Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. Büdcənin ümumi göstəriciləri Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsinin gəlirləri 6 919 860 000,0 manat, xərcləri 6 919 860 000,0 manat məbləğində təsdiq edilir. Maddə 2. Gəlirlər Müəyyən edilsin ki, 2024-cü ildə dövlət sosial müdafiə fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır: Sıra №-si Gəlirlərin mənbələri Məbləğ (manatla)
2.1. Məcburi dövlət sosial sığorta haqları, cəmi o cümlədən: 5 288 135 400,0 2.1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə 1 672 911 200,0 2.1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 228 124 200,0 2.1.3. qeyri-büdcə sektoru üzrə o cümlədən: 3 387 100 000,0 2.1.3.1. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 65 000 000,0
2.2. Sair gəlirlər, cəmi o cümlədən: 12 700 000,0 2.2.1. sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar 2 400 000,0 2.3. Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 392 000 000,0 2.4. Əvvəlki illərdə dövlət sosial müdafiə fondunun istifadə olunmamış vəsaitindən cari ilin xərclərinə yönəldilən məbləğ 227 024 600,0 Maddə 3. Xərclər Müəyyən edilsin ki, dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir: Sıra №-si Xərclərin istiqamətləri Məbləğ (manatla)
3.1. Əhaliyə ödənişlər üzrə xərclər 6 681 580 000,0 3.1.1. əmək pensiyalarının ödənilməsi xərcləri 6 500 000 000,0
3.1.2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri o cümlədən: 181 580 000,0 3.1.2.1. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 43 700 000,0 3.1.2.2. hamiləliyə və doğuma görə 57 000 000,0 3.1.2.3. uşağın anadan olmasına görə 34 500 000,0 3.1.2.4. 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 9 200 000,0 3.1.2.5. dəfn üçün 37 180 000,0
3.2. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər 24 500 000,0 3.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri 78 500 000,0 3.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin saxlanılması xərcləri 130 110 000,0
3.5. Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri 70 000,0 3.5.1. Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri 40 000,0 3.5.2. Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri 30 000,0
3.6. Sair xərclər 5 100 000,0
Maddə 4. Qalıqlardan istifadə Dövlət sosial müdafiə fondunun (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında qalan sərbəst vəsait "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldilir. Maddə 5. Büdcə təşkilatları üzrə sosial sığorta haqları üzrə daxilolmaların tənzimlənməsi Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər dövlət sosial müdafiə fonduna tam məbləğdə daxil olmadıqda, dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər azaldılır. Maddə 6. Bu Qanunun qüvvəyə minməsi Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 dekabr 2023-cü il