1. Qısa xülasə Azərbaycan Respublikasında nəqliyyat və logistika sahələrinin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialından tam istifadənin təmin edilməsi ilə bağlı tədbirləri özündə ehtiva edən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi" və 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının 2022−2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilmişdir. Son dövrlər regionda baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi marşrutlarda yaranmış problemlər Azərbaycan Respublikasının ərazisindən keçən dəhlizlər üzrə tranzit yükdaşımaların həcmində kəskin artıma səbəb olmuşdur. Belə ki, 2021-ci illə müqayisədə 2022-ci ildə Azərbaycan Respublikasının ərazisindən keçən tranzit yükdaşımaların (dəmir yolu, dəniz və avtomobil) ümumi həcmi 75 faiz artaraq 10.7 milyon tona çatmışdır. Artan tələbatın qarşılanması, Azərbaycan Respublikasının tranzit potensialının daha da gücləndirilməsi, eləcə də Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün qısa və orta müddətli perspektivdə həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sənədin hazırlanmasına ehtiyac yaranmışdır. Bununla əlaqədar hazırlanmış "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı" (bundan sonra − Fəaliyyət Planı) nəqliyyat sahəsində, xüsusilə tranzit yükdaşımalarında qlobal trendləri nəzərə almaqla mövcud vəziyyətin təhlilini və Azərbaycan Respublikasının tranzit potensialının daha da artırılması üçün hədəf göstəriciləri, məqsədləri, prioritet istiqamətləri və tədbirlər planını özündə ehtiva edir.
2. Qlobal trendlər Beynəlxalq iqtisadi əməkdaşlığın və ticarətin əsas aparıcı elementlərindən biri olan nəqliyyat və logistika əməliyyatları xüsusilə son illərdə yeni istiqamətdə inkişaf edir. Qloballaşma və inteqrasiya proseslərinin sürətlənməsi, yüksək texnologiyaların geniş tətbiqi ilə xarakterizə olunan müasir beynəlxalq ticarət sistemləri bütövlükdə milli iqtisadiyyatın, eləcə də ayrı-ayrı sahələrin qarşısında müəyyən vəzifələr qoyur ki, bu vəzifələrin uğurlu icrasını inkişaf etmiş nəqliyyat şəbəkəsi olmadan təsəvvür etmək mümkün deyil. Dünyanın ən böyük məsləhətçi şirkətlərinin bu sahədə apardığı araşdırmaya görə, dünya ticarəti 2031-ci ilə qədər illik 2,3 faiz artımla böyüməyə davam edəcəkdir. Milli iqtisadiyyat dəyişən geosiyasi və iqtisadi dinamikaya, o cümlədən inflyasiyaya və yaxın müddətdə potensial tənəzzülə uyğunlaşdıqca, yeni qlobal reallıqlar yaradacaqdır. Belə ki, ABŞ və Çin arasında ticarətin 2031-ci ilə kimi 63 milyard ABŞ dolları azalacağına baxmayaraq, Avropa İttifaqı və Çin arasında ticarət həcmləri qlobal göstəricidən daha yavaş sürətlə olsa da artacaqdır. Bu tendensiyalar Cənub−Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN), Hindistan və Meksika ilə ticarətin böyüməsinə təkan verəcək. Ümumiyyətlə, hazırda ticarət qlobal ÜDM-in artım tempindən daha sürətlə inkişaf edir. Bu da beynəlxalq ticarətin gələcək inkişafına istiqamət vermək səlahiyyətinin dövlətlərdən tədricən istehsal prosesinin daha səmərəli təşkilində maraqlı olan transmilli şirkətlərə keçdiyini göstərir. Dövlətlər isə, öz növbəsində, milli maraqların müdafiəsi ilə yanaşı, xarici ticarət iştirakçılarının artan gözləntilərini və müasir çağırışlarını diqqət mərkəzində saxlayırlar. Beynəlxalq nəqliyyat sistemləri ticarətin ayrılmaz parçası olmaqla bu proseslərin təsiri ilə yeni keyfiyyət əldə edir. Son illərdə qlobal təchizat zəncirində fasiləsizliyin təmin edilməsi, ölkələr arasında ticarətin asanlaşdırılması, malların daşınması zamanı nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, risk qiymətləndirilməsi əsasında fiziki yoxlamaların minimuma endirilməsi, eləcə də aidiyyəti dövlət orqanları (qurumları) arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə əməliyyatların optimallaşdırılması tranzit potensialının inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Dinamik dəyişən dünyanın tələb və gözləntiləri ilə uzlaşmaq üçün bir sıra logistik trendləri, o cümlədən regional qovşaqlar, çevik təchizat zənciri, özəl sərmayələrin dövlət infrastrukturunda iştirakı, eləcə də şəffaf və izləniləbilən tranzit dövriyyəsinin yaradılması kimi trendləri diqqət mərkəzində saxlamaq zəruridir. Bu məqsədlə tranzit daşımaların müasir, avtomatlaşdırılmış və məlumat əsaslı prosesə transformasiyası üçün yüksək texnologiyalardan istifadənin geniş yayılacağı gözlənilir. Qlobal tədarük zəncirində Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və regional qovşağa çevrilməsi perspektivinin reallaşdırılması istiqamətində hədəflərə nail olmaq üçün güclü infrastrukturun yaradılması, innovativ logistik həlləri təmin edən zonaların inkişaf etdirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılması xüsusi önəm daşıyır. Bununla yanaşı, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üçün nəqliyyat infrastrukturlarının müasirləşdirilməsi, logistika mərkəzlərinin və azad iqtisadi zonaların yaradılması, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının beynəlxalq hüquqi tənzimləmə alətlərinə (konvensiyalara, çoxtərəfli beynəlxalq sazişlərə və s.) uyğunlaşdırılması, həmçinin nəqliyyatda təhlükəsizliyin gücləndirilməsi tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Qlobal trendlərin yaxından izlənilməsi və görülən tədbirlərin bu trendlərə uyğunlaşdırılması ilə Azərbaycan Respublikasının nəqliyyat sisteminin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinə nail olmaq, etibarlı, təhlükəsiz, səmərəli və regional sistemlərə inteqrasiya edilmiş tranzit nəqliyyat şəbəkəsi ilə həm Şərq-Qərb, həm də ŞimalCənub istiqamətində həyata keçirilən beynəlxalq yükdaşımaların aktiv iştirakçısına çevrilmək hədəfini reallaşdırmaq olar.
3. Mövcud vəziyyətin təhlili Azərbaycan Respublikasında nəqliyyat infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və tranzit potensialının daha da gücləndirilməsi məqsədilə iri infrastruktur layihələri reallaşdırılmış, Azərbaycan Respublikasının regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm işlər görülmüşdür. Bu sahədə düşünülmüş məqsədyönlü dövlət siyasətinin aparılması nəticəsində uğurlu layihələr, o cümlədən ŞərqQərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində vacib infrastruktur obyektləri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı−Tbilisi−Qars dəmir yolu xəttinin, Astara dəmiryol terminalının, Astaraçay üzərində dəmir yolu və avtomobil yolu körpülərinin, eləcə də Rusiya Federasiyası ilə dövlət sərhədində Samur çayı üzərində avtomobil yolu körpüsünün və beynəlxalq əhəmiyyətli avtomobil yollarının yenidən qurulması tədbirləri həyata keçirilmişdir. Bu addımlar isə, öz növbəsində, Azərbaycanın regionda etibarlı və təhlükəsiz tranzit ölkəsinə çevrilməsinə zəmin yaratmışdır.
Bununla yanaşı, Azərbaycan Respublikası beynəlxalq tranzit daşımalarının tənzimləndiyi "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" Beynəlxalq Konvensiyaya (Yenilənmiş Kyoto Konvensiyası), "BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" Gömrük Konvensiyasına, "Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin uzlaşdırılması haqqında" Beynəlxalq Konvensiyaya, "Konteynerlərə dair Gömrük Konvensiyası"na, "Beynəlxalq yük daşınması müqaviləsi haqqında" Beynəlxalq Konvensiyaya və "Beynəlxalq Dəmir Yolu Yükdaşımalarına dair Saziş"ə qoşulmuşdur. Azərbaycan Respublikasında dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası (bundan sonra — Koordinasiya Şurası) yaradılmışdır. Ötən dövr ərzində Koordinasiya Şurası tərəfindən Azərbaycan Respublikasının mühüm regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilməsi və əsas ticarət marşrutlarından biri kimi beynəlxalq miqyasda etimad qazanması, infrastruktur və əməliyyatlarda təkmilləşdirmə işlərinin mütəşəkkil və səmərəli icrası istiqamətində strategiyanın həyata keçirilməsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi sahəsində bir sıra xüsusi əhəmiyyətli tədbirlər görülmüşdür. Belə ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən "Tranzit yüklərin daşınması zamanı əməliyyatların idarəedilməsi üzrə Prosedur Qaydalar" qəbul edilmişdir. Bu prosedur qaydaları beynəlxalq tranzit daşımaları zamanı ayrı-ayrı əməliyyatlar üzrə yerli operatorların üzərinə düşən vəzifələrin beynəlxalq standartlara uyğun şəkildə çevik və operativ icrası, proseslərlə bağlı məlumatların effektiv ötürülməsi kimi vacib məsələləri ehtiva etməklə, əməliyyatların sürət və keyfiyyətində böyük irəliləyişə səbəb olmuşdur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (BBDTL) ərazisində, həmçinin Azərbaycan Respublikasının digər dövlət sərhədindən buraxılış məntəqələrində tətbiq edilən prosedurların sadələşdirilməsi, sürətləndirilməsi, şəffaflaşdırılması və avtomatlaşdırılması, tranzit əməliyyatlarının birgə planlaşdırılması və vahid dispetçer mərkəzindən idarəedilməsinin təşkili məqsədilə "Əməliyyat Qərargahı" yaradılmışdır. 2022-ci ilin ikinci yarısından aktiv fəaliyyətə başlayan Əməliyyat Qərargahının gördüyü işlər sayəsində 2022-ci ilin 1-ci rübü ilə müqayisədə BBDTL-də qeyri-əməliyyat vaxtının 60 faiz azaldılması, bərələrin orta körpü və emalı vaxtının 50 faiz azaldılması, BBDTL və Poti (Batumi) limanları arasında vaqonların geridönüş vaxtının 50 faiz azaldılması, Xəzər dənizinin Azərbaycana, Qazaxıstana və Türkmənistana məxsus limanlarında (müvafiq olaraq, BBDTL, Aktau, Kurık və Türkmənbaşı limanları) konteyner sıxlığının aradan qaldırılması, yük axınlarının intensivliyi və hərəkət vektorunun öncədən müəyyən edilməsi təmin olunmuşdur. Azərbaycan Respublikasının dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı özündə yükdaşımaların vahid tariflərini, sərhədkeçmə prosedurlarını, yükdaşımalar üzrə daşıma qaydalarını və şərtlərini, o cümlədən müqavilələrin şərtlərini və bağlanma qaydasını, Azərbaycan Respublikasının dövlət sərhədindən keçmə zamanı inzibati prosedurlara dair elektron müraciətlərin qəbulu və yüklərin daşınması sahəsində müqavilələrin elektron üsullarla bağlanması imkanlarını, yüklərin izlənməsi və daşıma prosesləri ilə əlaqədar digər məsələləri əks etdirən elektron portalın yaradılması vəzifəsinin icrası üçün vacib ilkin addımlar atılmışdır. İlk növbədə, Koordinasiya Şurası üzvlərinin təmsil olunduğu İşçi qrup yaradılmış, müxtəlif kateqoriyadan olan məhsulların tranziti üçün tələb olunan icazə və lisenziyalar müəyyən edilmiş, tranzit və ticarət üçün zəruri prosedurları özündə cəmləşdirən proseslər xəritəsi hazırlanmışdır. Həmçinin, milli elektron portaldan qlobal logistika və ticarət iştirakçıları tərəfindən potensial istifadənin təmin edilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə bir sıra xarici təşkilat və şirkət nümayəndələri ilə görüşlər keçirilmişdir. Bu görüşlər nəticəsində beynəlxalq platformaya inteqrasiya tələbləri, sənədləşmə prosedurlarının beynəlxalq normalara uyğunlaşdırılması və müxtəlif qlobal portalların hazır şəkildə qoşulmasını ehtiva edən "Platformaların Platforması" konsepsiyasına uyğun elektron portalın hazırlanması üçün əsas parametrlər müəyyən olunmuşdur. Bu istiqamətdəki növbəti addım kimi iştirak edən qurumların sistemlərinin diaqnostikası, inteqrasiya imkanlarının dəyərləndirilməsi və elektron portalın texniki-iqtisadi funksionallıqlarının müfəssəl təsvirini əhatə edən texniki şərtlər toplusu da hazırlanır. Tranzit yüklərin həcminin və ötən illərlə müqayisəli izlənməsi məqsədilə Koordinasiya Şurasının Katibliyi tərəfindən rüblük və illik olmaqla, elektron və kağız formada hesabatlar hazırlanır və ildə iki dəfə məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi təmin olunur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, tranzit daşıma və logistika işinin təkmilləşdirilməsi üçün rəqəmsal texnologiyadan istifadənin genişləndirilməsi məqsədilə müvafiq tədbirlər görülməsinə başlanılmışdır.
4. Hədəf göstəriciləri Fəaliyyət Planının hədəf göstəriciləri mövcud infrastrukturun təkmilləşdirilməsi, tranzit əməliyyatları zamanı inzibati prosedurların optimallaşdırılması, aidiyyəti dövlət orqanları (qurumları) arasında koordinasiyanın yaxşılaşdırılması və vahid platforma üzərindən tətbiqi, tranzit daşımalar zamanı sərhədkeçmə müddətinin minimuma endirilməsi, eləcə də sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə Azərbaycan Respublikasının ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2024−2026-cı illər ərzində 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10.7 milyon tondan 13.6 milyon tona çatdırılmasıdır.
5. Məqsədlər
5.1. Fəaliyyət Planının əsas məqsədləri aşağıdakılardır:
5.1.1. mövcud nəqliyyat infrastrukturunun yükötürmə qabiliyyətinin artırılması;
5.1.2. tranzit əməliyyatlar zamanı Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd, gömrük, o cümlədən nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə sürətli keçidin təmin edilməsi;
5.1.3. tranzit yükdaşımalar üzrə əməliyyatların optimallaşdırılması üçün yüksək texnologiyaların və innovativ həllərin tətbiqi;
5.1.4. tranzit daşımalar zamanı dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
5.1.5. müvafiq sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi;
5.1.6. tranzit yüklərin daşınması sahəsində fəaliyyət göstərən dövlət orqanları (qurumları) ilə operator və daşıyıcılar arasında əlaqələndirmənin gücləndirilməsi;
5.1.7. Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərindən aktiv istifadənin təşviqi.
6. Prioritet istiqamətlər
6.1. Azərbaycanın tranzit potensialından tam istifadənin reallaşdırılmasına təsir edən çatışmazlıqların aradan qaldırılması məqsədilə aşağıdakı prioritet istiqamətlər üzrə işlər həyata keçiriləcəkdir:
6.1.1. fiziki infrastrukturun təkmilləşdirilməsi:
6.1.1.1. əsaslandırma:
6.1.1.1.1. Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərin rəqabətqabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarını cəlb etmək üçün mövcud nəqliyyat xidmətləri və infrastrukturunun yaxşılaşdırılması ilə yanaşı, yeni infrastrukturun yaradılmasına, eləcə də tranzit daşımalar zamanı sərhəd keçid prosedurlarının müddətinin minimuma endirilməsi və buraxılış qabiliyyətinin artırılmasına zərurət vardır;
6.1.1.2. görüləcək tədbirlər:
6.1.1.2.1. "Qırmızı Körpü", "Mazımqara", "Samur", "Biləsuvar", "Astara" və "Şirvanlı" dövlət sərhədindən buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, eləcə də sərhəd və gömrük nəzarətinin effektiv şəkildə aparılmasının təmin edilməsi istiqamətində infrastrukturun təkmilləşdirilməsi;
6.1.1.2.2. "Qırmızı Körpü", "Samur", "Mazımqara", "Biləsuvar" dövlət sərhədindən buraxılış məntəqələrinin yaxınlığında yerləşən mövcud terminalların infrastrukturunun təmiri, bərpası və "Qırmızı Körpü" və "Samur" gömrük postlarının yaxınlığında yeni gömrük terminalların (ticarətin asanlaşdırılması mərkəzlərinin) inşası;
6.1.1.2.3. "Şirvanlı" dövlət sərhədindən buraxılış məntəqəsinin potensialından tam istifadənin təmin edilməsi;
6.1.1.2.4. "Yalama", "Böyük Kəsik" və "Astara" dəmiryol dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd mühafizə və gömrük orqanları tərəfindən səmərəli nəzarətin həyata keçirilməsi məqsədilə infrastrukturun təkmilləşdirilməsi;
6.1.1.2.5. Gürcüstanla birlikdə birgə gömrük nəzarətinin həyata keçirilməsi üçün yeni dövlət sərhədindən buraxılış məntəqələrinin inşası;
6.1.1.2.6. İran İslam Respublikası ilə yeni dövlət sərhədində buraxılış məntəqələrinin inşası;
6.1.1.2.7. Ələt−Osmanlı−Astara dəmir yolunun yenidən qurulması;
6.1.1.2.8. Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri;
6.1.1.2.9. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında və Hövsan Limanında dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük nəzarətinin, eləcə də tranzit yüklərin rəsmiləşdirilməsinin səmərəli qaydada aparılmasını təmin etmək məqsədilə infrastrukturun təkmilləşdirilməsi;
6.1.1.2.10. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yük terminalının konteyner üzrə yükaşırma qabiliyyətinin artırılması;
6.1.1.2.11. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal və ixrac gömrük rejimi prosedurlarının tətbiqi;
6.1.1.2.12. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında və Dübəndi terminalında dibdərinləşdirmə işlərinin aparılması;
6.1.1.2.13. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində çeşidləmə məntəqəsində əlavə dörd dəmiryol xəttinin və konteyner terminalının tikintisi;
6.1.1.2.14. Baş Ələt dəmiryol stansiyasının əsaslı təmiri;
6.1.1.2.15. Biləcəri−Yalama dəmiryol xətti üzrə kontakt şəbəkə və mikroprosessor əsaslı rabitə-işarəvermə sisteminin yenidən qurulması, Bakı−Böyük Kəsik dəmiryol xəttinin elektrik təchizatı sisteminin yenidən qurulması ilə bağlı işlərin başa çatdırılması, Ucar−Bakı hissəsinin mikroprosessor əsaslı rabitə-işarəvermə sisteminin yenidən qurulması, Yevlax−Böyük Kəsik sahəsində 38 yoldəyişənin və 7 qəbul-göndərmə yolunun əsaslı təmiri;
6.1.1.2.16. magistral lokomotivlərin əsaslı təmiri və bərpası, yenilərinin alınması, habelə manevr lokomotivlərinin əsaslı təmiri;
6.1.1.2.17. qida məhsullarının idxal-ixrac əməliyyatları və tranziti zamanı nəzarətin operativ həyata keçirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrinə yaxın ərazilərdə qida təhlükəsizliyi nəzarəti məntəqələrinin qurulması;
6.1.1.2.18. gömrük sərhəd buraxılış məntəqələrində, limanlarda, dəmir yolunda, yükboşaltma stansiyalarında və məntəqələrində nəqliyyat vasitələrinin, yük vaqonlarının, konteynerlərin, gəmilərin dezinfeksiyası, dezinseksiyası və deratizasiyası xidmətlərinin həyata keçirilməsi üçün məntəqələr yaradılması;
6.1.1.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.1.3.1. dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük nəzarəti effektiv şəkildə təmin ediləcək və onların buraxılış qabiliyyəti artırılacaqdır;
6.1.1.3.2. malların və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılış məntəqələrindən keçidi zamanı sıxlıq aradan qaldırılacaqdır;
6.1.1.3.3. yüklü nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması yolu ilə Rusiya Federasiyası ilə sərhəddəki digər gömrük sərhəd buraxılış məntəqələrində sıxlıq azaldılacaq, mövsümlə əlaqədar qeyd olunan istiqamətlərdə nəqliyyat vasitələrinin keçidi zamanı yaranan növbə sıxlığı aradan qaldırılacaqdır;
6.1.1.3.4. sərhəd buraxılış məntəqələrində nəzarət gücləndiriləcək və qatarlara baxış vaxtı qısaldılacaqdır;
6.1.1.3.5. dövlət sərhədindən yeni buraxılış məntəqələri tikiləcək və "Orta dəhliz" üzrə alternativ keçid imkanları yaradılacaqdır;
6.1.1.3.6. Zəngilan rayonunun Ağbənd qəsəbəsində, Naxçıvan Muxtar Respublikasının ərazisində və Astara rayonunda dövlət sərhədində yeni buraxılış məntəqələrinin inşasına dair İran İslam Respublikası ilə razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanılacaqdır;
6.1.1.3.7. Ələt−Osmanlı−Astara dəmir yolu yenidən qurulacaqdır;
6.1.1.3.8. Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri işləri başa çatdırılaraq, çeşidləmə parkının buraxılış qabiliyyəti və hərəkət tərkibinin təhlükəsizliyi təmin ediləcəkdir;
6.1.1.3.9. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında və Hövsan Limanında dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük nəzarəti, eləcə də digər rəsmiləşdirmənin səmərəli qaydada aparılmasını təmin edən infrastruktur yaradılacaqdır;
6.1.1.3.10. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yük terminalının konteyner üzrə yükaşırma qabiliyyətinin artırılması üçün infrastruktur genişləndiriləcək və zəruri avadanlıqlar alınacaqdır;
6.1.1.3.11. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal, ixrac rejimli yüklər üzrə genişfunksiyalı əməliyyat imkanlarının yaranması nəticəsində Şərq−Qərb istiqamətində yükdaşımalarda konteyner yüklərinin payı artırılacaq, habelə yük avtomobil nəqliyyat vasitələrinin bir mərkəzdə cəmləşməsi (regional qovşaq konsepsiyasına uyğun) təmin ediləcəkdir;
6.1.1.3.12. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Dübəndi Terminalında dibdərinləşdirmə işlərinin aparılması nəticəsində limanın və terminalın akvatoriyasına yükgötürmə qabiliyyəti və suya oturumu daha yüksək olan gəmilərin girişi təmin ediləcəkdir;
6.1.1.3.13. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində çeşidləmə məntəqəsində əlavə dörd dəmiryol xəttinin və konteyner terminalının tikintisi nəticəsində yüklərin çeşidlənməsində operativlik təmin ediləcəkdir;
6.1.1.3.14. Baş Ələt dəmiryol stansiyasının əsaslı təmiri nəticəsində stansiyanın yükötürmə qabiliyyəti artırılacaqdır;
6.1.1.3.15. Biləcəri−Yalama və Bakı−Böyük Kəsik dəmiryol xətlərində infrastrukturun təkmilləşdirilməsi nəticəsində dəmir yollarının qatarburaxma, eləcə də yükdaşıma qabiliyyəti artırılacaqdır;
6.1.1.3.16. magistral lokomotivlərin əsaslı təmiri və bərpası, yenilərinin alınması, habelə manevr lokomotivlərinin əsaslı təmirinin həyata keçirilməsi və nəticədə dəmiryol nəqliyyatı vasitəsilə daşınan tranzit yüklərin həcmi artırılacaqdır;
6.1.1.3.17. dövlət sərhədindən buraxılış məntəqələrinə yaxın ərazilərdə qida təhlükəsizliyi nəzarəti məntəqələrinin qurulması nəticəsində sənədləşmə və sertifikatlaşdırma prosesi səmərəli və sürətli şəkildə həyata keçiriləcəkdir;
6.1.1.3.18. gömrük sərhəd buraxılış məntəqələrində, limanlarda, dəmir yolunda, yükboşaltma stansiyalarında və məntəqələrində nəqliyyat vasitələrinin, yük vaqonlarının, konteynerlərin, gəmilərin dezinfeksiyası, dezinseksiyası və deratizasiyası xidmətlərinin həyata keçirilməsi nəticəsində ərzaq, qida məhsullarının (heyvan və bitki mənşəli), heyvanların, həmçinin yem və yem əlavələrinin daşınması zamanı xəstəlik törədicilərinin yayılmasının qarşısı alınacaqdır;
6.1.1.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.1.4.1. infrastruktur təminatının yaxşılaşdırılması üçün kifayət qədər maliyyə vəsaitinə və digər texniki təchizata ehtiyac vardır ki, həmin ehtiyacların qarşılanması zamanı müəyyən çətinliklər yarana bilər. Həmçinin, dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun yenilənməsi prosesində həyata keçiriləcək layihələrin aidiyyəti dövlət orqanları (qurumları) arasında razılaşdırılmasında gecikmələr baş verə bilər. Bununla əlaqədar, zərurət olduğu təqdirdə, müvafiq işçi qruplar yaradıla, eləcə də Fəaliyyət Planının 7-ci hissəsində qeyd olunan mənbələr hesabına maliyyələşdirilmənin aparılması üçün aidiyyəti tədbirlər görülə bilər;
6.1.2. koordinasiya işinin gücləndirilməsi və Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təbliği və təşviqi:
6.1.2.1. əsaslandırma:
6.1.2.1.1. Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabətqabiliyyətinin və səmərəliliyinin artırılması üçün logistika mərkəzlərinin yaradılmasına, habelə yerli və xarici investisiyaların cəlb edilməsinə zərurət vardır;
6.1.2.1.2. Azərbaycan Respublikasında nəqliyyat sahəsində görülmüş işlərin və əldə edilmiş nailiyyətlərin ümumiləşdirilərək Azərbaycan Respublikasının tranzit potensialının və imkanlarının beynəlxalq səviyyədə təşviq olunması üçün mütəmadi tədbirlərin həyata keçirilməsi, həmçinin mediada məlumatlandırma işinin təşkili zəruridir;
6.1.2.2. görüləcək tədbirlər:
6.1.2.2.1. logistika mərkəzlərində əsas dövlət xidmətlərinin (gömrük, dövlət fitosanitar, baytarlıq) təşkili;
6.1.2.2.2. beynəlxalq tədbirlərdə, habelə xarici dövlətlərin Azərbaycan Respublikasındakı səfirlik və konsulluqlarının nümayəndələri ilə görüşlərdə Azərbaycan Respublikasının tranzit potensialının təqdimatı və alternativ marşrutlara münasibətdə üstünlüklərinin təbliği yolu ilə Azərbaycan Respublikasının ərazisindən keçən dəhlizlərdən istifadənin təşviqi, mütərəqqi islahatların və uğurlu addımların təbliği;
6.1.2.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.2.3.1. görülən tədbirlər özəl sektor tərəfindən logistika mərkəzlərinin yaranmasına, yerli və xarici investisiyaların cəlb edilməsinə, eləcə də logistika mərkəzlərində yaradılan əlavə dəyərin həcminin artmasına şərait yaradacaqdır;
6.1.2.3.2. aparılmış uğurlu təbliğ və təşviq nəticəsində Azərbaycan Respublikasının nəqliyyat sisteminə beynəlxalq arenada inam və güvənin artması, Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə əlavə yüklərin cəlb edilməsi və Azərbaycan Respublikasının tranzit potensialının artırılması təmin ediləcəkdir;
6.1.2.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.2.4.1. logistika infrastrukturunun lazımi dərəcədə təkmilləşdirilməməsi, habelə yerli və xarici investorlarla əlaqələrin qurulmaması tranzit daşımalar üçün müəyyən edilmiş hədəflərə nail olunmasında ləngimələrə səbəb ola bilər. Regional miqyasda əməkdaşlığa və təhlükəsizliyə töhvə verilməsi baxımından qarşılıqlı faydalı əməkdaşlıq platformaları və mexanizmlər yaradıla bilər;
6.1.2.4.2. təbliğat və təşviqat işinin aktiv şəkildə aparılmaması Azərbaycan Respublikasının ərazisindən keçən dəhlizlərə əlavə yük həcminin cəlb olunmasına mənfi təsir göstərə bilər. Bu risklərin qarşısının alınması məqsədilə beynəlxalq tədbirlərdə, ikitərəfli və çoxtərəfli görüşlərdə, habelə hökumətlərarası komissiyaların iclaslarında Azərbaycan Respublikasının tranzit potensialının və imkanlarının təşviq olunması zəruridir;
6.1.3. normativ hüquqi bazanın təkmilləşdirilməsi:
6.1.3.1. əsaslandırma:
6.1.3.1.1. tranzit yükdaşımaların həcminin artırılması üçün milli qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, sənədləşmə qaydalarının tranzit dəhlizləri boyu unifikasiyası, tranzitinə lisenziya və ya icazə tələb olunan mallara dair müvafiq sənədlərin verilməsini tənzimləyən qaydaların, həmsərhəd dövlətlərlə nəzarət prosedurlarının sürətləndirilməsini təmin edəcək beynəlxalq müqavilələrin, eləcə də tranzit yüklərə münasibətdə tarif metodologiyasının hazırlanması zəruridir;
6.1.3.2. görüləcək tədbirlər:
6.1.3.2.1. tranzit daşımalar zamanı prosedurların sadələşdirilməsi məqsədilə normativ hüquqi bazanın beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına dair təkliflərin hazırlanması;
6.1.3.2.2 tranzitinə lisenziya və ya icazə tələb olunan mallara dair müvafiq sənədlərin verilməsini tənzimləyən qaydaların hazırlanması;
6.1.3.2.3. tranzit yüklərə münasibətdə vahid, çevik və şəffaf qiymət siyasətinin müəyyən edilməsi;
6.1.3.2.4. tranzit yük daşımaları ilə və nəqliyyatla bağlı nəqliyyat-yol sənədlərinin təkmilləşdirilməsi;
6.1.3.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.3.3.1. normativ hüquqi akt layihələrinin razılaşdırılması və təsdiqi üçün aidiyyəti üzrə təqdim edilməsi təmin ediləcəkdir;
6.1.3.3.2. tranzit yüklərə münasibətdə tarif metodologiyasının tətbiqi nəticəsində dəhlizlər üçün ölkə üzrə vahid, çevik və şəffaf tariflərin tətbiqinə nail olunacaqdır;
6.1.3.3.3. nəqliyyat və sərhəd buraxılış əməliyyatlarına sərf edilən vaxtın minimuma endirilməsini və Azərbaycan Respublikasının tranzit daşımaları üzrə potensialının artırılmasını təmin edəcək normativ hüquqi aktlar qəbul ediləcəkdir;
6.1.3.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.3.4.1. aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində çətinliklər yarana bilər. Texniki tənzimləmənin şamil olunacağı mallara dair müvafiq münasibətlərin hüquqi tənzimlənməsi sahəsində aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətləri nəzərə alınmaqla, bir sıra layihələrin razılaşdırılmasında gecikmələr baş verə bilər. Bununla əlaqədar müvafiq işçi qruplar yaradıla bilər.
7. Fəaliyyət Planının maliyyələşdirilməsi Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları (qurumları) üçün ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
8. Fəaliyyət Planının həyata keçirilməsi üzrə TƏDBİRLƏR PLANI Sıra №-si Tədbirin adı Əsas icraçı Digər icraçılar İcra müddəti (illər üzrə) Nəticə indikatorları ilkin nəticə aralıq nəticə yekun nəticə 1 2 3 4 5 6 7 8
8.1. Fiziki infrastrukturun təkmilləşdirilməsi 8.1.1. "Qırmızı Körpü", "Mazımqara", "Samur", "Biləsuvar", "Astara" və "Şirvanlı" dövlət sərhədindən buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, eləcə də sərhəd və gömrük nəzarətinin effektiv şəkildə aparılmasının təmin edilməsi istiqamətində infrastrukturun təkmilləşdirilməsi DGK DSX , İN, RİNN, "ADY" QSC 2024-2026 "Qırmızı Körpü", "Mazımqara", "Samur", "Biləsuvar", "Astara" və "Şirvanlı" dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun yenilənməsi üzrə layihə-smeta sənədlərinin hazırlanması və aidiyyəti dövlət orqanlarından (qurumlarından) rəylər alınması infrastrukturun yenilənməsinə dair layihələrin icrasına başlanılması dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük nəzarətinin effektiv şəkildə təmin edilməsi və onların buraxılış qabiliyyətinin artırılması 8.1.2. "Qırmızı Körpü", "Samur", "Mazımqara", "Biləsuvar" dövlət sərhədindən buraxılış məntəqələrinin yaxınlığında yerləşən mövcud terminalların infrastrukturunun təmiri, bərpası və "Qırmızı Körpü" və "Samur" gömrük DGK İN, RİNN 2024-2026 layihə-smeta sənədlərinin hazırlanması və aidiyyəti dövlət orqanlarından (qurumlarından) rəylər alınması mövcud infrastrukturun yenilənməsi və yeni gömrük terminallarının inşasına dair layihələrin icrasına başlanılması malların və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılış məntəqələrindən keçidi zamanı sıxlığın aradan qaldırılması postlarının yaxınlığında yeni gömrük terminallarının (ticar ətin asanlaşdırılması m ərk əzl ərinin) inşası 8.1.3. "Şirvanlı " dövl ət s ərh ədind ən buraxılış m əntəq əsinin potensialından tam istifad ənin t əmin edilm əsi DGK DSX, İN, RİNN 202
- 202
yüklü n əqliyyat vasit ələrinin buraxılışı il əəlaq ədar "Şirvanlı " dövl ət s ərh ədind ən buraxılış m əntəq əsinin infrastrukturunun yenid ənqurulması iləbağlı Rusiya Federasiyası tər əfi ilədanışıqların aparılması və nəticədən asılı olaraq t əklifl ər hazırlanması danışıqların n ətic əsinəuyğun olaraq , dövl ət s ərh ədind ən buraxılış m əntəq əsinin f əaliyy ətinin gücl əndirilm əsi üçün müvafiq işl ərin h əyata keçirilm əsi yüklü n əqliyyat vasit ələrinin sür ətli keçidinin t əmin olunması yolu ilə Rusiya Federasiyası iləs ərh ədd əki dig ər gömrük s ərh əd buraxılış m əntəq ələrin dəsıxlığı n azaldılması, mövsüml əəlaq ədar qeyd olunan istiqam ətl ərdən əqliyyat vasit ələrinin keçidi zamanı yaranan növbəsıxlı ğının aradan qaldırılması 8.1.4. "Yalama", "Böyük Kəsik" və "Astara" dəmiryol dövlət s ərh ədind ən buraxılış m əntəq ələrindəs ərh əd mühafizəvəgömrük orqanları tər əfind ən səmər əli n əzar ətin h əyata keçirilm əsi m əqs ədiləinfrastrukturun t əkmill əşdirilm əsi DGK DSX, "ADY" QSC, RİNN, İN
- 202
infrastrukturun t əkmill əşdirilm əsi iləbağlı z əruri işl ərin mü əyy ən edilm əsi vəlayih ə -smeta sən ədl ərinin hazırlanması infrastrukturun t əkmill əşdirilm əsi iləbağlı işl ərin h əyata keçirilm əsi s ərh əd buraxılış m əntəq ələrindən əzar ətin gücl əndirilm əsi vəqatarlara baxış vaxtının qısaldılması
8.1.5. Gürcüstanla birlikdə birgə gömrük nəzarətinin həyata keçirilməsi üçün yeni dövlət sərhədindən buraxılış məntəqələrinin inşası DGK DSX, İN, RİNN 2024-2026 yeni dövlət sərhədindən buraxılış məntəqələrinin tikintisi ilə bağlı təkliflər hazırlanması, maliyyə və smeta xərclərinin müəyyənləşdirilməsi, layihələndirilmə işlərinin aparılması yeni dövlət sərhədindən buraxılış məntəqələrinin tikintisi üzrə işlərə başlanılması tranzit daşımalar zamanı alternativ keçid imkanının yaradılması 8.1.6. İran İslam Respublikası ilə yeni dövlət sərhədində buraxılış məntəqələrinin inşası DGK DSX, İN, RİNN, "ADY" QSC 2024-2026 8.1.7. Ələt−Osmanlı−Astara dəmir yolunun yenidən qurulması "ADY" QSC RİNN, İN 2024-2026 tikinti işləri ilə bağlı təkliflərin, layihə-smeta sənədlərinin və icra qrafikinin hazırlanması Ələt−Osmanlı− Astara dəmir yolunun tikinti işlərinə başlanılması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin buraxılış qabiliyyətinin artırılmasına imkan yaradılması 8.1.8. Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri "ADY" QSC RİNN, İN 2024-2025 layihə-smeta sənədlərinə və icra qrafikinə uyğun olaraq tikinti işlərinə başlanılması layihə-smeta sənədlərinə və icra qrafikinə uyğun tikinti işlərinin başa çatdırılması və çeşidləmə parkının buraxılış qabiliyyətinin, həmçinin hərəkət tərkibinin təhlükəsizliyinin təmin edilməsi 8.1.9. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında və Hövsan Limanında dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük nəzarətinin, eləcə də tranzit yüklərin rəsmiləşdirilməsinin səmərəli qaydada aparılmasını təmin etmək məqsədilə infrastrukturun təkmilləşdirilməsi BBDTL, BHBTDL RİNN, İN, DSX, DGK 2024-2025 müvafiq infrastrukturun təkmilləşdirilməsinə dair aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə təkliflər hazırlanması təkliflər əsasında müəyyən edilmiş işlərin icrasına başlanılması müvafiq limanlarda dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük nəzarəti, eləcə də digər rəsmiləşdirmənin səmərəli qaydada aparılmasını təmin edən infrastrukturun yaradılması 8.1.10. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yük terminalının konteyner üzrə yükaşırma qabiliyyətinin artırılması BBDTL İN, RİNN 2024-2025 ağır yüklər terminalında konteynerlərin aşırılması üçün infrastrukturun genişləndirilməsi ilə bağlı layihələndirmə işlərinin həyata keçirilməsi layihənin hazırlanması və avadanlıqların alınması ilə bağlı müqavilələr imzalanması ağır yüklər terminalına mobil konteyner kranı, terminal traktorları və digər avadanlıqların quraşdırılması 8.1.11. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal və ixrac gömrük rejimi prosedurlarının tətbiqi DGK RİNN, BBDTL 2024-2025 BBDTL-in ərazisində tranzit yüklərin həcminin və idxal, ixrac rejimli yüklər üzrə əməliyyat imkanlarının artırılması üçün təkliflər hazırlanması Şərqdən Qərbə daşınan açıq yüklərin Qərb ölkələrinə çatdırılmasında konteynerlərin rolunun artırılması limanda idxal, ixrac rejimli yüklər üzrə genişfunksiyalı əməliyyat imkanlarının yaranması, konteyner, habelə və eləcə də yerli daşıyıcıların Gürcüstanın Poti və Batumi şəhərləri istiqamətində yükdaşımalarda (xüsusən də konteyner yüklərinin daşınmasında) payının artması yük avtomobil nəqliyyat vasitələrinin vahid mərkəzdə cəmləşməsinin (regional qovşaq konsepsiyasına uyğun) təmin edilməsi 8.1.12. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında və Dübəndi Terminalında dibdərinləşdirmə işlərinin aparılması BBDTL İN, RİNN, SOCAR, ASCO 2024-2026 dibdərinləşdirmə işlərinin aparılması üçün layihə-smeta xərclərinin müəyyənləşdirilməsi, layihələndirmə işlərinin aparılması Dübəndi Neft Terminalının maneəsiz girişçıxışı üçün imkan yaradılması və Ələt qəsəbəsində yerləşən BBDTL-in giriş kanalına gəmilərin ikitərəfli təhlükəsiz girişçıxışının təmin edilməsi məqsədilə dibdərinləşdirmə işlərinin aparılması limanın və terminalın akvatoriyasına suya oturumu daha yüksək olan gəmilərin girişinin təmin edilməsi; limanın və terminalın yükaşırma qabiliyyətinin artırılması 8.1.13. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində çeşidləmə məntəqəsində əlavə dörd dəmir yolu xəttinin və konteyner terminalının tikintisi "ADY" QSC BBDTL, RİNN, İN 2024-2025 layihə-smeta sənədlərinin və icra qrafikinin hazırlanması layihə-smeta sənədlərinə və icra qrafikinə uyğun tikinti işlərinə başlanılması konteyner terminalının və dəmiryol xətlərinin tikintisinin başa çatdırılması, artan yük həcmlərinin çeşidlənməsinin operativliyinin təmin edilməsi 8.1.14. Baş Ələt dəmiryol stansiyasının əsaslı təmiri "ADY" QSC RİNN, İN 2024-2025 stansiyanın yükötürmə qabiliyyətinin artırılması 8.1.15. Biləcəri−Yalama dəmiryol xətti üzrə kontakt şəbəkə və mikroprosessor əsaslı rabitə-işarəvermə sisteminin yenidən qurulması, Bakı−Böyük Kəsik dəmiryol xəttinin elektrik təchizatı sisteminin yenidən qurulması ilə bağlı işlərin başa çatdırılması, Ucar−Bakı hissəsinin mikroprosessor əsaslı rabitə-işarəvermə sisteminin yenidən qurulması, Yevlax−Böyük Kəsik sahəsində 38 yoldəyişənin və 7 qəbul-göndərmə yolunun əsaslı təmiri "ADY" QSC RİNN, İN 2024-2026 Biləcəri−Yalama və Bakı−Böyük Kəsik dəmiryol xətlərində planlaşdırılan işlərin icra qrafikinə uyğun tamamlanması, dəmir yollarının qatarburaxma, eləcə də yükdaşıma qabiliyyətinin artırılması 8.1.16. Magistral lokomotivlərin əsaslı təmiri və bərpası, yenilərinin alınması, habelə manevr lokomotivlərinin əsaslı təmiri "ADY" QSC RİNN, İN 2024-2026 7 ədəd magistral lokomotivin alınması, 6 ədəd magistral elektrovozun, 6 ədəd magistral və 16 ədəd manevr teplovozunun əsaslı təmiri 4 ədəd magistral elektrovozun, 5 ədəd magistral və 16 ədəd manevr teplovozunun əsaslı təmiri "ADY" QSC-nin lokomotiv parkının yenilənməsinin (7 ədəd magistral lokomotivin alınması, 10 ədəd magistral elektrovozun, 11 ədəd magistral və 32 ədəd manevr teplovozunun əsaslı təmirinin başa çatdırılması) təmin edilməsi və nəticədə daşınan tranzit yüklərin həcminin artırılması 8.1.17. Qida məhsullarının idxal-ixrac əməliyyatları və tranziti zamanı nəzarətin operativ həyata keçirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrinə yaxın ərazilərdə qida təhlükəsizliyi nəzarəti məntəqələrinin qurulması AQTA İN, DGK, RİNN 2024-2026 qida təhlükəsizliyi nəzarəti məntəqələrinin qurulmasına dair təkliflərin aidiyyəti dövlət orqanlarından (qurumlarından) alınması və layihələrin hazırlanması qida təhlükəsizliyi nəzarəti məntəqələrinin qurulmasına dair layihələrin icrası qida təhlükəsizliyi nəzarətinin, habelə sənədləşmə və sertifikatlaşdırma prosesinin səmərəli və sürətli şəkildə həyata keçirilməsi
8.1.18. Gömrük sərhəd buraxılış məntəqələrində, limanlarda, dəmir yolunda, yükboşaltma stansiyalarında və məntəqələrində nəqliyyat vasitələrinin, yük vaqonlarının, konteynerlərin, gəmilərin dezinfeksiyası, dezinseksiyası və deratizasiyası xidmətlərinin həyata keçirilməsi üçün məntəqələr yaradılması KTN DGK, "ADY" QSC, RİNN, DSX, ASCO, BBDTL, AQTA 2024-2025 dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin həyata keçirilməsi məntəqələrinin yaradılması üçün təkliflər hazırlanması maddi-texniki təchizatının təmin edilməsi və məntəqələrin fəaliyyətə başlaması çevik baytarlıq xidməti göstərilərək ərzaq, qida məhsullarının (heyvan və bitki mənşəli), heyvanların, həmçinin yem və yem əlavələrinin daşınması zamanı xəstəlik törədicilərinin yayılmasının qarşısının alınması
8.2. Koordinasiya işinin gücləndirilməsi və Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təbliği və təşviqi 8.2.1. Logistika mərkəzlərində əsas dövlət xidmətlərinin (gömrük, dövlət fitosanitar, baytarlıq) təşkili İN KTN, DGK, AQTA 2024-2026 gömrük, dövlət fitosanitar, baytarlıq sahələrində xidmətlərin logistika mərkəzlərində təşkilinə dair təkliflər hazırlanması müəyyən edilmiş logistika mərkəzlərində dövlət xidmətlərinin təşkil olunması məqsədilə tədbirlərin həyata keçirilməsi özəl sektorun logistika mərkəzlərinə marağının artırılması, yerli və xarici investisiyaların cəlb edilməsinə zəmin və yeni logistika mərkəzlərinin yaranmasına təkan verilməsi, logistika mərkəzlərində yaradılan əlavə dəyərin həcminin artmasına şərait yaradılması 8.2.2. Beynəlxalq tədbirlərdə, habelə xarici dövlətlərin Azərbaycan Respublikasındakı səfirlik və konsulluqlarının nümayəndələri ilə görüşlərdə Azərbaycan Respublikasının tranzit potensialının təqdimatı və alternativ marşrutlara münasibətdə üstünlüklərinin təbliği yolu ilə Azərbaycan Respublikasının ərazisindən keçən dəhlizlərdən istifadənin təşviqi, mütərəqqi islahatların və uğurlu addımların təbliği RİNN XİN, TYKŞ, "ADY" QSC, ASCO, BBDTL mütəmadi Azərbaycan Respublikasında nəqliyyat sahəsində görülmüş işlərin və əldə edilmiş nailiyyətlərin, beynəlxalq nəqliyyat dəhlizləri üzrə əsaslandırıcı məlumatların əks olunduğu broşürlərin və maarifləndirici materialların hazırlanması və dərc olunması beynəlxalq əhəmiyyətli tədbirlərdə və görüşlərdə Azərbaycan Respublikasının tranzit imkanlarının təbliğ edilməsi, tranzit potensialının beynəlxalq səviyyədə təşviq olunması üçün müvafiq məlumatların beynəlxalq mediada mütəmadi işıqlandırılması və bu məqsədlə tədbirlərin təşkil edilməsi Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri barədə müfəssəl məlumatların hədəf auditoriyaya çatdırılması yolu ilə dəhlizlərin cəlbediciliyinin artırılması
8.3. Normativ hüquqi bazanın təkmilləşdirilməsi 8.3.1. Tranzit daşımalar zamanı prosedurların sadələşdirilməsi məqsədilə normativ hüquqi bazanın beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına dair təkliflər hazırlanması NK ƏN, İN, RİNN, DGK, TYKŞ 2024-2025 müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi və normativ sənədlərin layihəsinin hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarından beynəlxalq təcrübə nəzərə alınmaqla normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı layihələr hazırlanması normativ hüquqi akt layihələrinin razılaşdırılması və təsdiqi üçün aidiyyəti üzrə təqdim edilməsi
8.3.2. Tranzitinə lisenziya və ya icazə tələb olunan mallara dair müvafiq sənədlərin verilməsini tənzimləyən qaydaların hazırlanması İN RİNN, ƏN, DGK 2024 (qurumlarından) təkliflər alınması tranzitinə lisenziya və ya icazə tələb olunan mallara dair müvafiq sənədlərin verilməsini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə layihələrin hazırlanması normativ hüquqi akt layihələrinin razılaşdırılması və təsdiqi üçün aidiyyəti üzrə təqdim edilməsi 8.3.3. Tranzit yüklərə münasibətdə vahid, çevik və şəffaf qiymət siyasətinin müəyyən edilməsi RİNN İN, MN mütəmadi tranzit yüklərin daşınmasında tətbiq edilən qiymət siyasəti ilə bağlı xarici ölkələrin təcrübəsinin araşdırılması, təkliflərin aidiyyəti dövlət orqanlarından (qurumlarından) alınması və təhlili tranzit yüklərə münasibətdə tarif metodologiyasının layihəsinin hazırlanması yeni tarif metodologiyasının tətbiqi nəticəsində tranzit yüklərə münasibətdə vahid, çevik və şəffaf tariflərin tətbiqinə nail olunması 8.3.4. Tranzit yükdaşımaları, nəqliyyat və nəqliyyat ekipajları ilə bağlı nəqliyyat-yol sənədlərinin təkmilləşdirilməsi RİNN ƏN, "ADY" QSC 2024-2025 tranzit yükdaşımaları ilə və nəqliyyatla bağlı tətbiq edilən nəqliyyatyol sənədləri barədə beynəlxalq təcrübənin araşdırılması və təkliflərin aidiyyəti dövlət orqanlarından (qurumlarından) alınması təkliflərin təhlili və nəqliyyat-yol sənədlərinin layihəsinin hazırlanması nəqliyyat və sərhəd buraxılış əməliyyatlarına sərf edilən vaxtın minimuma endirilməsini və Azərbaycan Respublikasının tranzit daşımaları üzrə potensialının artırılmasını təmin edəcək normativ sənədlərin qəbul edilməsi
AKRONİMLƏR NK − Azərbaycan Respublikasının Nazirlər Kabineti RİNN − Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İN − İqtisadiyyat Nazirliyi XİN − Xarici İşlər Nazirliyi KTN − Kənd Təsərrüfatı Nazirliyi ƏN − Ədliyyə Nazirliyi MN — Maliyyə Nazirliyi DGK − Dövlət Gömrük Komitəsi DSX − Dövlət Sərhəd Xidməti AQTA − Qida Təhlükəsizliyi Agentliyi "ADY" QSC − "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ASCO − "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti BBDTL − "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti BHBTDL — "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" Açıq Səhmdar Cəmiyyəti SOCAR − Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti TYKŞ − Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası.