Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 aprel tarixli 3854 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
1. "Nəqliyyatı Əlaqələndirmə Şurası haqqında Əsasnamə" təsdiq edilsin ( əlavə olunur ).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 noyabr 2023-cü il