Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi doğum gününüz münasibətilə Cəmiyyətimizin üzvləri adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə "İlhamla irəli" devizi ilə "Dəmir yumruq" kimi möhkəm cansağlığı arzulayırıq. Bizə həsrətində olduğumuz Qələbə, tarixdə tayı-bərabəri olmayan Zəfər sevinci yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Biz həmişə Sizinləyik.
Yaşasın Ali Baş Komandan!
Hörmətlə, Frəngiz Bağırova Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin sədri