Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. Büdcənin ümumi göstəriciləri İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri 238 000 000,0 manat, xərcləri 238 000 000,0 manat məbləğində təsdiq edilir. Maddə 2. Gəlirlər Müəyyən edilsin ki, 2024-cü ildə işsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır: Sıra №-si Gəlirlərin mənbələri Məbləğ (manatla)
2.1. İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi o cümlədən: 179 976 800,0 2.1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə 22 688 400,0 2.1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 22 688 400,0 2.1.3. qeyri-büdcə sektoru üzrə 134 600 000,0
2.2. Sair gəlirlər 70 000,0
2.3. 2023-cü ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti 57 953 200,0 Maddə 3. Xərclər Müəyyən edilsin ki, işsizlikdən sığorta fondunun 2024-cü il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir: Sıra №-si Xərclərin istiqamətləri Məbləğ (manatla)
3.1. İşsizliyə görə sığorta ödənişləri 15 000 000,0
3.2. Peşə hazırlığı və əlavə təhsilin təşkili 35 000 000,0
3.3. Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi 1 500 000,0
3.4. Əmək yarmarkalarının, əmək birjalarının təşkili 500 000,0
3.5. Haqqı ödənilən ictimai işlərin təşkili 5 000 000,0
3.6. Özünüməşğulluq tədbirlərinin təşkili 73 000 000,0
3.7. Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi 4 000 000,0
3.8. Peşə standartlarının hazırlanması 1 000 000,0
3.9. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və 55 000 000,0
nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri 3.10. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri 45 000 000,0 3.11. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması 1 000 000,0
3.12. Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi 1 000 000,0
3.13. Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv tədbirlər 1 000 000,0 Maddə 4. Qalıqlardan istifadə İşsizlikdən sığorta fondunun (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında qalan sərbəst vəsait "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldilir. Maddə 5. Bu Qanunun qüvvəyə minməsi Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 dekabr 2023-cü il