Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağında qəbul olunmuş "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi" təsdiq edilsin ( əlavə olunur ).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 noyabr 2023-cü il