AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası"nın təsdiq edilməsi haqqında "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanununun tətbiqi və "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 fevral tarixli 2034 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanununun tətbiqi və "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 fevral tarixli 2034 nömrəli Fərmanının 3-cü hissəsində nəzərdə tutulmuş tariflərlə eyni gündə qüvvəyə minir. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 3 noyabr 2023-cü il № 400
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Tikinti obyektlərinə tələb olunan gücün hesablanması QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 8-1-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq hazırlanmışdır və tikinti obyektlərinə tələb olunan gücün hesablanması qaydasını müəyyən edir.
1.2. Tikinti obyektlərinə tələb olunan gücün hesablanması tikinti obyektinin təyinatına uyğun olaraq bu Qaydanın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 iyul tarixli 329 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşayış, ictimai binaların və mühəndiskommunikasiya təminatı obyektlərinin elektrik təchizatının etibarlılıq kateqoriyaları"nın, 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması Qaydası"nın və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun həyata keçirilir.
1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. sifariş olunan güc — tikinti obyektinə sifarişçi tərəfindən tələb olunan güc;
1.3.2. gücdən istifadə əmsalı (Kist) — yaşayış və ictimai binalarda elektrik qəbuledicilərinin və ya elektrik qəbulediciləri qrupunun orta aktiv gücünün (Porta, k Vt) ümumi nominal gücünə (Pnom, k Vt) nisbəti, tələb olunan gücü 150 k Vt-a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 150 k Vt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinə tələb olunan gücün hesablanması zamanı gücdən istifadə əmsalı (Kist) elektrik qəbuledicilərinin və ya elektrik qəbulediciləri qrupunun orta aktiv gücünün (Porta, k Vt) onun nominal gücünə (Pnom, k Vt) nisbəti;
1.3.3. eynizamanlılıq əmsalı (Ke) — ümumiləşdirilmiş maksimal elektrik gücünün göstəricisinin ayrı-ayrı elektrik yüklərinin və ya onların qruplarının güc maksimumlarının cəminə nisbəti;
1.3.4. güc əmsalı (cosφ) — aktiv gücün (P, k Vt) tam gücə (S, kV∙A) nisbəti;
1.3.5. elektrik qəbulediciləri qrupu — bir paylayıcı məntəqəyə və ya giriş yuvasına qoşulmuş iki və daha çox elektrik qəbuledicisi.
1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
1.5. Bu Qayda aşağıdakı tikinti obyektlərinə tələb olunan gücün hesablanması qaydasını müəyyən edir:
1.5.1. 0,4 kV-luq şəbəkəyə qoşulması nəzərdə tutulmuş məişət abonentlərinin və tələb olunan gücü 150 k Vt-a qədər olan (150 k Vt da daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektləri;
1.5.2. tələb olunan gücü 150 k Vt-a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 150 k Vt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektləri, habelə elektrik enerjisi paylayıcılarının və istehsalçılarının tikinti obyektləri.
1.6. Tikinti obyektlərində elektrik qəbuledicilərinin sayının artması nəzərə alınmaqla (bu Qaydaya əlavə olunmuş 1-ci cədvəlin 10-cu hissəsində göstərilən hallar istisna olmaqla), tikinti obyektlərinə tələb olunan güc hesablanarkən qoşulma nöqtəsində 15% güc ehtiyatı nəzərdə tutulmalıdır.
1.7. Tikinti obyektlərinin giriş nöqtələrində və transformator yarımstansiyalarının (TY/st) şinlərində hesabat güclərinin müəyyən edilməsi üçün şəhərsalma və tikintiyə dair normativ sənədlərin normalarının tələbləri nəzərə alınmalıdır.
1.8. Tikinti obyektlərinin xarici işıqlandırma şəbəkələrinin hesabat gücünü müəyyən etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması Qaydası"nın 6.3.3.15-ci yarımbəndinin tələblərinə uyğun olaraq, gücdən istifadə əmsalı (Kist) 1,0-a bərabər qəbul edilir.
1.9. Bu Qaydanın 2-ci və 3-cü hissələrində qeyd olunan elektrik qəbuledicilərinin gücdən istifadə əmsalı və eynizamanlılıq əmsalı dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı müəssisəsi tərəfindən ötən dövrün statistik məlumatlarına əsasən beş ildən bir yenilənir.
2. Yaşayış binalarına tələb olunan gücün hesablanması
2.1. Yaşayış binalarının ümumi istifadədə olan sahələrinə (o cümlədən, pilləkən qəfəsləri, vestibüllər, texniki mərtəbələr və döşəməaltılar, zirzəmilər, çardaqlar, dəhlizlər), habelə yataqxanaların yaşayış otaqlarına qruplaşdırılmış işıqlandırma şəbəkələrinin hesabat gücü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması Qaydası"nın 6.3.3.15-ci yarımbəndinə uyğun olaraq, gücdən istifadə əmsalını 1,0-a bərabər qəbul etməklə, işıqlandırmanın hesablanması ilə müəyyən edilir.
2.2. Mənzillərdə quraşdırılmış elektrik qəbuledicilərinin qidalandırıcı xətlərində, girimlərdə və gərginliyi 0,4 kV olan paylayıcı məntəqənin (bundan sonra - PM) TY/st-nin şinlərində hesabat gücü Pmən., k Vt aşağıdakı düsturla hesablanır: 𝑃𝑚ə𝑛. = 𝑃𝑚ə𝑛. 𝑥ü𝑠 ∙ 𝑛 burada: 𝑃𝑚ə𝑛. 𝑥ü𝑠 - mənzillərin elektrik qəbuledicilərinin xüsusi elektrik gücləri, (k Vt/mənzilə), TY/st şinlərinə qoşulmuş mənzillərin sayından və mətbəx plitələrinin növündən (təbii qazla, mayeləşdirilmiş qazla və ya elektrik enerjisi ilə işləyən) asılı olaraq bu Qaydaya əlavə olunmuş 1-ci cədvələ uyğun qəbul edilir. Xüsusi elektrik gücləri, üçfazalı xətlərin və girimlərin fazalararası hesablanmış qeyri-simmetrik yüklənməsinin 15%-dən çox olmaması şərtilə müəyyən edilir; n - xəttə (TY/st) qoşulmuş mənzillərin sayı. Yüksək güc tələbatlı mənzillərin elektrik qəbuledicilərinin qidalanma xətlərində, giriş nöqtələrində və gərginliyi 0,4 kV olan PMin TY/st-nin şinlərində hesabat gücü Phes. mən., k Vt, aşağıdakı düsturla müəyyən edilir: 𝑃ℎ𝑒𝑠. 𝑚ə𝑛. = 𝑃𝑠𝑖𝑓 ∙ 𝐾𝑖𝑠𝑡 ∙ 𝑛 ∙ 𝐾𝑒 burada: Psif - yüksək güc tələbatlı mənzillərdə elektrik qəbuledicilərinin sifariş olunan gücü, k Vt; Kist - yüksək güc tələbatlı mənzillər üçün gücdən istifadə əmsalıdır, bu Qaydaya əlavə olunmuş 2-ci cədvəldə göstərilmişdir;
n - mənzillərin sayı; Ke - yüksək güc tələbatlı mənzillər üçün eynizamanlılıq əmsalıdır, bu Qaydaya əlavə olunmuş 3-cü cədvəldə göstərilmişdir.
2.3. Yataqxanaların ümumi işıqlandırılmasının elektrik qidalandırıcı xətlərində, giriş nöqtələrində və gərginliyi 0,4 kV olan PM-lərin TY/st-nin şinlərində hesabat gücü və gücdən istifadə əmsalı Kist nəzərə alınmaqla və aşağıda verilmiş işıqlandırıcıların qoyuluş güclərindən Pqoy asılı olaraq müəyyən edilir: Pqoy Kist Pqoy Kist 5 k Vt-dək 1,0 25 k Vt-dan — 50 k Vt-dək 0,7 5 k Vt-dan — 10 k Vt-dək 0,9 50 k Vt-dan — 100 k Vt-dək 0,65 10 k Vt-dan — 15 k Vt-dək 0,85 100 k Vt-dan — 200 k Vt-dək 0,6 15 k Vt-dan — 25 k Vt-dək 0,8 200 k Vt-dan çox 0,55
2.4. Yataqxanalarda elektrik mənbələrinə (rozetkalara) qoşulmuş elektrik qəbuledicilərinin qruplaşdırılmış və elektrik qidalandırıcı xətlərində hesabat gücü Phes. r., k Vt, aşağıdakı düsturla müəyyən edilir: 𝑃ℎ𝑒𝑠. 𝑟. = 𝑃𝑥ü𝑠 ∙ 𝑛𝑟 ∙ 𝐾𝑒. 𝑟
burada: Pxüs - bir elektrik mənbəyi (rozetka) üçün xüsusi güc, k Vt, elektrik mənbələrinin (rozetkaların) sayı: 100-dək olduqda - 0,1 k Vt; 100-dən çox olduqda - 0,06 k Vt qəbul edilir; nr - elektrik mənbələrinin (rozetkaların) sayı; Ke. r - elektrik mənbələrinin (rozetkaların) şəbəkələri üçün eynizamanlılıq əmsalı, elektrik mənbələrinin (rozetkaların) sayından asılı olaraq, aşağıda qeyd olunanlara əsasən müəyyən edilir:
2.5. Yataqxanaların yerüstü məişət elektrik plitələrinin qidalandırıcı xətlərində və giriş nöqtələrində, gərginliyi 0,4 kV olan PM-lərin elektrik mənbələrinin (rozetkaların) sayı Ke. r elektrik mənbələrinin (rozetkaların) sayı Ke. r 10-dək 1,0 100-dən — 200-dək 0,6 10-dan — 20-dək 0,9 200-dən — 400-dək 0,5 20-dən — 50-dək 0,8 400-dən — 600-dək 0,4 50-dən — 100-dək 0,7 650-dən çox 0,35
TY/st-nin şinlərində hesabat elektrik gücü Phes. pl., k Vt, aşağıdakı düsturla müəyyən olunur:
𝑃ℎ𝑒𝑠. 𝑝𝑙. = 𝑃𝑝𝑙 ∙ 𝑛𝑝𝑙 ∙ 𝐾𝑖𝑠𝑡. 𝑝𝑙 burada: Ppl - elektrik plitəsinin qoyuluş gücü, k Vt; npl - elektrik plitələrinin sayı; Kist. pl - gücdən istifadə əmsalı, qoşulmuş plitələrin sayından asılı olaraq, aşağıda qeyd olunanlara əsasən müəyyən edilir: Üçocaqlı plitələr üçün gücdən istifadə əmsalı, qoşulmuş plitələrin sayını - 0,75 əmsalına vurmaqla, ikiocaqlı plitələr üçün isə - 0,5 əmsalına vurmaqla müəyyən olunur. Bu bənddə sayı qeyd olunmayan qoşulan plitələrin sayına uyğun gücdən istifadə əmsalı interpolyasiya üsulu ilə müəyyən olunur.
2.6. Giriş nöqtələrində və gərginliyi 0,4 kV olan TY/st-nin şinlərində, onlardan yataqxanaların ümumi işıqlandırılması, elektrik mənbələri (rozetkaları), elektrikli mətbəx plitələri və ümumi təyinatlı otaqları qarışıq qidalandırdıqda, hesabat gücü elektrik qidalandırıcı xətlərin hesabat güclərinin cəmini 0,75-ə vurmaqla müəyyən olunur. Yaşayış binalarının ümumi istifadədə olan sahələrinin işıqlandırılması üçün elektrik qidalanma xətlərinin hesabat gücü bu Qaydaya əlavə olunmuş 1-ci cədvəlin 2-ci hissəsinə uyğun olaraq müəyyən edilir.
2.7. Lift qurğularının elektrik qidalanma xətlərinin hesabat gücü Phes. l, k Vt, aşağıdakı düsturla hesablanır:
𝑃ℎ𝑒𝑠. 𝑙 = 𝐾𝑖𝑠𝑡. 𝑙 ∙ ∑ 𝑃𝑛𝑖 𝑛𝑙
burada: qoşulmuş plitələrin sayı gücdən istifadə əmsalı, (Kist. pl* ) 1 olduqda 1,0 2 olduqda 0,9 20 olduqda 0,4 100 olduqda 0,2 200 və daha çox olduqda 0,15
Kist. l - gücdən istifadə əmsalı, bu Qaydaya əlavə olunmuş 4-cü cədvələ uyğun olaraq liftlərin və binada mərtəbələrin sayından asılı olaraq müəyyən edilir; nl - bir elektrik xəttindən qidalanan lift qurğularının sayı; Pni - i nömrəli liftin istehsalçının texniki pasportu üzrə elektrik mühərrikinin qoyuluş gücü, k Vt.
2.8. Sanitar-texniki və soyuducu avadanlıqların elektrik mühərriklərinin elektrik qidalanma xətlərinin hesabat gücü Phes. s-t, k Vt, bu Qaydaya əlavə olunmuş 5-ci cədvələ uyğun olaraq gücdən istifadə əmsalı (Kist) nəzərə alınmaqla onların qoyuluş gücünə əsasən müəyyən edilir.
2.9. Qidalandırıcı xətlərin və binaya giriş nöqtələrinin elektrik gücü hesablanarkən mühafizə aparatlarının və naqillərin en kəsiklərinin seçilməsi halları istisna olmaqla, ehtiyat elektrik mühərriklərinin, habelə yanğınsöndürmə qurğularının və təmizləyici mexanizmlərin elektrik qəbuledicilərinin gücləri nəzərə alınmır. Eyni vaxtda işləyən yanğınsöndürmə qurğularının elektrik qəbuledicilərinin qidalanma xətlərinin hesabat gücünün müəyyən edilməsi zamanı gücdən istifadə əmsalı Kist 1,0-a bərabər qəbul edilir. Bu halda yalnız bir bölmədə (seksiyada) yerləşən, tüstükənarlaşdırma və tüstünün qarşısında yüksəktəzyiqli hava maneəsi yaradan xüsusi ventilyatorların eyni vaxtda işləməsi nəzərə alınmalıdır.
2.10. Yaşayış binasının (mənzillərin və güc elektrik qəbuledicilərinin) hesabat gücü Phes. y. e., k Vt, aşağıdakı düsturla hesablanır:
* Gücdən istifadə əmsalı dördocaqlı elektrik plitələri üçün verilmişdir. 𝑃ℎ𝑒𝑠. 𝑦. 𝑒. = 𝑃𝑚ə𝑛. + 0,9𝑃𝑔ü𝑐. 𝑞.
burada: Pmən. - mənzillərin elektrik qəbuledicilərinin hesabat gücü, k Vt; Pgüc. q. - güc elektrik qəbuledicilərinin hesabat gücü, k Vt. Bir TY/st-dən (elektrik qidalanma xəttindən) qarışıq qidalanan yaşayış və qeyri-yaşayış binalarının (yerləşgələrinin) hesabat elektrik gücü bu Qaydanın 3.19-cu bəndinə əsasən müəyyən edilir.
2.11. Yaşayış binalarının elektrik qəbuledicilərinin qidalandırıcı xətləri və onların güc əmsalları aşağıdakı qaydada müəyyən edilir:
2.11.1. Elektrik plitəli mənzillər 0,98
2.11.2. Elektrik plitəli və məişət hava kondisionerli mənzillər 0,93 2.11.3. Təbii, mayeləşdirilmiş qazla və bərk yanacaqla işləyən plitəli mənzillər 0,96 2.11.4. Təbii, mayeləşdirilmiş qazla, bərk yanacaqla işləyən plitəli və məişət hava kondisionerli mənzillər 0,92 2.11.5. Yataqxanaların ümumi işıqlandırılması 0,95 2.11.6. Təsərrüfat nasosları, havalandırma qurğuları və digər sanitar-texniki avadanlıqlar 0,8 2.11.7. Liftlər 0,65
2.12. Bir elektrik mühərrikini qidalandıran paylayıcı xəttin güc əmsalı texniki pasport göstəricilərinə uyğun qəbul edilir.
2.13. Qruplaşdırılmış boşaldıcı lampalı işıqlandırma xətlərinin güc əmsalı bu Qaydanın 3.18-ci bəndinə uyğun müəyyən edilir.
2.14. Yaşayış binasının qeyri-yaşayış sahəsinin elektrik yüklərinin hesabatı tikinti sahələrinin memarlıq-planlaşdırma həllindən sonra yerləşgələrin təyinatı və razılaşdırılmış layihə də nəzərə alınmaqla, mövcud şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilir. Yaşayış və qeyri-yaşayış sahələri bir xətdən qidalandırıldığı halda, qeyri-yaşayış sahəsini qidalandıran xətdə də hesabat elektrik gücünə uyğun güc məhdudlaşdırıcısı quraşdırılmalıdır.
2.15. Yaşayış binalarının pilləkən qəsəfəsinin, lift holunun, mənzil holunun, eyvanının, avtodayanacağının, çardağının, fasad işıqlanmasının, qəza işıqlanmasının və bu qəbildən olan digərlərinin elektrik işıqlandırılmasının yükləri bu Qaydanın tələbləri nəzərə alınmaqla enerji təchizatı üzrə layihə əsasında müəyyən edilir.
2.16. Yaşayış binalarının güc elektrik qəbuledicilərinin (lift, tüstü sovurma ventilyatoru, təzyiqli havavurma ventilyatoru, drenaj nasosları, yanğın nasosları, ümumi ventilyasiya sistemi, yanğın siqnalizasiya sistemləri və s.) elektrik yükləri bu Qaydanın tələbləri nəzərə alınmaqla enerji təchizatı üzrə layihə əsasında müəyyən olunur.
3. İctimai binalara tələb olunan gücün hesablanması
3.1. İctimai binaların qidalanma şəbəkəsinin və giriş nöqtələrinin işçi işıqlandırılmasının hesabat güclərinin müəyyən edilməsi üçün gücdən istifadə əmsalı (Kist. iş) bu Qaydaya əlavə olunmuş 6-cı cədvələ uyğun müəyyən olunur.
3.2. İşçi işıqlandırmanın qruplaşdırılmış şəbəkəsinin, binaların evakuasiya və qəza işıqlandırılmasının, vitrin işıqlandırılmasının və işıqlı reklamların paylayıcı və qruplaşdırılmış şəbəkələrinin gücünün hesablanması üçün gücdən istifadə əmsalı 1,0-a bərabər götürülməlidir.
3.3. Zallarda səhnə işıqlandırılmasını, klublarda və mədəniyyət evlərində işıqlandırılmanın elektrik qidalandırıcı xətlərinin hesabat güclərinin müəyyən edilməsi üçün gücdən istifadə əmsalını səhnənin tənzimlənən işıqlandırılması üçün - 0,35, tənzimlənməyən işıqlandırılması üçün isə - 0,2-yə bərabər götürülməlidir.
3.4. Elektrik mənbələrini (rozetkaları) qidalandıran xətlərin hesabat elektrik gücü Рhes. r., k Vt, aşağıdakı düsturla müəyyən edilməlidir:
𝑃ℎ𝑒𝑠. 𝑟. = 𝑃𝑞𝑜𝑦. 𝑟 ∙ 𝑛𝑟 ∙ 𝐾ℎ𝑒𝑠. 𝑖𝑠𝑡.
burada: Khes. ist. - hesablanmış gücdən istifadə əmsalı, bu Qaydaya əlavə olunmuş 7-ci cədvələ uyğun olaraq müəyyən edilir; nr - elektrik mənbələrinin (rozetkaların) sayı; Pqoy. r - elektrik mənbələrinin (rozetkaların) qoyuluş gücü, 0,06 k Vt qəbul edilir (o cümlədən ofis texnikasının qoşulması üçün).
3.5. Ümumi işıqlandırma və elektrik mənbələri (rozetkalar) şəbəkəsi qarışıq elektriklə qidalandıqda hesabat gücü Phes. üm, k Vt aşağıdakı düsturla müəyyən edilir: 𝑃ℎ𝑒𝑠. ü𝑚 = 𝑃ℎ𝑒𝑠. ü𝑚 ′ + 𝑃ℎ𝑒𝑠. 𝑟.
burada: 𝑃ℎ𝑒𝑠. ü𝑚 ′ - ümumi işıqlandırma elektrik xətlərinin hesabat gücü, k Vt; Phes. r. - elektrik mənbəyi (rozetka) şəbəkəsinin hesabat gücü, k Vt.
3.6. Güc qidalanma elektrik xətlərinin və giriş nöqtələrinin hesabat gücü Phes. güc, k Vt, aşağıdakı düsturla müəyyən edilir: 𝑃ℎ𝑒𝑠. 𝑔ü𝑐 = 𝐾𝑔ü𝑐 ∙ 𝑃𝑞𝑜𝑦. 𝑔ü𝑐 burada: Kgüc - hesabat gücündən istifadə əmsalı, k Vt; Pqoy. güc - elektrik qəbuledicilərinin qoyuluş gücü (yanğın əleyhinə və ehtiyat qurğuları istisna olmaqla), k Vt.
3.7. İctimai binaların güc elektrik şəbəkələrinin giriş nöqtələrində, qidalandırıcı və paylayıcı xətlərində hesabat gücünün müəyyən edilməsi üçün gücdən istifadə əmsalı bu Qaydaya əlavə olunmuş 8-ci cədvələ uyğun müəyyən edilir.
3.8. İctimai iaşə obyektlərinin və qida bloklarının texnoloji avadanlıqlarının və qabyuyan maşınlarının elektrik qidalandırıcı xətlərinin hesabat gücü Phes. i, k Vt, aşağıdakı düsturla müəyən edilir:
𝑃ℎ𝑒𝑠. 𝑖 = 𝑃ℎ𝑒𝑠. 𝑞. 𝑦. + 0,65𝑃ℎ𝑒𝑠. 𝑡𝑒𝑥 > 𝑃ℎ𝑒𝑠. 𝑡𝑒𝑥 burada: Phes. q. y. - bu Qaydaya əlavə olunmuş 10-cu cədvələ əsasən gücdən istifadə əmsalı nəzərə alınmaqla müəyyən edilmiş, qabyuyan maşınların hesab gücü, k Vt; Phes. tex - bu Qaydaya əlavə olunmuş 9-cu cədvələ əsasən gücdən istifadə əmsalı nəzərə alınmaqla müəyyən edilmiş texnoloji avadanlığın qoyuluş gücü (yanğın əleyhinə və ehtiyat qurğuları istisna olmaqla), k Vt.
3.9. İctimai iaşə obyektlərinin elektrik qidalandırıcı xətlərinin və giriş nöqtələrinin ümumi hesabat gücü Phes. i, k Vt, aşağıdakı düsturla müəyyən edilir:
𝑃ℎ𝑒𝑠. 𝑖 = 𝑃ℎ𝑒𝑠. 𝑡𝑒𝑥 + 0,6𝑃ℎ𝑒𝑠. 𝑠−𝑡
burada: Phes. s-t - bu Qaydaya əlavə olunmuş 5-ci cədvəlin 1-ci hissəsinə və 9-cu cədvəlin 2-ci hissəsinə əsasən gücdən istifadə əmsalı nəzərə alınmaqla müəyyən edilmiş sanitar-texniki və soyuducu avadanlığın elektrik qidalandırıcı xətlərinin hesabat gücü, k Vt. Müəssisədə daimi işləyən şəxslərə xidmət göstərən ictimai iaşə obyektlərinin güc girişlərinin elektrik hesabat gücü, bu bənddə qeyd edilən düstura əsasən və gücdən istifadə əmsalı 0,7-yə qəbul edilməklə hesablanır.
3.10. Naqillərin en kəsiklərinin və mühafizə qurğularının qoyuluş qiymətlərini hesablamaq üçün təmizləyici mexanizmlərin elektrik qəbuledicilərinin paylayıcı xətlərinin gücü, 380/220 V gərginlikdə 9 k Vt-a, 220 V gərginlikdə isə 4 k Vt-a bərabər qəbul edilməlidir. Bu halda qoruyucu kontaktı olan üçfazalı elektrik mənbəyinə (rozetkaya) qoşulan bir təmizləyici mexanizmin quraşdırma gücü 4,5 k Vt-a, birfazalı elektrik mənbəyinə (rozetkaya) qoşulan bir təmizləyici mexanizmin quraşdırma gücü isə 2 k Vt-a bərabər qəbul edilməlidir.
3.11. Yanğınsöndürmə qurğularının, ehtiyat elektrik mühərriklərinin və təmizləyici mexanizmlərin elektrik qəbuledicilərinin gücü bu Qaydanın 2.9-cu bəndinin tələblərinə əsasən nəzərə alınmalıdır.
3.12. Liftlərin, qaldırıcıların və transportyorların paylayıcı və qidalandırıcı xətlərinin elektrik hesabat gücü bu Qaydanın 2.7-ci bəndinə əsasən müəyyən edilməlidir.
3.13. Konfrans və akt zallarının elektrik hesabat gücü müəyyən edildikdə, bina şəbəkəsinin bütün elementlərindən (məsələn, zalların və prezidium işıqlandırılması, kino texnologiyası və ya səhnə işıqlandırılması avadanlıqları) daha yüksək gücə malik olan avadanlığın gücü nəzərə alınmalıdır.
3.14. Konfrans və akt zallarının kino texnologiyası avadanlığının elektrik hesabat gücü müəyyən edildikdə, gücə tələbat əmsalı 1,0-a bərabər qəbul edilməklə daha yüksək gücə malik düzləndirici qurğulu kinoproyeksiya aparatının və işləyən səsgücləndirici aparatların gücləri nəzərə alınmalıdır. Kinoproyeksiya otağında avadanlıq bir neçə formatlı ekranlar üçün quraşdırılmışdırsa, bu halda elektrik hesabat gücünü müəyyən edərkən daha yüksək gücə malik avadanlığın gücü nəzərə alınmalıdır.
3.15. Bir kompleksə aid olan, lakin müxtəlif funksional təyinatlı tikinti obyektləri (məsələn, peşə təhsili müəssisələrinin tədris binaları və emalatxanaları, xüsusi təhsil müəssisələri və məktəblər, bərbərxanalar, atelyelər, məişət xidməti obyektlərinin təmir emalatxanaları, ictimai binalar və data mərkəzləri və s.) üçün nəzərdə tutulmuş ictimai binaların (yerləşgələrin) güc giriş nöqtələrində elektrik hesabat gücü, onların güclərinin maksimumlarının uyğunsuzluq əmsalı 0,85-ə bərabər olmaqla müəyyən edilməlidir. Bu halda, ümumi hesabat gücü istehlakçı qruplarının ən böyük gücə malik hesablanmış elektrik gücündən az olmamalıdır.
3.16. Elektrik güc qəbuledicilərinin və işıqlandırmanın birgə qidalanması zamanı, işçi və qəza rejimlərində elektrik qidalanma xətlərinin və giriş nöqtələrinin elektrik hesabat gücü Рhes, k Vt, aşağıdakı düsturla müəyyən edilir:
𝑃ℎ𝑒𝑠 = 𝐾 (𝑃ℎ𝑒𝑠. 𝑖ş + 𝑃ℎ𝑒𝑠. 𝑔ü𝑐 + 𝐾1𝑃ℎ𝑒𝑠. 𝑠𝑜𝑦) burada: K - bu Qaydaya əlavə olunmuş 11-ci cədvələ uyğun olaraq müəyyən edilən, soyuducu avadanlıq və işıqlandırma daxil olmaqla elektrik güc qəbuledicilərinin hesabat güclərinin maksimumlarının uyğunsuzluğunu nəzərə alan əmsaldır; K1 - bu Qaydaya əlavə olunmuş 11-ci cədvəlin 3-cü hissəsinə uyğun olaraq müəyyən edilən, işıqlandırmanın elektrik hesabat gücünün soyutma stansiyasının soyuducu avadanlığının elektrik hesabat gücünə nisbətindən asılı olan əmsaldır; Phes. iş - işıqlandırmanın elektrik hesabat gücü, k Vt; Phes. güc - hava kondisionerləşdirmə sistemlərinin soyutma avadanlığı nəzərə alınmadan güc elektrik qəbuledicilərinin elektrik hesabat gücü, k Vt; Phes. soy - hava kondisionerləşdirmə sistemlərinin soyutma avadanlıqlarının elektrik hesabat gücü, k Vt.
3.17. Ümumi təhsil, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin, həmçinin internat tipli ümumi təhsil müəssisələrinin yataqxanalarının elektrik hesabat gücü, bu Qaydanın 2.1—2.11-ci bəndlərinin tələblərinə uyğun olaraq, tədris kompleksinin hesabat gücündə payı 0,2 əmsalı nəzərə alınmaqla müəyyən edilir.
3.18. İctimai binaların güc şəbəkələrinin hesablanması üçün güc əmsalının göstəricisi bu Qaydaya əlavə olunmuş 12-ci cədvələ uyğun olaraq hesablanır. Boşaldıcı və közərmə lampalarını bir elektrik xəttindən birgə qidalandırdıqda, güc əmsalı ümumi aktiv və ümumi reaktiv güclər nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması Qaydası"nın 7.5.1.9-cu yarımbəndinin tələblərinə uyğun olaraq, ümumi təyinatlı elektrik şəbəkələrinə qoşulan elektrotexniki qurğuların güc əmsalı - 0,98-dən və 6.3.2.9-cu yarımbəndinə əsasən xarici işıqlandırma qurğularının güc əmsalı - 0,85-dən aşağı olmamalıdır.
3.19. Müxtəlif təyinatlı tikinti obyektlərinin (yaşayış binaları və ictimai bina və ya yerləşgələrin) birgə qidalandırılması zamanı elektrik qidalanma xəttinin (transformator yarımstansiyasının) elektrik hesabat gücü Phes, k Vt, aşağıdakı düsturla müəyyən edilir:
𝑃ℎ𝑒𝑠 = 𝑃𝑏𝑖𝑛. 𝑚𝑎𝑘𝑠 + 𝐾1𝑃𝑏𝑖𝑛 1 + 𝐾2𝑃𝑏𝑖𝑛 2 + ⋯ + 𝐾𝑛𝑃𝑏𝑖𝑛. 𝑛 burada: Pbin. maks - bir elektrik xəttindən (TY/st) qidalanan binalar içində maksimal gücə malik olanın elektrik hesabat gücü, k Vt; Pbin.1∙∙∙Pbin. n - maksimal gücə malik olan binanın gücü (Pbin. maks) istisna olmaqla, bir elektrik xəttindən (TY/st) qidalanan bütün binaların elektrik hesabat gücü, k Vt; K1, K2, Kn - maksimal gücə malik olan binanın gücündə (Pbin. maks) ictimai binaların (yerləşgələrin) və yaşayış binalarının (mənzillərin və güc elektrik qəbuledicilərinin) elektrik gücünün payını nəzərə alan əmsallardır, bu Qaydaya əlavə olunmuş 13-cü cədvələ uyğun olaraq hesablanır.
3.20. İctimai binaların elektrik güclərinin təqribi hesablamalarının bu Qaydaya əlavə olunmuş 14-cü cədvələ uyğun olaraq xüsusi elektrik güclərinə əsasən aparılmasına yol verilir.
4. Tələb olunan gücü 150 k Vt-a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 150 k Vt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinə tələb olunan gücün hesablanması
4.1. Tələb olunan gücü 150 k Vt-a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 150 k Vt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin daxili elektrik təchizatının layihəsi və onun əsasında elektrik qurğularının aktiv və reaktiv güclərinin hesabatı, sənaye müəssisələrinin güc və işıqlandırma avadanlıqlarının layihələndirilməsi üzrə təlimatların, elektrik qurğularının layihələndirilməsi üzrə elektrik yüklərinin hesablanması üzrə texniki rəhbər göstərişlərin və elektrik güclərinin hesablanması üzrə əmsalların məlumat kitabçası əsasında aparılmalıdır.
4.2. Tələb olunan gücü 150 k Vt-a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 150 k Vt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektinə tələb olunan elektrik enerjisinin güc hesabatı layihə üzrə cərəyan daşıyan elementlərin, elektrik aparatlarının, güc transformatorlarının, reaktiv gücü kompensasiya edən qurğuların və mühafizə qurğularının seçilməsi, istehlakçının elektrik qurğularının enerjisistemə qoşulma şərtlərinin müəyyən edilməsi, enerji təchizatının digər konstruktiv və istismar pozuntularının qarşısının alınması məqsədilə aparılır.
4.3. Tələb olunan gücü 150 k Vt-a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 150 k Vt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinə tələb olunan gücün hesablanması, tikinti obyektinin enerji təchizatı layihəsi, fəaliyyət xüsusiyyətinə və texnoloji sxemin spesifikasiyasına, quraşdırılacaq avadanlıqların və ayrı-ayrı mexanizmlərin zavod istehsalçılarının pasport güc göstəriciləri haqqında məlumatları və tələbat amilləri (istifadə, qoşulma, yüklənmə, maksimum yük, eynizamanlılıq və gücdən istifadə əmsalları) əsasında müəyyən edilir. Digər elektrik qəbulediciləri üçün güc hesabatı aşağıdakı qruplar üzrə aparılır: - xarakterik elektrik qəbuledici qrupları (istehsal mexanizmlərinin elektrik mühərrikləri, dəzgahlar, ventilyatorlar, işıqlandırma qurğuları, elektrotermik avadanlıqlar və s.); - enerji təchizatının etibarlılıq dərəcəsinə və iş rejiminə görə elektrik qəbulediciləri; - elektrik qəbuledicilərinin ərazidə yerləşməsi üzrə; - istehsalat-texniki bölmələrin elektrik qəbulediciləri.
4.4. Tələb olunan gücü 150 k Vt-a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 150 k Vt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik qurğuları (məsələn, poladəritmə və boruprokat sahələri, elektrik qövs sobaları, qaynaq maşınları və s.) üçün tələb olunan elektrik enerjisinin güc hesabatı, bu obyektlərdə texnoloji avadanlıqların iş rejiminə uyğun hesablanmış maksimum tələbat yük qrafikinə əsasən təyin edilir. Vahid elektrik qəbulediciləri üçün tələbat yükü, onların nominal aktiv və reaktiv gücləri layihə yükləri kimi qəbul edilir.
4.5. Tələb olunan gücü 150 k Vt-a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 150 k Vt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinə tələb olunan gücün (aktiv, reaktiv) hesablanması aşağıdakı ardıcıllıqla aparılır: - gərginliyi 1 kV-a qədər olan təchizat şəbəkəsinin və hər bir sexin transformator yarımstansiyasının şinlərində yük hesabatı; - sahənin (bina, müəssisə) enerjitəchizat sxemində layihə ilə nəzərdə tutulan transformator yarımstansiyalarının ümumi sayı və gücü göstərilməklə, bütün sahə (bina, müəssisə) üçün 1 kV-a qədər gərginlikdə olan elektrik qəbuledicilərinin gücünün hesabatı;
- paylayıcı məntəqələrin, əsas alçaldıcı yarımstansiyaların və dərin girim yarımstansiyalarının şinlərində 6-10 kV və daha yüksək gərginlikdə tələb olunan elektrik gücünün hesabatı; - tikinti obyektinin ötürücü və ya paylayıcı şəbəkəsi ilə balans mənsubiyyəti sərhədində hesablanmış elektrik gücü (hər bir qrup elektrik yükünün bütün komponentləri (aktiv, reaktiv və tam güc) üzrə.
4.6. Tələb olunan gücü 150 k Vt-a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 150 k Vt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinə tələb olunan gücün hesabatında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması Qaydası"nın 1.3.2-ci yarımbəndinə və 2019-cu il 29 iyul tarixli 329 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşayış, ictimai binaların və mühəndis-kommunikasiya təminatı obyektlərinin elektrik təchizatının etibarlılıq kateqoriyaları"na əsasən müəyyən edilən Ikateqoriyalı qəbuledicilərin (qarşılıqlı ehtiyat mənbə) və III kateqoriyalı elektrik qəbuledicilərinin (enerji istehlakının məhdudlaşdırılması cədvəlinə daxil edilməlidir) gücləri ayrıca göstərilməlidir.
4.7. Enerji paylayıcılarının və istehsalçılarının tikinti obyektlərinə tələb olunan güc bu Qaydanın 4-cü hissəsinin tələblərinə uyğun hesablanır.
"Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası"na əlavə Cədvəl 1. Mənzillərdə, yaşayış və bağ evlərində istifadə olunan elektrik qəbuledicilərinin xüsusi hesabat elektrik gücü, (k Vt/mənzil və ya k Vt/ev) Sıra №-si Elektrik enerjisi istehlakçıları Mənzillər və evlərin sayına əsasən xüsusi hesabat elektrik gücü 1-5 6 9 12 15 18 24 40 60 100 200 400 600 1000
1. Təbii qazla işləyən (eynitipli layihələr əsasında tikilən binalar qaz plitəli) mənzillər 6 4,6 4,0 3,7 3,4 3,2 2,6 2,2 2 1,7 1,6 1,3 1,1 0,98 Mayeləşdirilmiş qazla işləyən plitəli (o cümlədən, qruplaşmış və bərk yanacaqla işləyən qurğular olduqda) mənzillər 7,8 5,4 4,6 4,2 3,7 3,4 3,1 2,4 2,2 2,0 1,8 1,6 1,5 1,4 Gücü 8,5 k Vt olan elektrik plitəli mənzillər 11,8 6,7 5,5 4,9 4,4 4,2 3,6 3,2 3,1 2,8 2,4 2,1 2,0 1,9
2. Yaşayış və bağ evləri 7,0 4,6 3,4 2,8 2,4 2,2 1,8 1,5 1,4 1,22 1,16 1,08 1,02 0,9
Cədvəl 2. Yüksək güc tələbatlı mənzillər üçün gücdən istifadə əmsalı Sifariş olunan güc, k Vt 14-dək 20 30 40 50 60 70 və daha çox Gücdən istifadə əmsalı, Kist 0,8 0,65 0,6 0,55 0,5 0,48 0,45 Cədvəl 3. Yüksək güc tələbatlı mənzillər üçün eynizamanlılıq əmsalı Mənzillərin sayına görə eynizamanlılıq əmsalı (Ke) 1-5 6 9 12 15 18 24 40 60 100 200 400 600 və daha çox 1 0,51 0,38 0,32 0,29 0,26 0,24 0,2 0,18 0,16 0,14 0,13 0,11 Qeydlər:
1. Cədvəldə sayı göstərilməyən mənzillər üçün xüsusi hesabat elektrik gücləri interpolyasiya üsulu ilə müəyyən edilir.
2. Mənzillərin xüsusi hesabat elektrik gücündə, ümumi istifadə olunan sahələrin işıqlandırma gücü (pilləkən qəfəsləri, döşəməaltı və texniki mərtəbələr, çardaqlar və s.), habelə aşağı gərginlikli cihazların və kiçik güc avadanlıqlarının (yanğın əleyhinə, avtomatika, istilik uçotu və bu qəbildən olan digərləri, tullantıötürücülərin təmizləyici qurğuları, əlillər üçün liftlər) nəzərə alınır.
3. Xüsusi hesabat elektrik gücü, standart layihələr əsasında tikilən binaların orta ümumi sahəsi 70m2 (35m2 -dən 90m2 -dək mənzillər) olan mənzillər üçün verilir.
4. Yüksək güc tələbatlı mənzillər üçün elektrik hesabat gücü layihələndirmə tapşırığına uyğun olaraq və ya sifariş olunan gücə, gücdən istifadə əmsalına və eynizamanlılıq əmsalına uyğun olaraq müəyyən edilməlidir (cədvəl 2 və 3).
5. Xüsusi hesabat elektrik gücü ailələrin bir mənzildə otaqlar üzrə yerləşməsini nəzərə almır.
6. Bu cədvəldə elektrik isitməsi olmayan mənzillərdə elektrik su qızdırıcılarının və məişət kondisionerlərinin qoyuluş gücü nəzərə alınmışdır. Xüsusi hesabat elektrik gücü, ümumi istifadə olunan sahənin güc yükünü, daxili quraşdırılmış (artırma tikililərin) ictimai təyinatlı yerləşgələrin güc və işıqlandırılmasının, reklamların və fasad işıqlandırılmasının gücünü nəzərə almır.
7. Səhər və ya günorta saatlarında maksimal yüklənmə göstəricilərini müəyyən etmək üçün aşağdakı əmsallar tətbiq edilməlidir: - elektrik plitəli yaşayış binaları üçün - 0,7; - qazvari və ya bərk yanacaqla işləyən plitəli yaşayış binaları üçün - 0,5.
8. Cədvəldəki hesablanmış məlumatlar yerli şəraiti nəzərə almaqla müəyyən bir tətbiq üçün korrektə edilə bilər. Sənədləşdirilmiş və təsdiq edilmiş eksperimental məlumatlar mövcud olduqda, gücün hesablanması onlara uyğun aparılmalıdır.
9. Binanın giriş nöqtəsində gücün hesablanması zamanı 10 k Vt-a qədər olan işıqlandırma gücü nəzərə alınmamalıdır.
10. Tikinti obyektinin qeyri-yaşayış sahələrinin yaşayış sahələri ilə birgə qidalandırılması zamanı binanın elektrik təchizatı üçün tələb olunan gücə uyğun quraşdırılacaq transformatorun gücü bir pillə artıq seçilməlidir.
Cədvəl 4. Lift qurğularının gücdən istifadə əmsalları Sıra №-si Lift qurğularının sayı Bina mərtəbələrinin sayı üzrə, gücdən istifadə əmsalı (Kist. l) 12-dək 12 və daha çox
1. 2 — 3 0,8 0,9 2. 4 — 5 0,7 0,8 3. 6 0,65 0,75 4. 10 0,5 0,6 5. 20 0,4 0,5
6. 25 və daha çox 0,35 0,4 Qeyd. Cədvəldə göstərilməyən lift qurğularının sayına aid gücdən istifadə əmsalı interpolyasiya üsulu ilə müəyyən edilir. Cədvəl 5. Sanitar-texniki və soyuducu avadanlıqların gücdən istifadə əmsalı Sıra №-si İşləyən elektrik güc qəbuledicilərinin ümumi qoyuluş gücündə, işləyən sanitar-texniki və soyuducu avadanlıqların, o cümlədən hava kondisioner sistemlərinin qoyuluş gücünün xüsusi payı, % Elektrik qəbuledicilərinin* sayı üzrə, gücdən istifadə əmsalı (Kist) 2 3 5 8 10 15 20 30 50 100 200
1. 100-85 1 (0,8) 0,9 (0,75) 0,8 (0,7) 0,75 0,7 0,65 0,65 0,6 0,55 0,55 0,5 2. 84-75 - - 0,75 0,7 0,65 0,6 0,6 0,6 0,55 0,55 0,5 3. 74-50 - - 0,7 0,65 0,65 0,6 0,6 0,55 0,5 0,5 0,45 4. 49-25 - - 0,65 0,6 0,6 0,55 0,5 0,5 0,5 0,45 0,45
5. 24 və daha az - - 0,6 0,6 0,55 0,5 0,5 0,5 0,45 0,45 0,4 Qeydlər:
1. Mötərizələrdə vahid gücü 30 k Vt-dan yüksək olan elektrik mühərriklərinin gücdən istifadə əmsalı göstərilmişdir.
2. Cədvəldə göstərilməyən qoşulmuş elektrik qəbulediciləri üçün gücdən istifadə əmsalı interpolyasiya üsulu ilə müəyyən edilir.
3. Ehtiyat elektrik qəbuledicilərinin gücü ümumi qoyuluş gücünə daxil edilmir.
Cədvəl 6. İşçi işıqlandırmanın gücdən istifadə əmsalı Sıra №-si Təşkilatlar, müəssisələr və idarələr Gücdən istifadə əmsalı (Kist. iş), işçi işıqlandırmanın qoyuluş gücündən asılı olaraq (k Vt) 5- dək 10 15 25 50 100 200 400 500-dən çox
1. Mehmanxanalar (hotellər), mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri 1 0,8 0,7 0,6 0,5 0,4 0,35 0,3 0,3
2. İctimai iaşə obyektləri, uşaq bağçaları, peşə təhsili müəssisələrinin tədris-istehsalat emalatxanaları 1 0,9 0,85 0,8 0,75 0,7 0,65 0,6 0,5
3. İdarəetmə, bank və sığorta fəaliyyətini həyata keçirən qurumlar, ümumi təhsil müəssisələri, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tədris binaları, məişət xidmətləri və ticarət obyektləri, bərbərxanalar 1 0,95 0,9 0,85 0,8 0,75 0,7 0,65 0,6
4. Layihələndirmə və konstruktor müəssisələri, elmi tədqiqat institutları 1 1 0,95 0,9 0,85 0,8 0,75 0,7 0,65
5. Akt zalları, konfrans zalları (zalın və prezidiumun işıqlandırılması), idman zalları 1 1 1 1 1 1 - - -
6. Klublar və mədəniyyət evləri 1 0,9 0,8 0,75 0,7 0,65 0,55 - -
7. Kinoteatrlar 1 0,9 0,8 0,7 0,65 0,6 0,5 - - Qeyd. Cədvəldə göstərilməyən işçi işıqlandırmanın qoyuluş gücünə aid gücdən istifadə əmsalı interpolyasiya üsulu ilə müəyyən edilir.
Cədvəl 7. Elektrik mənbələrinin (rozetkaların) hesablanmış gücdən istifadə əmsalları Sıra №-si Təşkilatlar, müəssisələr və idarələr Hesablanmış gücdən istifadə əmsalı (Khes. ist.) qruplaşdırılmış şəbəkələr qidalandırıcı şəbəkələr binanın giriş nöqtələri
1. İdarəetmə, bank və sığorta fəaliyyətini həyata keçirən qurumlar, ümumi təhsil müəssisələri, peşə, orta ixtisas və ali təhsili müəssisələrinin tədris binaları, məişət xidmətləri və ticarət obyektləri, bərbərxanalar 1 0,2 0,1
2. Mehmanxanalar (hotellər)* , restoranların, kafe və yeməkxanaların yemək zalları, ictimai iaşə obyektləri, kitabxanalar, arxivlər 1 0,4 0,2 * Mehmanxanaların (hotellərin) yaşayış otaqlarında stasionar ümumi işıqlandırma olmadıqda, daşınan işıqlandırıcıların (məsələn, yerüstü lampalar) qidalandırılması üçün nəzərdə tutulmuş elektrik mənbəyi (rozetka) şəbəkəsinin elektrik gücünün hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası"nın 3.1-ci və 3.2-ci bəndlərinin tələblərinə uyğun olaraq aparılmalıdır.
Cədvəl 8. İctimai binaların güc elektrik xətləri üçün gücdən istifadə əmsalları Sıra №-si Güc elektrik qəbuledicilərinin xətləri Kgüc, işləyən elektrik qəbuledicilərinin sayına uyğun 3-dək 5 və daha yuxarı
1. İctimai iaşə obyektlərinin texnoloji avadanlıqlarının, ictimai binaların qida bloklarının 9-cu cədvələ və Qaydanın 3.9-cu bəndinə əsasən 9-cu cədvələ və Qaydanın 3.9-cu bəndinə əsasən
2. İctimai iaşə obyektlərinin mexaniki avadanlıqlarının, digər məqsədli ictimai binaların qida bloklarının, ticarət obyektlərinin 5-ci cədvəlin 1-ci hissəsinə əsasən 5-ci cədvəlin 1-ci hissəsinə əsasən
3. Qabyuyan maşınların 10-cu cədvələ əsasən -
4. İdarəetmə, layihələndirmə və konstruktor müəssisələrinin (qida bloklarsız olmayan), mehmanxanaların (restoranı olmayan), qida və sənaye malları mağazalarının, ümumi təhsil müəssisələrinin, peşə, orta ixtisas (kolleclərin) və ali təhsil müəssisələrinin (qida blokları olmayan) binalarının 5-ci cədvələ əsasən 5-ci cədvələ əsasən
5. Sanitar-texniki və soyuducu avadanlıqların, hava kondisionerləşdirmə sistemlərinin soyuducu qurğularının 5-ci cədvəlin 1-ci hissəsinə əsasən 5-ci cədvəlin 1-ci hissəsinə əsasən
6. Sərnişin və yük liftlərinin, transportyorların 4-cü cədvələ və Qaydanın 2.7-ci bəndinə əsasən 4-cü cədvələ və Qaydanın 2.7-ci bəndinə əsasən
7. Kino texnologiyası avadanlığının Qaydanın 3.14-cü bəndinə əsasən Qaydanın 3.14-cü bəndinə əsasən
8. Səhnə mexanizmləri üçün elektrik intiqallarının 0,5 0,2
9. Elektron hesablama maşınlarının (texnoloji kondisionerləşdirmə nəzərdə tutulmadıqda) 0,5 0,4
10. Elektron hesablama maşınlarının texnoloji kondisionerləşdirməsinin 5-ci cədvəlin 1-ci hissəsinə əsasən 5-ci cədvəlin 1-ci hissəsinə əsasən
11. Metal və ağac emalı üçün emalatxana dəzgahlarının 0,5 0,2
12. Foto laboratoriyalarının, çoxaldıcı avadanlıqlarının 0,5 0,2
13. Ümumi təhsil müəssisələrinin, peşə, orta ixtisas (kolleclərin) və ali təhsil 0,4 0,15
Cədvəl 9. İctimai iaşə obyektlərinin və qida bloklarının gücdən istifadə əmsalları Şəbəkənin müəyyən elementinə qoşulmuş ictimai iaşə obyektlərinin və qida bloklarının istilik avadanlıqlarının elektrik qəbuledicilərinin sayı 2 3 5 8 10 15 20 30 60- dan 100- dək 120- dən çox Texnoloji avadanlığın gücdən istifadə əmsalı (Kist) 0,9 0,85 0,75 0,65 0,6 0,5 0,45 0,4 0,3 0,25 müəssisələrinin laboratoriya və tədris avadanlıqlarının
14. Ümumi təhsil müəssisələrinin, peşə, orta xüsusi və ali təhsil müəssisələrinin tədris-istehsalat emalatxanalarının 0,5 0,2
15. Bərbərxanaların, atelyelərin, emalatxanaların, məişət xidmətləri obyektlərinin, ticarət müəssisələrinin, tibb kabinetlərinin texnoloji avadanlıqlarının 0,6 0,3
16. Kimyəvi təmizləmə məntəqələrinin və camaşırxanaların texnoloji avadanlığının 0,7 0,5
17. Əl və dəsmal quruducularının 0,4 0,15 Qeydlər:
1. Hesabat gücü, ən böyük gücə malik elektrik qəbuledicisinin gücündən az olmamalıdır.
2. Bir elektrik qəbuledicisinin gücdən istifadə əmsalı 1,0-a bərabər qəbul edilir.
3. Cədvəlin 1-ci, 6-cı və 7-ci hissələrində Qayda dedikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası" nəzərdə tutulur.
Qeydlər:
1. Texnoloji avadanlıqlara aiddir: istilik (elektrik plitələri, marmitlər, tavalar, qızartma və şirniyyat şkafları, qazanlar, qaynadıcılar, fritürlər və s.); mexaniki (xəmiryoğuran maşınlar, universal intiqallar, çörəkdoğrayanlar, vibroələklər, kokteyl aparatları, ətçəkən maşınlar, kartoftəmizləyənlər, tərəvəzdoğrayanlar və s.); kiçik soyuducu (soyuducu şkaflar, məişət soyuducuları, aşağı temperaturlu piştaxtalar və bu qəbildən 1 k Vt-dan az olmayan gücə malik qurğular və s.); liftlər, qaldırıcılar və digər avadanlıqlar (kassa aparatları, radio avadanlıqları və s.).
2. Ayrı-ayrılıqda mexaniki, soyuducu və ya sanitar-texniki avadanlıqlar, habelə liftləri, qaldırıcıları və s. elektrik qidalandırma xətlərinin gücdən istifadə əmsalları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası"nın 8-ci cədvəlinə əsasən müəyyən edilir.
3. Giriş nöqtələrində maksimum yüklərdə qabyuyan maşınların gücü nəzərə alınmır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası"nın 3.9-cu bəndinə əsasən).
4. Cədvəldə göstərilməyən, qoşulmuş elektrik qəbuledicilərinin gücdən istifadə əmsalı interpolyasiya üsulu ilə müəyyən edilir. Cədvəl 10. Qabyuyan maşınlar üçün gücdən istifadə əmsalları Qabyuyan maşınların sayı 1 2 3 Soyuq su təchizat şəbəkəsindən qidalanan qabyuyan maşınların gücdən istifadə əmsalı (Kist) 1 0,9 0,85 İsti su təchizatı şəbəkəsindən qidalanan qabyuyan maşınların gücdən istifadə əmsalı (Kist) 0,65 0,6 0,55 Cədvəl 11. Elektrik güc qəbuledicilərinin və işıqlandırmanın elektrik hesabat güclərinin maksimumlarının uyğunsuzluq əmsalı Sıra №-si Binanın adı İşıqlandırmanın elektrik hesabat gücünün yükünün hesabat gücünə nisbətində K əmsalı, % 20-dən 75-dək 75-dən 140-dək 140-dan 250-dək
1. Ticarət və ictimai iaşə obyektləri, mehmanxanalar (hotellər) 0,9 (0,85) 0,85 (0,75) 0,9 (0,85)
2. Ümumi təhsil müəssisələri, peşə, orta ixtisas və ali təhsil müəssisələri 0,95 0,9 0,95
3. Uşaq bağçaları 0,85 0,8 0,85
4. Atelyelər, məişət xidməti obyektləri, özünəxidmət camaşırxanaları olan kimyəvi təmizləyicilər, bərbərxanalar 0,85 0,75 0,85
5. Layihələndirmə və konstruktor müəssisələri, maliyyələşdirmə və kreditlərin verilməsi, idarəetmə müəssisələri və təşkilatları 0,95 (0,85) 0,9 (0,75) 0,95 (0,85) Qeydlər:
1. İşıqlandırmanın elektrik hesabat gücünün yükün gücünə nisbəti 20%-dək və 250% yüksək olduqda K əmsalı 1,0-a bərabər qəbul edilir.
2. Mötərizələrdə hava kondisionerləşdirilməsi olan bina və yerləşgələr üçün K əmsalının göstəriciləri verilib.
3. İşıqlandırmanın elektrik hesabat gücünün soyutma stansiyasının soyuducu avadanlığının hesabat gücünə nisbətində: K1 əmsalı 15%-dək olduqda, K əmsalı 1,0-a bərabər; K1 əmsalı 20%-dək olduqda, K əmsalı 0,8-ə bərabər; K1 əmsalı 50%-dək olduqda, K əmsalı 0,6-ya bərabər; K1 əmsalı 100%-dək olduqda, K əmsalı 0,4-ə bərabər; K1 əmsalı 150%-dən yüksək olduqda, K əmsalı 0,2-ə bərabər qəbul edilir.
4. K1 əmsalı verilən bu Qeydlərin 3-cü hissəsində qeyd olunan göstəricilərin aralığında olduqda, gücdən istifadə əmsalı interpolyasiya yolu ilə müəyyən edilir. Elektrik hesabat gücünü müəyyən edərkən təbii işıq olmayan yerləşgələrin gücü nəzərə alınmır. Cədvəl 12. İctimai binaların güc əmsalı Bina və tikililərin adı Güc əmsalı, (cosφ) Sıra №-si İaşə obyektləri:
1. tam elektrikləşdirilmiş 0,98
2. qismən elektrikləşdirilmiş (qazvari və bərk yanacaqla işləyən plitəli) 0,95
3. Qida və sənaye məhsulları dükanları 0,85
4. Uşaq bağçaları:
5. qida bloklu 0,98
6. qida bloku olmayan 0,95
7. Ümumi təhsil müəssisələri:
8. qida bloklu 0,95
9. qida bloku olmayan 0,9
10. Özünəxidmət camaşırxanalı kimyəvi təmizləmə fabrikləri 0,75
11. Peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tədris korpusları 0,9
12. Metal və taxta emalı üzrə tədris-istehsalat emalatxanaları 0,6
13. Mehmanxanalar (hotellər):
14. restoranı olmayan 0,85
15. restoranı olan 0,9
16. İdarəetmə, bank və sığorta fəaliyyətini həyata keçirən qurumlar, layihələndirmə və konstruktor müəssisələrinin binaları 0,85
17. Bərbərxanalar və gözəllik salonları 0,97
18. Atelyelər, məişət xidməti kombinatları 0,85
19. Ticarət və ictimai iaşə obyektlərinin soyuducu avadanlıqlarının, nasosların, ventilyatorların və hava kondisionerlərinin elektrik mühərriklərinin gücünə uyğun, k Vt:
20. 1 k Vt-dək 0,65
21. 1 k Vt-dan 4 k Vt-dək 0,75
22. 4 k Vt-dan yüksək 0,85
23. Liftlər və digər qaldırıcı avadanlıqlar 0,65
24. Hesablama maşınları/kompüterlər (havanın texnoloji kondisionerləşdirilməsi olmadan) 0,65
25. İşıqlandırma şəbəkələrinin hesablanması üçün güc əmsalı, lampalara görə:
26. lyüminesent 0,92
27. közərmə 1,0
28. Kompensasiya olunmuş qoşulma-idarəetmə aparatlı qazboşaldıcı lampalar 0,85
29. kompensasiya olunmamış qoşulma-idarəetmə aparatlı 0,3 — 0,5
30. qaz-işıqlandırma reklam qurğuları 0,35 — 0,4 __________________ Cədvəl 13. İctimai binaların (yerləşgələrin) və yaşayış binalarının elektrik hesabat güclərinin maksimumlarının uyğunsuzluq əmsalı Ən yüksək elektrik tələbat gücü olan binanın (yerləşgənin) adı Elektrik hesabat güclərinin maksimumlarının uyğunsuzluq əmsalları Yaşayış binalarının İaş ə mü əssis ələrinin Orta t əhsil mü əssis ələrinin, kitabxanaların Ümumi təhsil m əkt əbl əri, peş ə təhsili mü əssis ələrinin Layihəvəkonstruktor mü əssis ələri, maliyy ələşdirməvəkreditl ərin verilm əsi, idar əetməmü əssis ələrinin vətəşkilatlarının Ticar ət mü əssis ələrinin Hotell ərin, mehmanxanaların B ərb ərxanaların Uşaq bağçalarının Poliklinikaların Atelyel ər vəm əiş ət xidm əti kombinatlarının Ko m munal xidm ət mü əssis ələrinin Kinoteatrların elektrik plit əli b ərk vəqazvari yanacaqla işləy ən plit əli yem əkxanaların restoranların vəkafel ərin bir növb əli biryarım növb əli, iki növb əli Yaşayış binaları: elektrik plitəli - 0,9 0,6 0,7 0,6 0,4 0,6 0,6 0,8 0,7 0,8 0,4 0,7 0,6 0,7 0,9 bərk və qazvari yanacaqla işləyən plitəli 0,9 - 0,6 0,7 0,5 0,3 0,4 0,5 0,8 0,7 0,7 0,4 0,6 0,5 0,5 0,9 İaşə müəssisələri (yeməkxanalar, kafe və restoranlar) 0,4 0,4 0,8 0,8 0,8 0,8 0,8 0,8 0,8 0,7 0,8 0,8 0,8 0,8 0,8 0,5 Ümumi təhsil müəssisələri, peşə, orta ixtisas və ali təhsil müəssisələri, kitabxanalar 0,5 0,4 0,8 0,6 0,7 0,7 0,8 0,8 0,8 0,7 0,8 0,8 0,8 0,7 0,8 0,8 Ticarət müəssisələri (bir, biryarım, iki növbəli) 0,5 0,4 0,8 0,6 0,7 0,7 0,8 0,8 0,8 0,7 0,8 0,8 0,8 0,7 0,8 0,8 İdarəetmə, bank və sığorta fəaliyyətini həyata keçirən qurumlar, layihələndirmə və konstruktor müəssisələrinin binaları 0,5 0,4 0,8 0,8 0,8 0,8 0,8 0,8 0,8 0,7 0,8 0,8 0,8 0,7 0,8 0,5 Hotellər, mehmanxanalar 0,8 0,8 0,6 0,8 0,4 0,3 0,6 0,6 0,8 0,8 0,8 0,4 0,7 0,5 0,7 0,9 Poliklinikalar 0,5 0,4 0,8 0,6 0,6 0,8 0,8 0,8 0,8 0,7 0,8 0,8 0,8 0,7 0,8 0,8 Atelyelər və məişət xidməti kombinatlarının, kommunal xidmət müəssisələri 0,5 0,4 0,8 0,6 0,8 0,8 0,8 0,8 0,8 0,7 0,8 0,8 0,8 0,7 0,8 0,8 Kinoteatrlar 0,9 0,9 0,4 0,6 0,3 0,2 0,2 0,2 0,8 0,7 0,8 0,2 0,4 0,4 0,5 - Qeydlər:
1. Bərabər və ya bərabərə yaxın yüksək tələbat gücü olan bir neçə istehlak mənbələri mövcud olduğu halda, onlardan ən böyük gücə malik olanın hesabat gücünü (Phes) nəzərə almaqla hesabat aparılmalıdır.
2. Elektrik və qaz plitəli yaşayış binasının qarajları, dayanacaqları və istilik məntəqələri üçün maksimum gücdə eynizamanlılıq əmsalı 0,9-a bərabər qəbul edilir.
Cədvəl 14. İctimai binaların təqribi hesablanan xüsusi elektrik gücləri Sıra №-si Binanın xarakteristikası Ölçü vahidi Xüsusi güc İctimai iaşə obyektləri Tam elektrikləşdirilmiş olduqda, oturacaqların sayı: k Vt/oturacaq
1. 400-ə qədər 1,04
2. 400-dən yuxarı 1000-ə qədər 0,86
3. 1000-dən yuxarı 0,75 Qismən elektrikləşdirilmiş (qazvari və bərk yanacaqla işləyən plitəli) olduqda, oturacaqların sayı:
4. 400-ə qədər 0,81
5. 400-dən yuxarı 1000-ə qədər 0,69
6. 1000-dən yuxarı 0,56 Qida mağazaları
7. Havası kondensionerləşməyən k Vt/m2 ticarət zalı üzrə 0,23
8. Havası kondensionerləşən 0,25 Sənaye malları mağazaları
9. Havası kondensionerləşməyən k Vt/m2 ticarət zalı üzrə 0,14
10. Havası kondensionerləşən 0,16 Ümumi təhsil, peşə, orta ixtisas və ali təhsil müəssisələri
11. Elektrikləşdirilmiş yeməkxanalar və idman zalları olan k Vt/1 şagird (tələbə) üzrə 0,25
12. İdman zalları və elektrikləşdirilməmiş yeməkxanalar olan 0,17
13. İdman zalı olmayan, bufetləri olan 0,17
14. İdman zalı və bufetləri olmayan 0,15
15. Yeməkxanası olan peşə, orta ixtisas və ali təhsil müəssisələri k Vt/1 şagird (tələbə) üzrə 0,46
16. Uşaq bağçaları k Vt/uşaq 0,46 Kinoteatrlar və kino-konsert zalları
17. Havası kondensionerləşən k Vt/oturacaq 0,14
18. Havası kondensionerləşməyən 0,12
19. Klublar 0,46
20. Bərbərxanalar k Vt/iş yeri 1,5 Layihə və konstruktor müəssisələrinin, idarəetmə təşkilatlarının bina və yerləşgələri
21. Havası kondensionerləşən k Vt/m2 ümumi sahə üzrə 0,054
22. Havası kondensionerləşməyən 0,043 Hotellər, mehmanxanalar
23. Havası kondensionerləşən k Vt/yer 0,46
24. Havası kondensionerləşməyən 0,34
25. Kondisionersiz istirahət evləri və pansionatlar 0,36
26. Özünəxidmət kimyəvi təmizləmə məntəqələri və camaşırxanalar k Vt/kq əşya 0,075
27. Uşaq düşərgələri k Vt/m2 yaşayış sahəsi üzrə 0,023 Qeydlər:
1. 1 — 6-cı sıralar üzrə xüsusi elektrik gücünün göstəricisi hava kondisionerinin mövcudluğundan asılı deyildir.
2. 15-ci və 16-cı sıra üzrə hovuzların və idman zallarının gücləri nəzərə alınmır.
3. 21-ci, 22-ci, 25-ci və 27-ci sıra üzrə qida bloklarının gücü nəzərə alınmır. Qida bloklarının xüsusi elektrik gücü, müvafiq binalar üçün tövsiyə olunan normalara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası"nın 3.9-cu bəndinin tələblərinə əsasən oturacaqların sayı nəzərə alınmaqla ictimai iaşə obyektləri üçün olduğu kimi müəyyən edilməlidir.
4. 23-cü və 24-cü sıra üzrə mehmanxanalarda restoranların xüsusi elektrik gücü, açıq tipli ictimai iaşə obyektləri üçün olduğu kimi müəyyən edilməlidir.
5. Cədvəldə yer sayı göstərilməyən ictimai iaşə obyektləri üçün xüsusi elektrik gücü interpolyasiya yolu ilə müəyyən edilir.
________________________