir göstərdiyi hallar istisna olmaqla, Təchizatçı xidmətləri Müqavilə ilə müəyyən edilmiş müddətdə göstərməzsə, Satınalan təşkilat Müqavilə üzrə özünün bütün digər müdafiə vasitələrinə xələl gətirmədən maddi zərər kimi Müqavilə məbləğindən göstərilməmiş xidmətlərin qiymətinin (faizi daxil edin) faizi qədər faktiki çatdırılma və ya icra tarixinədək hər gün (maksimum faiz həddini daxil edin) faizə (10 faizi keçməmək şərtilə) qədər çıxa bilər. Maksimum həddə çatdıqdan sonra Satınalan təşkilat çərçivə sazişinin ləğv edilmə şərtlərinə uyğun olaraq müqaviləni ləğv edə bilər.
8.2. Çərçivə sazişində güzəştli düzəlişin tətbiqi üçün nəzərdə tutulan çıxarış təqdim edilməyən hər bir işçinin əməkhaqqı fondu məbləğinin 20 faiz həcmində Təchizatçıya cərimə tətbiq olunur.
8.3. Satınalan təşkilat müqavilə ilə müəyyən olunmuş müddət ərzində və qaydada ödəmələri aparmasa, Təchizatçı ödənilməsi gecikdirilmiş məbləğlərə görə (ödənişin gecikməsinə görə dəbbə pulu faizi daxil edin) məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər.
9. Müqavilədə dəyişiklik
9.1. Yazılı olmayan, tarixi göstərilməyən, Müqaviləyə açıq şəkildə istinad edilməyən və hər bir tərəfin müvafiq səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmayan Müqavilədə edilmiş hər hansı dəyişiklik etibarlı hesab olunmur.
9.2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, göstərilmiş xidmətlərə görə Təchizatçının öz təklifində qeyd etdiyi ödəniləcək məbləğin dəyişdirilməsinə yol verilmir.
10. İcra müddətinin uzadılması
10.1. Əgər Müqavilənin icrasında hər hansı bir zamanda Təchizatçı və ya onun subpodratçıları xidmətlərin yerinə yetirilməsinə mane olan hallarla qarşılaşdıqda, Təchizatçı gecikmə, onun mümkün müddəti və səbəbi barədə dərhal Satınalan təşkilata yazılı məlumat verməlidir. Təchizatçının bildirişini aldıqdan sonra mümkün qədər tez bir zamanda Satınalan təşkilat vəziyyəti qiymətləndirib Müqavilənin icra müddətini uzada bilər, bu halda uzadılma Müqavilədə düzəlişlər edilməklə qarşılıqlı təsdiqlənməlidir.
10.2. Sazişin 14-cü hissəsində nəzərdə tutulmuş qarşısıalınmaz qüvvənin təsiri halları istisna olmaqla, Təchizatçı tərəfindən tamamlanma öhdəliklərinin yerinə yetirilməsinin gecikdirilməsi, bu Müqavilənin 10.1-ci bəndinə uyğun olaraq müddətin uzadılması barədə razılığa gəlmədiyi təqdirdə, Təchizatçı maddi zərərin ödənilməsinə görə məsuliyyətə cəlb edilir.
11. Mübahisəli məsələlərin həlli
11.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar və qarşılıqlı razılaşma ilə həll etməlidirlər.
11.2. Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 (otuz) gün müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinə əsasən həll edilməlidir.
11.3. Tərəflər başqa cür razılığa gəlmədikdə, Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməyə davam etməli və Satınalan təşkilat Təchizatçıya ödənilməli olan hər hansı məbləği ödəməlidir.
11.4. Müqavilənin hər hansı müddəasının və ya şərtinin qadağan olunması və ya etibarsız (icraedilməz) hesab edilməsi,
Müqavilənin hər hansı digər müddəa və şərtlərinin etibarlılığına və ya icrasına təsir göstərmir.
"Sadə satınalma müqaviləsinin Nümunəvi Forması"na 1 nömrəli əlavə Sadə satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş KİMƏ: (təchizatçının adını daxil edin ÜNVAN: (təchizatçının ünvanını daxil edin) (Təklif sorğusu keçirildikdə) Bununla bildiririk ki, (çərçivə sazişinin nömrəsini daxil edin) nömrəli və (çərçivə sazişinin tarixini daxil edin) tarixli çərçivə sazişinə əsasən (satınalma predmetini daxil edin) xidmətlərin satın alınması üçün keçirilən təklif sorğusunda sizin təqdim etdiyiniz (məbləği rəqəmlə və sözlə daxil edin) məbləğindəki (tarixi gün, ay və il olaraq daxil edin) tarixli təklifiniz (satınalan təşkilatın adını daxil edin) tərəfindən qəbul olunur. (Təklif sorğusu keçirilmədikdə) Bununla bildiririk ki, (çərçivə sazişinin nömrəsini daxil edin) nömrəli və (çərçivə sazişinin tarixini daxil edin) tarixli çərçivə sazişinə əsasən (satınalma predmetini daxil edin) xidmətlərin satın alınması (məbləği rəqəmlə, sözlə və valyuta ilə daxil edin) məbləğində (satınalan təşkilatın adını daxil edin) ilə sadə satınalma müqaviləsi bağlanılacaqdır. Sizdən (tarixi gün, ay və il olaraq daxil edin) tarixinədək icra təminatının təqdim edilməsi (tətbiq edildiyi halda) və sadə satınalma müqaviləsinin imzalanıb qaytarılması tələb olunur. Qoşma: Sadə satınalma müqaviləsi Adı və soyadı: ________________________ Vəzifə: _____________________________ İmza və möhür: _______________________
"Sadə satınalma müqaviləsinin Nümunəvi Forması"na 2 nömrəli əlavə İcra təminatı Tarix: (təminatın tarixini daxil edin) Nömrə: (təminatın nömrəsini daxil edin) Nəzərə alaraq ki, (satınalma predmetini daxil edin) xidmətlərin satın alınması üzrə bundan sonra "Benefisiar" adlanacaq hüquqi ünvanı (satınalan təşkilatın ünvanı daxil edin) olan (satınalan təşkilatın adını daxil edin) (VÖEN: (satınalan təşkilatın VÖEN-ini daxil edin) və bundan sonra "Prinsipal" adlanacaq hüquqi ünvanı (təchizatçının ünvanını daxil edin) olan (təchizatçının adını daxil edin (VÖEN: (təchizatçının VÖEN-ini daxil edin) arasında imzalanmış (müqavilənin tarixini daxil edin) tarixli (müqavilənin nömrəsini daxil edin) nömrəli müqavilənin (bundan sonra "Müqavilə" adlanacaq) tələblərinə əsasən Prinsipal Benefisiara İcra təminatı (bundan sonra "Təminat" adlandırılacaq) təqdim etməlidir. Bununla sizə bildiririk ki, bundan sonra "Qarant" adlanacaq hüquqi ünvanı (qarantın ünvanını daxil edin) olan (qarantın adını daxil edin) (VÖEN: (qarantın VÖEN-ini daxil edin) Prinsipal tərəfindən Müqavilədə nəzərdə tutulmuş müddət ərzində icra edilməli olan öhdəliklərin tam və ya qismən pozulmasına dair Qarantın göstərilən ünvanına təqdim etdiyi Benefisiarın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş ilk yazılı tələbi əsasında cəmi (məbləği rəqəmlə və sözlə daxil edin) məbləğindən artıq olmayan hər hansı məbləği əsaslandırma, sübut və ya səbəblərini göstərməyi tələb etmədən tələbin alındığı tarixdən etibarən 5 (beş) iş günü müddətində Benefisiarın müqavilədə qeyd edilən bank hesabına geri qaytarılmayacaq şəkildə ödəyəcəyimizə öhdəlik götürürük. Qarant bu öhdəlikləri özünün, varislərinin və müvəkkillərinin adından icra etməyi öhdəsinə götürür. Bu Təminat verildiyi tarixdən qüvvəyə minərək (tarixi gün ay və il olaraq daxil edin) il tarixinədək qüvvədə qalır. Təminat çərçivəsindəki hər hansı tələb Qaranta qeyd olunan tarixdə və ya ondan əvvəl təqdim edilməlidir. Qeyd olunan tarix qeyri-iş gününə düşdükdə, bu Təminat ilə əlaqədar hər hansı tələb Qaranta həmin tarixdən sonra növbəti iş gününədək təqdim olunmalıdır. Prinsipalın Müqavilə üzrə öhdəliklərini tam icra etməsi barədə
Benefisiarın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş bildirişi Qaranta təqdim edildikdə və ya qeyd olunan qüvvədəolma tarixi bitdikdə Təminat məktubunun əslinin Qaranta qaytarılıb-qaytarılmamasından asılı olmayaraq Təminat qüvvədən düşmüş hesab olunur. Bu Təminat Azərbaycan Respublikasında qüvvədə olan müvafiq qanunvericiliklə tənzimlənir. Qarantın adından və tapşırığı ilə ___________ imza
"Sadə satınalma müqaviləsinin Nümunəvi Forması"na 3 nömrəli əlavə Avans təminatı Tarix: (təminatın tarixini daxil edin) Nömrə: (təminatın nömrəsini daxil edin) Nəzərə alaraq ki, (satınalma predmetini daxil edin) xidmətlərin satın alınması üzrə bundan sonra "Benefisar" adlanacaq, hüquqi ünvanı (satınalan təşkilatın ünvanı daxil edin) olan (satınalan təşkilatın adını daxil edin) (VÖEN: (satınalan təşkilatın VÖEN-ini daxil edin) və bundan sonra "Prinsipal" adlanacaq hüquqi ünvanı (təchizatçının ünvanını daxil edin) olan (təchizatçının adını daxil edin (VÖEN: (təchizatçının VÖEN-ini daxil edin) arasında imzalanmış (müqavilənin tarixini daxil edin) tarixli (müqavilənin nömrəsini daxil edin) nömrəli müqavilənin (bundan sonra "Müqavilə" adlanacaq) tələblərinə əsasən Prinsipal Benefisiara Avans təminatı (bundan sonra "Təminat" adlandırılacaq) təqdim etməlidir. Bununla sizə bildiririk ki, bundan sonra "Qarant" adlanacaq hüquqi ünvanı (qarantın ünvanını daxil edin) olan (qarantın adını daxil edin) (VÖEN: (qarantın VÖEN-ini daxil edin) Prinsipalın avans ödənişinin Müqavilə şərtləri çərçivəsində geri qaytarmamasına dair müvafiq avans ödənişinin icra edilməsi barədə Benefisarın bankından çıxarışı əlavə etməklə Qarantın göstərilən ünvanına təqdim etdiyi Benefisiarın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş ilk yazılı tələbi əsasında cəmi (məbləği rəqəmlə və sözlə daxil edin) məbləğindən artıq olmayan hər hansı məbləği əsaslandırma, sübut və ya səbəblərini göstərməyi tələb etmədən tələbin alındığı tarixdən etibarən 5 (beş) iş günü ərzində Benefisiarın müqavilədə qeyd edilən bank hesabına geri qaytarılmayacaq şəkildə ödəyəcəyimizə öhdəlik götürürük. Bu Təminat üzrə müəyyənləşdirilmiş məbləğ Benefisiarın yazılı müraciəti əsasında Müqaviləyə dair yerinə yetirilmiş işlər haqqında aktların Benefisiar və Prinsipal tərəfindən təsdiqləmiş nüsxələri əlavə edilməklə geri qaytarılan məbləğ həcmində azaldıla bilər. Qarant bu öhdəlikləri özünün, varislərinin və müvəkkillərinin adından icra etməyi öhdəsinə götürür. Bu Təminat verildiyi tarixdən qüvvəyə minərək (tarixi gün ay və il olaraq daxil edin) il tarixinədək qüvvədə qalır. Təminat çərçivəsindəki hər hansı tələb Qaranta qeyd olunan tarixdə və ya ondan əvvəl təqdim edilməlidir. Qeyd olunan tarix qeyri-iş gününə düşdükdə, bu Təminat ilə əlaqədar hər hansı tələb Qaranta həmin tarixdən sonra növbəti iş gününədək təqdim olunmalıdır. Prinsipalın avans ödənişinin tam geri qaytarılması barədə Benefisiarın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş bildirişi Qaranta təqdim edildikdə və (ya) qeyd olunan qüvvədə olma tarixi bitdikdə Təminat məktubunun əslinin Qaranta qaytarılıb-qaytarılmamasından asılı olmayaraq Təminat qüvvədən düşmüş hesab olunur. Bu Təminat Azərbaycan Respublikasında qüvvədə olan müvafiq qanunvericiliklə tənzimlənir. Qarantın adından və tapşırığı ilə ______________imza