AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR Nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin, nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın və utilizasiyaya verilmə barədə təsdiqedici sənədin formalarının təsdiq edilməsi haqqında "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun tətbiqi və "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 iyul tarixli 2253 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin forması" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın forması" təsdiq edilsin (2 nömrəli əlavə).
3. "Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənədin forması" təsdiq edilsin (3 nömrəli əlavə). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 25 dekabr 2023-cü il № 474
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 dekabr tarixli 474 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 1 nömrəli əlavə __________________________________ ərizənin ünvanlandığı utilizator (fərdi sahibkar olduqda soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda tam adı) Nəqliyyat vasitəsinin utilizasiyası üçün ƏRİZƏ
1. Nəqliyyat vasitəsini utilizasiyaya verən şəxs (ərizəçi) __________________________________________________________________ (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN kodu (fərdi sahibkar olduqda, həmçinin, VÖEN-i), hüquqi şəxs olduqda tam adı və VÖEN-i)
2. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu təsdiq edən sənəd __________________________________________________________________ (sənədin adı, tarixi, seriya və nömrəsi, verilmə tarixi, etibarlılıq müddəti)
3. Utilizasiyaya verilən nəqliyyat vasitəsinin eyniləşdirmə məlumatları:
3.1. kateqoriyası ___________________________________________________
3.2. markası, modeli, yanacaq növü _____________________________________
3.3. VIN (ban) nömrəsi _______________________________________________
3.4. şassi (rama) nömrəsi _____________________________________________
3.5. mühərrik nömrəsi ________________________________________________
3.6. rəngi __________________________________________________________
3.7. digər __________________________________________________________
4. Aşağıdakı sənədlər ərizəyə əlavə edilir:
4.1. nəqliyyat vasitəsini utilizasiyaya mülkiyyətçi adından digər şəxs verdikdə, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu təsdiq edən etibarnamə;
4.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə aidiyyəti dövlət qeydiyyat orqanının yazılı məlumatı;
4.3. fiziki şəxsin şəxsiyyətini təsdiq edən, hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti. Qeydlər:
1. Ərizəçi hüquqi şəxs olduqda ərizə soyadı, adı və atasının adı, rəhbərin vəzifəsi göstərilməklə (və ya digər səlahiyyətli şəxsin) imzası və hüquqi şəxsin əsas möhürü ilə təsdiqlənməlidir.
2. Rəhbərin (və ya digər səlahiyyətli şəxsin) səlahiyyətini təsdiq edən sənəd ərizəyə əlavə edilməlidir. Ərizəçi _____________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının adı) Tarix "_____" __________ 20___ İmza ______________________ M. Y.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 dekabr tarixli 474 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 2 nömrəli əlavə Forma № NVTA-1 _________________________________________________________________ (ciddi hesabat blankının sifarişçisi hüquqi şəxs olduqda onun adı və VÖEN-i, fiziki şəxs olduqda soyadı, adı, atasının adı və VÖEN-i) Nəqliyyat vasitəsinin təhvil alınması barədə AKT Seriya __________ nömrə ____________ Tarix "___" ________ 20___ Saat ____:____
1. Nəqliyyat vasitəsini utilizasiyaya verən şəxs (ərizəçi) __________________________________________________________________ (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN kodu (fərdi sahibkar olduqda, həmçinin, VÖEN-i), hüquqi şəxs olduqda tam adı və VÖEN-i)
2. Nəqliyyat vasitəsini təhvil alan utilizator __________________________________________________________________ (fərdi sahibkar olduqda soyadı, adı, atasının adı və VÖEN-i, hüquqi şəxs olduqda tam adı və VÖEN-i)
3. Təhvil alınan nəqliyyat vasitəsinin eyniləşdirmə məlumatları:
3.1. kateqoriyası ____________________________________________________
3.2. markası, modeli, yanacaq növü _____________________________________
3.3. VİN (ban) nömrəsi __________________________________________________
3.4. şassi (rama) nömrəsi _______________________________________________
3.5. mühərrik nömrəsi __________________________________________________
3.6. rəngi ___________________________________________________________
3.7. digər ____________________________________________________________
4. Təhvil alınmış nəqliyyat vasitəsinə baxış zamanı aşkarlanmış hallar:
ümumi texniki vəziyyəti və komplektliyi haqqında məlumat __________________________________________________________________ _________________________________________________________________
5. Komponentlər (komponent mövcud olduqda "", mövcud olmadıqda "x" işarəsi qoyulur): mühərrik sürətlər qutusu katalizator alətlər paneli yanacaq çəni bütün oturacaqlar akkumulyator bütün təkərlər ___________________________________________________________ (ciddi hesabat blankını çap edən şəxsin adı, VÖEN-i ) (arxa tərəfi)
6. Güzəştin məbləği ______________________________________________________manat. (rəqəmlə və yazı ilə)
7. Güzəşt məbləğinin həcmi aşağıdakı kimi tətbiq olunacaqdır:
7.1. yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsi satın alınan zaman - 100% məbləğində olmaqla _____________________________________________________ manat; (rəqəmlə və yazı ilə)
7.2. birdəfəlik ödəniş kimi alınan zaman - 70% məbləğində olmaqla _____________________________________________________ manat. (rəqəmlə və yazı ilə) Təhvil verildikdən sonra nəqliyyat vasitəsinin geri tələb edilməsinin mümkün olmayacağı barədə məlumat verilmişdir. Qeydlər:
1. Utilizasiyaya verilmiş nəqliyyat vasitəsinin təhvil alınması barədə akt 3 (üç) nüsxədə tərtib edilir.
2. Nəqliyyat vasitəsinin fotoşəkilləri sayı 5-dən az olmamaqla (ön, arxa, hər iki yan və içəridən) akta əlavə edilir. Təhvil verən (rəhbər və ya səlahiyyətli şəxs) _________________________________________ _____________ (vəzifəsi, soyadı, adı, atasının adı) (imza) M. Y.
Utilizator (rəhbər və ya səlahiyyətli şəxs) _________________________________________ _____________ (vəzifəsi, soyadı, adı, atasının adı) (imza) M. Y.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 dekabr tarixli 474 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 3 nömrəli əlavə Forma № TS-1 ________________________________________________________________ (ciddi hesabat blankının sifarişçisi hüquqi şəxs olduqda onun adı və VÖEN-i, fiziki şəxs olduqda soyadı, adı, atasının adı və VÖEN-i) Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə TƏSDİQEDİCİ SƏNƏD Seriya __________ nömrə ____________ "___" _________ 20___
1. Təsdiqedici sənədi verən şəxs (utilizator) _____________________________________________________________ (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs olduqda soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, FİN kodu və VÖEN-i, hüquqi şəxs olduqda tam adı və VÖEN-i)
2. Təhvil alınmış nəqliyyat vasitəsinin:
2.1. kateqoriyası __________________________________________________
2.2. VIN (ban) nömrəsi ______________________________________________
2.3. markası, modeli, yanacaq növü ____________________________________
2.4. şassi (rama) nömrəsi ____________________________________________
2.5. mühərrik nömrəsi _______________________________________________ Bu sənəd təsdiq edir ki, yuxarıdakı eyniləşdirmə elementləri göstərilən nəqliyyat vasitəsi utilizasiya edilməsi üçün təhvil alınmışdır. 3. Güzəştin məbləği ___________________________________________ manat. (rəqəmlə və yazı ilə) 4. Bu sənəd əsasında güzəşt məbləğinin həcmi aşağıdakı kimi tətbiq olunur:
4.1. yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsi satın alınan zaman - 100% məbləğində olmaqla ___________________________________________________________ manat; (rəqəmlə və yazı ilə)
4.2. birdəfəlik ödəniş kimi alınan zaman - 70% məbləğində olmaqla ___________________________________________________________ manat. (rəqəmlə və yazı ilə)
5. Bu sənəd 3 (üç) nüsxədə tərtib edilir, verildiyi tarixdən 3 (üç) il müddətinə qüvvədədir və yalnız bir dəfə istifadə oluna bilər. Qeyd. Utilizator hüquqi şəxs olduqda təsdiqedici sənəd vəzifəsi, soyadı, adı, atasının adı və rəhbərin vəzifəsi göstərilməklə (və ya digər səlahiyyətli şəxsin) imzası və hüquqi şəxsin əsas möhürü ilə təsdiqlənməlidir.
____________________ Rəhbər (səlahiyyətli şəxs) ________________________ ___________ (vəzifəsi, soyadı, adı, atasının adı) (imza) M. Y.
__________________________________________________________ (ciddi hesabat blankını çap edən şəxsin adı, VÖEN-i)