Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqilliyinin Bərpası Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq.
Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik.
Zati-alinizə xoş arzularımızı və ehtiramımızı bildiririk.
Qardaşınız, Salman bin Əbdüləziz Al Səud İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı