Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilsin:
"general-leytenant" ali hərbi rütbəsi general-mayor Etibar Rəsul oğlu İsmayılova "general-mayor" ali hərbi rütbəsi polkovnik Şahin Əyyub oğlu Mirzəyevə "daxili xidmət general-mayoru" ali xüsusi rütbəsi daxili xidmət polkovniki Aqşin Böyükağa oğlu Kazımova daxili xidmət polkovniki Asif Eltufat oğlu Məmmədliyə.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 dekabr 2023-cü il