Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Möhtərəm cənab Prezident!
8 Noyabr - Zəfər Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük məmnunluq duyuruq. Doğma Azərbaycanın hökumətinə və xalqına Allah-Taaladan daha böyük tərəqqi və rifah diləyirik.
Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səylərini əsirgəmir.
Zati-alinizin Sərəncamına əsasən, 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli" elan edilmişdir. Bu münasibətlə Cəmiyyətimiz tərəfindən silsilə tədbirlər təşkil olunub və olunmaqdadır.
Qoy doğma Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim inkişaf etsin və daha da firavanlaşsın!
Ən səmimi arzularımızı qəbul etməyinizi xahiş edirik.
Dərin hörmətlə, Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri:
Əli Cümə Misir Ərəb Respublikası parlamentinin Dini işlər və vəqflər komitəsinin sədri, professor, Usamə əl-Əbd Misir parlamentinin Dini işlər və vəqflər komitəsi sədrinin müavini, professor, Əl-Seyyid Mahmud əl-Şərif Seyyidlər Həmkarlar İttifaqının sədri, Misir parlamenti sədrinin sabiq birinci müavini, Yusif əl-Şərqavi Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri, Adil Dərviş Misir Helvan Universitetinin professoru, Misir Mədəniyyət Mərkəzinin Azərbaycan Respublikasındakı keçmiş direktoru, Bağdadi İmam Misir Ərəb Respublikası Ali Təhsil Nazirliyinin Baş direktoru, Tövhid Məhəmməd müşavir, vəkil, Misir əl-Xeyir Fondunun hüquqi işlər üzrə direktoru, Midhət Camal general, Misir əl-Xeyir Fondunda "İbn əs-Səbil" layihəsinin rəhbəri, Sabir Həsən Ali Mədəniyyət Şurasının üzvü, Mona Zidan Helvan Universitetinin professoru, Əhməd Əbdu Tarabek Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı və jurnalist, Mustafa Hicazi "Orange" şirkətinin Baş direktoru, Seymur Nəsirov Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və Misirdəki Azərbaycan diasporunun sədri.