2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Böyük Quruluş Partiyası Ali Məclisinin 2023-cü il 16 dekabr tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində aşağıdakı şəxslər Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Nazim Əlihüseyn oğlu İsmayılov;
Zilfiqar Davıd oğlu İbrahimov;
Ağababa Həzi oğlu Əlizadə;
Leyla İbrahim qızı Musayeva;
Həsən İbrahim oğlu Həsənov;
Fəxrəddin Zülfəli oğlu Sadiqov;
Fariz Mehdi oğlu Quliyev;
Ağaəmi Balaəmi oğlu Soltanov;
Orucalı Şanavaz oğlu Nifdaliyev;
Səlahəddin İzzəddin oğlu Əyyubov;
Ramiz Şirindil oğlu Həsənov.
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
İlqar Qəzənfər oğlu Mustafayev;
Namiq Ziyadxan oğlu Göyüşov.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov