Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli İlham Heydər oğlu.
Şimali Osetiya-Alaniya Respublikasında Azərbaycanlılar Konqresinin üzvləri adından Sizi doğum gününüz münasibətilə təbrik edirik. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, tükənməz enerji, yeni-yeni nailiyyətlər, Vətənimiz Azərbaycanın rifahı naminə xeyirxah işlərinizdə uğurlar arzulayırıq.
Siz müdrik dövlət başçısı, daim qələbələrə doğru irəliləyən enerjili, məsuliyyətli, təcrübəli şəxsiyyət kimi böyük nüfuza maliksiniz. Siz Azərbaycan Respublikasını keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxarmısınız. Bütün zəruri dəyişiklikləri tam qətiyyətlə və iradə ilə yerinə yetirirsiniz. Çoxtərəfli fəaliyyətiniz sayəsində Vətənimiz Azərbaycan Respublikası qüdrətini artırıb, müstəqilliyini möhkəmləndirib. Konstruktiv siyasətiniz beynəlxalq aləmdə geniş şəkildə təqdir edilir.
Hörmətli İlham Heydər oğlu, biz Sizinlə fəxr edirik. Siz bütün dünya azərbaycanlılarının Prezidentisiniz.
Hörmətlə, Şahin Məmmədov Rusiyanın Şimali-Osetiya-Alaniya Respublikasında Azərbaycanlılar Konqresinin fəxri prezidenti, Murtuz Gülməmmədov Konqresin sədri